» » » Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin gəlirlərinin vergiyə cəlb olunması

Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin gəlirlərinin vergiyə cəlb olunması

posted in: Xəbər | 0
birbank biznes

vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuVÖEN-lə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən fiziki şəxs tikinti materialların satışı ilə məşqul olan ƏDV ödəyicisi şirkətlə xidmət müqaviləsi bağlayıb, şirkətin məhsullarını təbliğ (reklam) edərək məhsulların satışını təşkil edir. Müqavilənin şərtlərinə görə, hər satılan məhsuldan müəyyən qədər qazanc götürür. Onun ödəməli olduğu vergi necə hesablanmalıdır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə, fiziki şəxs ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, fiziki şəxsin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.


Sökülmüş mənzilin əvəzinə verilən mənzil satılarkən vergi tutulmalıdırmı?


Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququ saxlanılır.

Gəlirlərinin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər vergi ödəyicisinə xidmət etdiyi üçün, həmin şəxsin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və o, gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun