Əmlakı olanın vergi öhdəlikləri

posted in: Xəbər | 0

vergi öhdəlikləri , sadələşdirilmiş vergi, ictimai iaşə,Mülki qanunvericiliyin mövqeyinə görə əmlak əşya və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Fiziki obyektlər, o cümlədən pullar və qiymətli kağızlar da əşya hesab edilir. Bitki və heyvanlar isə əşya hesab edilmir. Onu da qeyd edək ki, əşyalar özlüyündə daşınar və daşınmaz olmaqla 2 növə ayrılır.

Binalar, qurğular, torpaq, meşə, su obyektləri, həmçinin torpaqla bağlı olan digər əşyalar daşınmaz əşya sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar isə qeyri-maddi əmlak nemətləridir.

Vergi qanunvericiliyi əmlak sahibləri və ya mülkiyyətçiləri üçün bir qayda olaraq vergi mükəlləfiyyətləri müəyyən etmişdir.

Buna müvafiq olaraq əmlakla bağlı vergi öhdəliklərini təqdim edirik.

Əmlakın satışı və ya icarəyə verilməsindən gəlirlər – misal: ev satışı, qeyri-yaşayış sahəsinin icarəsi və s.

Əmlakın istifadəsindən əldə olunan gəlirlər – misal: əmlakın lizinqə verilməsi

Xüsusi növ əmlakın istifadəsindən vergilər – aksizli malların istehsalı və ya idxalı

Mülkiyyətdə olması əsasına görə tutulan vergilər – şəxsin mülkiyyətində olan əmlaka görə ödənilən əmlak vergisi

Ölkə ərazisindəki torpağın mülkiyyətə keçməsi yaxud qanuni əsaslarla istifadəsinə görə ödənilən vergilər – torpaq vergisi

Ölkə ərazisindən daşımalar məqsədilə istifadə – qeyri-rezidentlərin nəqliyyat daşımaları ilə bağlı yol vergisi

Ölkə ərazisində faydalı qazıntıların çıxarılmasından vergilər – mədən vergisi

Torpağın yaxud mülkiyyətindəki əmlakın təqdim edilməsindən tutulan vergi – sadələşdirilmiş vergi

Göründüyü kimi hazırki vergi qanunvericiliyi mülkiyyətində, istifadəsində olan əmlakla yanaşı həmin əmlakın istifadəsindən əldə edilən gəlirdən də vergilərin tutulması üzrə təkmilləşmişdir. Buna müvafiq olaraq əmlakla bağlı vergi tənzimləmələrini düzgün aparmaq və vergi öhdəliklərinə diqqət yetirmək üçün peşəkarlara müraciət məqsədəuyğundur.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ barədə 15 maraqlı fakt (1-ci hissə)

posted in: Xəbər | 0

ABŞBiz amerikalılar barədə nə qədər bilgiyə malikik? Stereotiplər yüzlərlədir, başlıca olan faktlardır.

ABŞ xüsusi bir ölkədir, onun barəsində o qədər uydurmalar var ki, təəccüblənməyə bilmirsən.

İqtisadiyyat

1. ABŞ – planetdə əsas istehlakçıdır: ölkə dünya resurslarının təxminən 40%-ni təşkil edir.

2. Amerika əhalisinin təqribən 90%-i kreditlərin hesabına yaşayır, iqtisadi sistem elə qurulub ki, borc vəsaitləri olmadan keçinmək mümkün deyil. Məktəbi bitirdikdən sonra gənc məzun təhsil üçün dövlətdən kredit alır (orada pulsuz ali təhsil öyrətmirlər) və ardınca da digər kreditlər gəlir: ev, avtomobil, mebel, tibb və s.  alınması üçün alınan kreditlər, amerikalıların 7-10 ədəd kredit kartı olur.

Adamların təxminən 50 faizi əmanət qismində pul yatırmır, 60 faizi pensiya yaşına ciblərində dollar olmadan çatırlar, əvəzində isə hər birinin ödənilməmiş istiqrazları olur.

3. ABŞ-ın 20 milyon vətəndaşı treylerlərdə və təkərlər üzərində hərəkət edən evlərdə yaşayır. Ev və ya mənzil almağa gücləri çatmır – daşınmaz əmlakın qiyməti çox yüksəkdir.

4. Birləşmiş Ştatlarda işsizlik üzrə müavinət təxminən minimal əməkhaqqı ödənişi həcmindədir ki, bu da mənzil kirayələmək və ərzaq üçün kifayət edir. Ölkə vətəndaşlarının təxminən 10 faizi bu cür müavinətlər alır.

Cəmiyyət

5. Kiçik şəhərlərdə və şəhərətrafı ərazilərdə insanlar icma ərazilərində yaşayır və öz əmin-amanlıqlarını canfəşanlıqla qoruyurlar. Küçədə yad adam gördükdə, onun kimliyi, həmin şəxsi burada nə işlə məşğul olması barədə sorğu-suala çəkirlər. Bəzən isə hər ehtimala qarşı polis çağırırlar. Qonşuluq nəzarəti adlanan və neighbourhood watch adlandırılan bu “nəzarət sistemi”, bizim üçün qəribə görünə bilər, lakin ölkədə cinayət nisbətinin yüksək olduğunu nəzərə aldıqda, bu, amerikalılar üçün adi bir haldır.

6. Total siyasi korrektlik və tolerantlıq Amerika dünyagörüşünün əsasını təşkil edir. Bu, son illər Hollivud filmlərində xüsusilə nəzərə çarpır, belə ki, müsbət qəhrəman rollarında qaradərililər və ya azlıqların nümayəndələri oynayırlar.

Sosial şəbəkələrdə ehtiyatsız bir ifadə və ya yazı üçün istənilən bir insan hər şeyi itirə bilər: işi, imtiyazları, sosial əlaqələri.

7. “Makdonalds” – hər cəhətdən məşhur bir yerdir, hər 8 amerikalıdan biri orada işləyib.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir

posted in: Xəbər | 0

auditor , VÖEN , öhdəliklər , vergi orqanının tələbi . maliyyə hesabatı , İşsizlikdən sığortaİqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.

Xəbər verilir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini aprelin 7-si, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Sorğunun nəticəsi aprelin 8-də, saat 12:00-da portalda açıqlanacaq.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətində Kommunikasiya Strategiyası hazırlanıb

posted in: Xəbər | 0

Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuMəlum olduğu kimi, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Prezident sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının biznesə başlama, vergi və hesabatlılıq” üzrə İşçi Qrupun fəaliyyətinə rəhbərlik edir.

İşçi qrupun fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, islahatların aparıldığı sahələrdə ictimai məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən “Biznesə başlama, vergi və hesabatlılıq sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” işlənib hazırlanıb. Strategiya Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aid iki istiqamət – biznesə başlama və vergilərin ödənilməsi sahələrində islahatlarla bağlıdır.

Kommunikasiya strategiyası islahatların həyata keçirildiyi sahələrdə ictimai iştirakçılığın artırılması, ekspert cəmiyyətinin cəlb olunması yolu ilə mövcud çətinliklərin həll edilməsi və mütərəqqi yeniliklərin tətbiqi, vergi ödəyicilərinin və cəmiyyətin həyata keçirilən islahatlardan məmnunluq səviyyəsinin artırılması məqsədilə həyata keçirilməli siyasətləri, yanaşmaları, addımları və tədbirlər toplusunu əhatə edir. Sənəd indiyədək həyata keçirilmiş iş planları, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Kommunikasiya strategiyası kommunikasiya prosesinə cəlb olunan iştirakçıların islahatın mahiyyəti və hədəfləri barədə məlumatlandırılmasına xidmət edir. Sənədin hazırlanmasında əsas məqsəd ortaya çıxan sualların, çətinliklərin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsindən ibarətdir. İslahatlarla bağlı bütün mərhələlərdə cəmiyyətə məlumatların məqsədyönlü, ardıcıl və effektiv şəkildə çatdırılması vacib şərtlərdən biri olduğu üçün ekspert cəmiyyətinə, habelə özəl sektora islahatların müəyyən edilməsi prosesində iştirak imkanları yaratmaq mühümdür. Bu baxımdan, əsas diqqət qeyd olunan islahatların həyata keçirilməsi zamanı ictimai iştirakçılığın təmin edilməsinə yönəlib. Bu məqsədlə ekspert cəmiyyətini prosesə cəlb etmək, sahibkarların ictimai birliklərinin, vətəndaş cəmiyyəti təşkilatlarının və sahə üzrə mütəxəssislərin prosesdə iştirakını təmin etmək, rəyvermə və əks-əlaqə (feedback) sistemini qurmaqdır.

Strategiya çərçivəsində vergi və mühasibatlıq sahəsində ixtisaslaşdırılmış ekspertləri İşçi qrupun işinə cəlb etməklə islahatların dəyərləndirilməsini həyata keçirmək, ekspert cəmiyyətindən təkliflər almaq və onları müzakirəyə çıxarmaq, bu işdə KİV-in və sosial şəbəkələrin imkanlarından istifadə etmək, müxtəlif xarakterli onlayn sorğuların keçirilməsi yolu ilə cəmiyyətin islahatlara münasibətinin və gözləntilərinin müəyyən edilməsinə nail olmaq nəzərdə tutulur.

Sənədlə “Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə 2022-ci il üzrə Kommunikasiya Planı da təsdiq olunub.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 553 554 555 556 557 558 559 2. 399