» » » Əmlakı olanın vergi öhdəlikləri

Əmlakı olanın vergi öhdəlikləri

posted in: Xəbər | 0
birbank biznes

vergi öhdəlikləri , sadələşdirilmiş vergi, ictimai iaşə,Mülki qanunvericiliyin mövqeyinə görə əmlak əşya və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Fiziki obyektlər, o cümlədən pullar və qiymətli kağızlar da əşya hesab edilir. Bitki və heyvanlar isə əşya hesab edilmir. Onu da qeyd edək ki, əşyalar özlüyündə daşınar və daşınmaz olmaqla 2 növə ayrılır.

Binalar, qurğular, torpaq, meşə, su obyektləri, həmçinin torpaqla bağlı olan digər əşyalar daşınmaz əşya sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar isə qeyri-maddi əmlak nemətləridir.

Vergi qanunvericiliyi əmlak sahibləri və ya mülkiyyətçiləri üçün bir qayda olaraq vergi mükəlləfiyyətləri müəyyən etmişdir.

Buna müvafiq olaraq əmlakla bağlı vergi öhdəliklərini təqdim edirik.

Əmlakın satışı və ya icarəyə verilməsindən gəlirlər – misal: ev satışı, qeyri-yaşayış sahəsinin icarəsi və s.

Əmlakın istifadəsindən əldə olunan gəlirlər – misal: əmlakın lizinqə verilməsi

Xüsusi növ əmlakın istifadəsindən vergilər – aksizli malların istehsalı və ya idxalı

Mülkiyyətdə olması əsasına görə tutulan vergilər – şəxsin mülkiyyətində olan əmlaka görə ödənilən əmlak vergisi

Ölkə ərazisindəki torpağın mülkiyyətə keçməsi yaxud qanuni əsaslarla istifadəsinə görə ödənilən vergilər – torpaq vergisi

Ölkə ərazisindən daşımalar məqsədilə istifadə – qeyri-rezidentlərin nəqliyyat daşımaları ilə bağlı yol vergisi

Ölkə ərazisində faydalı qazıntıların çıxarılmasından vergilər – mədən vergisi

Torpağın yaxud mülkiyyətindəki əmlakın təqdim edilməsindən tutulan vergi – sadələşdirilmiş vergi

Göründüyü kimi hazırki vergi qanunvericiliyi mülkiyyətində, istifadəsində olan əmlakla yanaşı həmin əmlakın istifadəsindən əldə edilən gəlirdən də vergilərin tutulması üzrə təkmilləşmişdir. Buna müvafiq olaraq əmlakla bağlı vergi tənzimləmələrini düzgün aparmaq və vergi öhdəliklərinə diqqət yetirmək üçün peşəkarlara müraciət məqsədəuyğundur.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun