İşdən əsassız çıxarılan işçi yenidən işə qayıdarkən əməkhaqqının ödənilməsi

posted in: Xəbər | 0

əməkhaqqının ödənilməsi , əməkhaqqı , məzuniyyət, Əmək Haqqı cədvəliƏsas­sız ye­rə iş­dən çı­xa­rıl­an işçi yenidən işə bər­pa edil­ərkən ortaya çıxan məsələlərdən biri də ona işdən azad olunduğu müddət üçün əməkhaq­qı­nın ödə­nil­mə­sidir. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir.

Əmək Mə­cəl­lə­si­nin 74 cü mad­də­si­nin 2-ci his­sə­sin­də göstərilib ki, qa­nun­suz və ya əsas­sız yerə iş­dən çı­xa­rıl­mış iş­çi məh­kə­mə qərarı ilə işə qaytarıldığı halda işə­gö­tü­rən tə­rə­fin­dən məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş qət­na­mə­si (qə­ra­rı) dər­hal ic­ra edil­məli, işçi əv­vəl­ki və­zi­fə­si­nə qaytarılmalı və ya öz ra­zı­lı­ğı ilə baş­qa və­zi­fə­yə (işə) qəbul olun­ma­lı­dır.

Misal 1: ­Müəs­si­sə­də mon­taj­çı və­zi­fə­sin­də ça­lı­şan işçi (Amil) 1 fevral 2021-ci il­də iş­dən çı­xa­rıl­ıb və əvəzinə başqa işçi (Tural) qə­bul edilib. Amil iş­dən çı­xa­rıl­ması­nın əsas­sız ol­duğu ilə bağ­lı məh­kə­mə­yə mü­ra­ci­ət edib və 1 iyun 2021-ci il­də onun işi­nə (və­zi­fə­si­nə) bər­pa edil­mə­si haq­qın­da məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş qət­na­mə­si mü­əs­si­sə­yə təq­dim edilib. Bu hal­da həm işdən qanunsuz çıxarılan Amil, həm də onun yerinə işə qəbul edilən Tural ilə əmək mü­na­si­bət­lə­ri ne­cə tən­zim­lən­məlidir?


Bəyannamələri təqdim etmək üçün müddətin sonuncu günü necə tənzimlənir?


Məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş qə­rar və qət­na­mə­lə­ri mü­əs­si­sə tə­rə­fin­dən ic­ra edil­mə­li­ olduğuna gö­rə Əmək Mə­cəl­lə­si­nin 74-cü mad­də­si­nin “b” bən­di­nə ( əv­vəl­lər mü­va­fiq iş­də (və­zi­fə­də) ça­lı­şan iş­çi­nin işi­nə (və­zi­fə­si­nə) bər­pa edil­mə­si ba­rə­də məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş qət­na­mə­si (qə­ra­rı) ol­duq­da) əsa­sən, Turalın əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ri­lə­rək ona mü­va­fiq ödə­niş­lər edil­mə­lidir.

İşdən qanunsuz çıxarılmış Amil isə məh­kə­mə­nin qə­ra­rı­ verilən ta­rix­dən işi­nə bər­pa edil­mə­li və ona əsas­sız ye­rə iş­dən çı­xa­rıl­dı­ğı ta­rix­dən işə bər­pa edil­di­yi ta­ri­xə­dək olan dövr üçün əməkhaq­qı ödə­nil­mə­li­dir. Hə­min müd­dət məc­bu­ri iş­bu­rax­ma döv­rü he­sab edi­lir.

Məc­bu­ri işbu­rax­ma, iş­çi­nin işə­gö­tü­rə­nin təq­si­ri uc­ba­tın­dan öz əmək funksiyalarının ic­ra­sı­nı mü­əy­yən dövr üçün ic­ra edə bil­mə­mə­si­dir. İş­çi tə­rə­fin­dən işbu­rax­ma döv­rü üçün iş­çi­yə hər han­sı ödə­niş olun­mur. İşə­gö­tü­rə­nin təq­si­ri uc­ba­tın­dan məc­bu­ri iş­bu­rax­ma baş ve­rdikdə isə işə­gö­tü­rən iti­ril­miş əməkhaqq­ı­nı tam ödəməli­dir.

Ami­lin maa­şı­nın 570 ma­nat ol­du­ğu­nu fərz et­sək, ona 4 ay üçün (fev­ral, mart, ap­rel, may) əməkhaq­qı he­sab­la­nmalı mü­va­fiq tu­tul­ma­lar edildikdən son­ra qalan məbləğ ona ödə­nil­mə­li­dir. Yəni Ami­lə məc­bu­ri iş­bu­rax­ma döv­rü üçün 2.280 manat əməkhaqqı hesablanmalıdır:

570x 4 = 2280 manat

Ami­lin 4 ay iş­lə­mə­di­yi müd­dət məc­bu­ri iş­bu­rax­ma döv­rü he­sab edi­lir və Əmək Mə­cəl­lə­si­nin 132-ci mad­də­si­nə əsa­sən, onun əmək sta­jına və so­si­al sı­ğor­ta sta­jı­na daxil edi­lir. Məcəllənin 132-ci mad­də­nin “b” bən­di­nə əsa­sən, qa­nun­suz və əsas­sız iş­dən çı­xa­rıl­maq­la, ya­xud baş­qa işə ke­çi­ril­mək­lə əla­qə­dar işə bər­pa edi­lən iş­çi­lə­rin məc­bu­ri iş­bu­rax­ma döv­rü əmək sta­jına da­xil edilir.

