» » » Azərbaycanda “e-mühasibat” elektron portalı yaradılacaq

Azərbaycanda “e-mühasibat” elektron portalı yaradılacaq

posted in: Xəbər | 0
birbank biznes

e-mühasibatAzərbaycanda “Mühasibat uçotu haqqında” qanuna əsasən, mühasibat uçotu subyektlərinin Maliyyə Nazirliyinə təqdim etməli olan maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən “e-mühasibat” elektron portalının yaradılması planlaşdırılır.

Bu, Prezident İlham Əliyevin 04.04.2022-ci il tarixdə təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası Maliyyə Nazirliyinə həvalə olunub.

Elektron portalın yaradılması ilə bağlı ilkin təkliflərin müəyyən edilməsi, maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən elektron portal ilə əlaqədar müvafiq sənədlərin və portalın layihəsinin hazırlanması, “e-mühasibat” elektron portalının yaradılmasının başa çatdırılması nəzərdə tutulub.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun