Transfer qiymətlərinin hesablanmasında beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi

posted in: Xəbər | 0

Mərkəzləşdirilmiş mühasibatlıq nədirMüasir dövrdə transfer qiyməti beynəlxalq vergitutma sahəsinin aktual mövzularından birinə çevrilib. Mövzunu EKVİTA şirkətinin baş vergi məsləhətçisi Meyxanım Ələkbərova şərh edib.

Transfer qiymətlərinin aktuallaşmasının əsas səbəblərindən biri son illərdə beynəlxalq ticarət dövriyyəsinin böyük hissəsinin transmilli şirkətlərin payına düşməsi və dövlətlərin hər il bu sahədə vergidən yayınma halları hesabına külli miqdarda gəlirdən məhrum olmasıdır. Respublikamızda da bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi nəzarətinin gücləndirilməsi məqsədilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilib.

I. Təcrübədə rezidentin özünün daimi nümayəndəlikləri ilə apardığı əməliyyatlara tez-tez rast gəlinir. Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsi dəyişiklikdən əvvəl bu əməliyyatlar üzrə transfer qiymətlərinin tətbiqini istisna edirdi. Dəyişikliklərdən sonra isə rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında apardığı əməliyyatlara da transfer qiymətinin tətbiqi nəzərdə tutulur.

II. Bir-biri ilə qarşılıqlı surətdə asılı olmayan şəxslər arasında sövdələşmə yolu ilə vergidən yayınma məqsədi daşıyan qiymətlərdə və əməliyyatlarda bir çox manipulyasiyalara rast gəlmək olur. Bu vəziyyət vergidən yayınma hallarını artırır. Ölkəmizdə bu kimi hallarda vergidən yayınma hallarının qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə yeni əlavə edilmiş 14-1.2.4-ci maddəsinə əsasən, transfer qiyməti bir-biri ilə qarşılıqlı surətdə asılı olmayan şəxslər arasında aparılan əməliyyatlara da tətbiq ediləcək, bu şərtlə ki:

– şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya);

– Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.

Həmin əməliyyatlarda beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi həm bazarda rəqabətin artmasına, həm də vergitutma bazasının genişlənməsinə səbəb olacaq. Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, bir çox xarici ölkələrdə transfer qiyməti bir çox (istisna və xüsusi hallar nəzərə alınmaqla) beynəlxalq əməliyyatlara tətbiq edilir.

III. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, dəyişikliklərdən əvvəl Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad olunduğu halda, 14-1-ci maddəyə istinad verilməmişdi. Bu da Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmtəəsiz apardıqları əməliyyatları üzrə məbləğlərin xərcə silinməsinə şərait yaradırdı. Məcəlləyə edilən son dəyişikliklərdən sonra isə faktiki olaraq 14-1-ci maddədə aparılacaq hesablaşmalar əmtəəsiz aparılan əməliyyatlara tətbiq edilmir.

IV. Vergi Məcəlləsində edilən digər bir yenilik transfer qiymətləndirmə ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi məqsədilə yeni sənədləşmələrin tətbiqidir. Belə ki, Məcəllənin 16.1.4-1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vəzifələrinə Master File, Local File-ın vergi orqanının tələbi ilə təqdim edilməsi vəzifəsi əlavə edilmişdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) BEPS (Base Erosion and Profit Shifting) layihəsinin 13-cü fəaliyyət planı (Action) transfer qiymətləri ilə bağlı aparılan sənədləşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və bu sahədə məlumatların vahid platformada mübadiləsi, transmilli şirkətlərdə transfer qiymətləri yoxlamaları zamanı bu məlumatlardan istifadə edilməsi, transmilli şirkətlərin beynəlxalq vergitutma prinsipləri əsasında vergiyə cəlb olunmasına əminlik yaradılması və s. məsələləri əhatə edir. Master Fayl və Lokal Fayl BEPS fəaliyyət planı çərçivəsində tələb edilən sənədləşmə formalarıdır. Master file şirkətin bağlı olduğu qrupun təşkilati sturukturu, qrupun fəaliyyətinin təhlili və qrup daxilində şirkətlərin bir-biriləri ilə həyata keçirdiyi kommersiya əməliyyatları, qrupun sahib olduğu qeyri-maddi aktivlər haqqında məlumatı, qrup daxilində həyata keçirilən maliyyə əməliyyatları, qrupun maliyyə və vergi vəziyyəti haqqında məlumatları əhatə edir. Lokal fayl yerli şirkətin idarəetmə sturukturunu, vergi ili ərzində həyata keçirilən şirkətdaxili əməliyyatları, şirkətlərarası müqavilələri, transfer qiymətinin müəyyən edilməsi metodologiyasını və tətbiqini, yerli şirkətin maliyyəsi haqqında məlumatları əhatə edir.