Amil işə­gö­tü­rə­nin tə­şəb­bü­sü və özü­nün ra­zı­lı­ğı ilə əvvəlki və­zi­fə­sin­dən aşa­ğı ol­ma­yan baş­qa işə də ke­çi­ri­lə bi­lər. Bu hal­da Tu­ra­lın əmək mü­qa­vi­lə­si­nə xi­tam verməyə ehtiyac qalmır. Amilə isə baş­qa işə ke­çi­ril­məyindən, yaxud öz və­zi­fə­si­nə bər­pa edil­məyindən ası­lı olmayaraq məc­bu­ri iş­bu­rax­ma döv­rü üçün əməkhaq­qı ödənilməlidir və hə­min müd­dət onun sta­jı­na da­xil edi­lə­cək­dir.

Qeyd edi­lən hal­lar işə­gö­tü­rən tə­rə­fin­dən mü­va­fiq əmr­lər­lə rəs­mi­ləş­dir­mə­li­dir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bəyannamələri təqdim etmək üçün müddətin sonuncu günü necə tənzimlənir?

posted in: Xəbər | 0

məcburi dövlət sosial sığorta haqqı , ezamiyyə xərci , MDSS , MDSS haqqı , vergi güzəşti , Vergi öhdəlikləri , əmlak vergisi, Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuVergi bəyannamələrinin təqdim olunması ilə bağlı son müddət istirahət və ya bayram gününə düşdükdə bəzi suallar meydana gəlir. Mövzunu iqtisadçı Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Müddətin bitməsinin tənzimlənməsi paralel olaraq Mülki Məcələninin 370-ci və 372-ci maddələri ilə də tənzimlənir. Mülki Məcəllənin 370.2-ci maddəsinə əsasən, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.

Misal 1: Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi 2021-ci ilin 4-cü rübü üzrə vergi hesabatını 20 yanvar 2022-ci ildən gec olmayaraq təqdim etməlidir. Əmək Məcəlləsinin 106-cı maddəsinə əsasən, hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – ümumxalq hüzn günü olduğu üçün qeyri-iş günüdür. Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf etdikdə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçirildiyindən artıq vergi ödəyicisi bəyannaməni 2022-ci ildə verir.

Misal 2: Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir. Vergi ödəyicisi 2022-ci ilin fevral ayı üzrə bəyannaməni 20 martdan gec olmayaraq təqdim etməli olsa da, 20-24 mart 2021-ci il Novruz bayramına, həmçinin, bəzi bayram günləri şənbə və bazar gününə təsadüf etdiyi üçün vergi ödəyicisi növbəti hesabatı 28 mart 2021-ci il tarixdən gec olmayaraq təqdim etməlidir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aqrar Sığorta Fondu auditor seçir

posted in: Xəbər | 0

Mühasib , Maliyyəçi , Auditor , Vakansiya, Kiçik Mühasib, Əmlak vergisi, Auditor, Vakansiya, Maliyyə, dövrlər, vergi öhdəlikləri Sadələşdirilmiş vergi ödəyicisiAqrar Sığorta Fondu auditor xidmətləri üçün kotirovka sorğusu elan edib.

Xəbər verilir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini aprelin 14-ü, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəısi ilə təqdim edə bilərlər.

Sorğunun nəticəsi aprelin 15-də, saat 10:00-da Portalda açıqlanacaq.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əlavə iş yerində çalışacaq işçilər üçün əsas məhdudiyyətlər hansılardır?

posted in: Xəbər | 0

reklam , vergi öhdəliyi , e-ticarət və e-aqrarİşçinin əlavə iş yeri və ya qazancı (tənzimləmə, məhdudiyyət və imkanlar)

Məlum olduğu kimi mövcud qanunvericilik normaları dövlət qulluğu (həmçinin xüsusi dövlət qulluğu) sayılan iş yerləri istisna olmaqla, hər kəsin əsas və əlavə iş yerinin olmasına, o cümlədən iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmağa icazə verir. Dövlət qulluğu üzrə isə elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olaraq əlavə qazanc əldə etmək mümkündür.

Əlavə iş yeri olduğu zaman işçinin əmək kitabçasında bu barədə (çalışdığı yerin əsas və ya əlavə iş yeri olması) mütləq qeyd olmalıdır. Əlavə iş yeri barədə qeyd işçinin əmək müqaviləsinin şərtləri ilə də qadağan olunmamalıdır ki, bu işin yerinə yetirilməsi mümkün olsun. Onu da qeyd edək ki, iş vaxtında tələb edilsə də, iş vaxtından sonra əlavə iş yerində işləməyə görə işəgötürənin razılığı tələb edilmir.

Əlavə iş yerində çalışacaq işçilər üçün əsas məhdudiyyətlərə aşağıdakıları da göstərmək mümkündür:

  • Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Göründüyü kimi bu şərt üzrə əsas tələb eyni əmək şəraitinin olmasıdır.
  • Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Bu şərtə görə isə qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır.
Əlavə iş yeri ilə bağlı bir mühüm məqam da ondan ibarətdir ki, əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxılarkən həm əsas, həm də əlavə iş yerində onun orta əməkhaqqının saxlanılmasıdır.

İşçinin vergi öhdəliklərinə gəldikdə, qeyd etmək mümkündür ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azad olduğu halda bu şərt əlavə iş yerinə şamil edilmir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 549 550 551 552 553 554 555 2. 399