Vergi ödəyicilərinə əvvəlcədən transfer qiymətləri üçün hazırlanmalı olan ilkin sənədləşmələr barədə məlumatın müvafiq qanunvericilikdə öz əksini yaxın vaxtlar tapmasını düşünürük. Bu həm müvafiq sahədə vergi yoxlamalarının effektivliyini artıracaq, həm də vergi ödəyicilərində transfer qiymətləri ilə bağlı sənədləşmədə müəyyənlik yaradacaq.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kassa çeki verməyən obyektləri hansı cəza gözləyir?

posted in: Xəbər | 0

kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuVergi Məcəlləsinin tələbinə əsasən, ticarət və xidmət obyektlərində alıcılara kassa çekləri təqdim edilməlidir. Bəs hər hansı obyekt məhsul alınan vaxt kassa çeki vermirsə bu barədə hara müraciət etmək lazımdır və bunun cəriməsi nə qədərdir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin gəlirlərinin vergiyə cəlb olunması


Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Autstaffinq: sadə sözlərlə bu nə deməkdir? (1-ci hissə)

posted in: Xəbər | 0

Getdikcə daha çox şirkətlər insanları idarə etməyin ənənəvi üsullarından uzaqlaşaraq daha mütərəqqi üsullara üstünlük verirlər. Beləliklə, autstaffinq kimi yeni, lakin artıq kifayət qədər geniş yayılmış anlayışın mahiyyəti nədir?

Autstaffinq: bu nə prosedurdur

Əgər siz autstaffinqin mahiyyətini və nə demək olduğunu sadə sözlə bilmək istəyirsinizsə, bu anlayışı kadrların autstaffinqi kimi təsvir etmək olar. Bu prosesdə üç tərəf iştirak edir: qəbul edən, kadrlar agentliyi və muzdlu əməkdaşlar.

Mütəxəssislərin faktiki işəgötürənləri, məhz, əmək münasibətlərinin yarandığı vasitəçi şirkətdir. Autstaffinq müqaviləsi imzalanarkən, mütəxəssislər qəbul edən müəssisə üçün müəyyən işləri yerinə yetirəcəklər, işçi heyəti isə özəl məşğulluq agentliyində siyahıya alınmaqda davam edir.

Beləliklə, vasitəçi şirkət öz kadrlarının bir hissəsini müvəqqəti istifadə üçün başqa müəssisəyə verir.

Autstaffinqin maliyyə faydaları

Əksəriyyəti təkcə belə bir sual: “Autstaffinq: bu nədir?” deyil, həm də bu prosedurun nəyə lazım olduğu maraqlandırır. Ənənəvi olaraq, şirkətlər ehtiyac duyduqları vəzifələri yerinə yetirmək üçün əməkdaşları işə götürürlər, bəs bu ənənəni dəyişdirmək nəyə lazımdır? Üstəlik, xidmətlərinə görə vasitəçi bir firmaya da ödəniş etməli olacaqsınız.

Bir tərəfdən bu həqiqətən belədir, axı, bu cür xidmətlər pulsuz başa gəlmir. Ancaq, hər şeyə daha ətraflı baxsanız və sonra lazımi hesablamaları aparsanız, autstaffinqin maliyyə baxımından çox sərfəli olduğunu başa düşə bilərsiniz.

Qeyd etmək lazımdır ki, işçilərin işə qəbulu prosesi kifayət qədər uzun və zəhmətli bir işdir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına necə qoşulmaq olar?

posted in: Xəbər | 0

tendensiyalar , mühasibat uçotu , tendensiyalarSosial iş yerləri, sosial işə qəbul olunmaq üçün müraciət qaydaları, əməkhaqqının məbləği və işin müddəti barədə ictimaiyyət arasında müəyyən suallar yaranır. Həmin suallara və digər əlaqədar məsələlərə əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı ilə Sosial iş yerlərində işçilərin əməkhaqqısının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi qaydaları təsdiq edilib.

İşəgötürənlər boş iş yeri haqqında məlumatı müvafiq qaydada “Məşğulluq” altsisteminə yerləşdirməlidir. Sosial iş yeri – işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənin vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqısının bir hissəsinin müəyyən edilmiş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən iş yeridir.

Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzinin göndərişi əsasında işə qəbul olunan sığortaolunanların əmək haqlarının qaydalara əsasən nəzərdə tutulmuş hissəsi müəyyən müddətə işsizlikdən sığorta vəsaiti hesabına ödənilir. Yəni işəgötürən vakansiya barədə məlumatı “Məşğulluq” altsisteminə yerləşdirdikdən sonra, məşğulluq orqanı göndəriş əsasında iş üçün müraciət etmiş şəxsi həmin iş yerinə yönləndirir. Həmin göndəriş əsasında işə götürülən işçinin əməkhaqqısının müəyyən hissəsinin, müəyyən müddətə ödənilməsi isə əməkhaqqının birgə maliyyələşdirilməsi proqramıdır.

Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqıdan çox olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqıdan tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya “DOST” mərkəzlərində işsiz kimi qeydiyyata alınmış şəxslər proqrama müraciət edə bilərlər. Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 işəgötürən üzrə 10 sosial iş yerindən çox ola bilməz.

Misal: Müəssisə 150 işçisi varsa, maksimum 10 sosial iş yeri, 40 işçisi varsa, 8 sosial iş yeri üzrə əməkhaqqlarının maliyyələşdirilməsi proqramı çərçivəsində işçi cəlb edə bilər.

Sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqısının müəyyən edilmiş hissəsi 3 aydan az və 12 aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir. Mükafatlar, əməkhaqqıya əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödənclər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına ödənilir.

Proqrama qoşulmaq üçün işəgötürənlər “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin “Məşğulluq” altsistemində “Sosial iş yerlərində işçilərin əmək haqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni dolduraraq təsdiq edirlər. Müraciət qeydiyyata alındıqdan sonra Agentlik və ya “DOST” mərkəzləri 10 (on) iş günü ərzində həmin işəgötürənin müəyyən edilən tələblərə uyğunluğunu araşdırır.

İşəgötürən müəyyən edilən tələblərə uyğun olduqda Agentlik və ya Mərkəz tərəfindən ona bu barədə elektron bildiriş göndərilir və Agentliklə işəgötürən arasında ərizədə göstərilən boş (vakant) iş yerləri üzrə işə qəbul ediləcək işçilərin əmək haqlarının müəyyən edilmiş hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsinə dair “Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair Müqavilə”imzalanır.

İşaxtaran və işsiz şəxsin sosial iş yeri üzrə işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə təsdiqlənir.


Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin gəlirlərinin vergiyə cəlb olunması


Son 1 ildə fəaliyyətdə olan, habelə Agentlik tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan hər bir işəgötürən sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilər.

Sosial iş yerinə qəbul olunmuş işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinə uyğun olmaqla 3 aydan artıq olmamaq şərtilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu halda Agentlik və ya Mərkəz tərəfindən həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilir. Yeni işçi təyin edilən zaman həmin iş yeri üzrə əvvəlki işçinin əməkhaqqısının maliyyələşdirilməsi dövrü nəzərə alınır.

Müqavilə müddətində (sınaq müddəti müəyyən edildiyi halda sınaq müddəti istisna olmaqla) işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir. Müqavilə müddətində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verildiyi halda həmin şəxslə 1 il müddətində təkrar əmək müqaviləsi bağlanıla bilməz.

Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 faizindən çox fərqlənə bilməz. Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər proqramda iştirak edə bilməz.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 547 548 549 550 551 552 553 2. 399