Əmək qabiliyyətinin itirilməsi zamanı müavinət necə hesablanır?

posted in: Xəbər | 0

müavinət , nağdsız hesablaşmalarƏmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta ödəmələrinin bir növdür. Bəs kimlərin bu müavinəti almaq hüququ vardır? Müavinətin məbləği necə hesablanır? Suallara əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Qanunvericiliyə əsasən, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ vardır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:

• xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;

• sanatoriya-kurort müalicəsi zamanı;

• xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;

• xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;

• epidemioloji hallarda karantin zamanı;

• vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman;

• protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə;

• Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar əmək qabiliyyəti müvəqqəti itirildikdə.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aylıq tarif (vəzifə) maaşını, əlavə ödənişləri və mükafatları özündə birləşdirən əməkhaqqı hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq xəstə sağalanadək və ya ona tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Fiziki şəxsin qeyri-rezidentdən əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

Misal: Fərz edək ki, işçi 22 dekabr 2020-ci il tarixdə əmək qabiliyyətini itirib və 21 fevral 2021-ci il tarixdə tibb məntəqəsindən müvafiq sənəd (bülleten) təqdim edib. İşçinin əmək stajının 12 il, son 12 aylıq əməkhaqqı məbləğinin aylar üzrə aşağıdakı şəkildə olduğunu nəzərə alaq:

­­Ay­lar ­­Ay­da­kı iş gün­lə­ri ­­İş­lə­di­yi iş gün­lə­ri Əməkhaq­qı (manat)
Yan­var 23 23 1.100
Fev­ral 21 21 1.100
Mart 20 20 1.100
­­Ap­rel 21 21 1.100
May 20 20 1.100
­İyun 15 15 1.100
­İyul 22 22 1.100
­­Av­qust 21 21 1.100
Sent­yabr 16 16 1.100
­­Okt­yabr 23 23 1.100
No­yabr 20 20 1.100
De­kabr 21 21 1.100
240 240 13.200

Qeyd et­diyimiz kimi müa­vi­nə­tin ilk 14 gü­nü üçün ödə­niş işə­gö­tü­rə­nin he­sa­bı­na, qa­lan gün­lər üçün isə so­si­al sı­ğor­ta haqq­la­rı he­sa­bı­na DSMF tə­rə­fin­dən olu­nur.

İş­çi­nin əmək sta­jı 12 il ol­du­ğu üçün ona qa­zan­cın 100 fai­zi miq­da­rın­da müa­vi­nət ve­ri­lə­cək.

Əv­vəl­ki 12 ay­lıq dövr­də ne­çə iş gü­nü­nün ol­duğunu tapaq. Fərz edək ki, bu dövr­də olan iş gün­lə­ri­nin sa­yı 240 gün­dür. Son 12 ayın qa­zan­cı­nı 12 ay­da­kı iş gün­lə­ri­nin sa­yı­na bö­lə­rək bir iş gü­nü­nə dü­şən gün­də­lik qa­zan­cı hesablayaq:

13.200 : 240 = 55 manat

Da­ha son­ra ilk 14 gün­də ne­çə iş gü­nü ol­dğunu mü­əy­yən­ləş­dir­ək. Fərz edək ki, qeyd edi­lən müd­dət­də 10 iş gü­nü var.De­mə­li, işə­gö­tü­rən tə­rə­fin­dən ödə­ni­lən müa­vi­nə­tin miq­da­rı 10 x 55 = 550 manat olacaq.

So­si­al sı­ğor­ta ödə­niş­lə­ri he­sa­bı­na olan ödə­niş,qa­lan 16 gün­də 12 iş gü­nü ol­du­ğu­nu qə­bul et­sək, 12 x 55 = 660 manat.

Misalımızda işçinin əmək sta­jı 12 il ol­du­ğu üçün ona he­sab­lan­mış qa­zan­cın 100 fai­zi ödə­nil­ib. Əgər əmək sta­jı 6 il ol­say­dı, he­sab­lan­mış qa­zan­cın 60 fai­zi miq­da­rın­da ödə­niş olmalı idi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxsin qeyri-rezidentdən əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuVÖEN-lə fəaliyyət göstərən fiziki şəxs qeyri-rezident olan xarici hüquqi şəxsə proqramlaşdırma xidməti göstərir və hər ay xidmət haqqı alır. Bu fiziki şəxs hansı növ vergi ödəyicisi olmalıdır və hansı sosial sığorta ödənişlərini etməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Sorğuda qeyd olunan halda vergi ödəyicisi gəlirlərinin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyi üçün, onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Qanunlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Autstaffinq: sadə sözlərlə bu nə deməkdir? (3-cü hissə)

posted in: Xəbər | 0

autstaffinqPersonalın ştatdan kənara çıxarılmasının digər üstünlükləri

Lakin, autstaffinqin maliyyə faydaları bununla bitmir. Bu xidmət bir sıra digər üstünlüklərə malikdir, o cümlədən:
  • kadr məhdudiyyəti ilə bağlı problemlərin həlli. Və kadrlarınızın sayını niyə artıra bilməməyiniz (korporativ siyasət buna imkan vermir, işçilərin sayının artması sadələşdirilmiş vergi sistemində qalmağın mümkünsüzlüyünə gətirib çıxaracaq və s.) mühüm deyil.

Kadrların ştatdan çıxarılmasının köməyi ilə siz işçilərin rəsmi sayını artırmadan, lazımi sayda muzdlu işçiləri tez bir zamanda cəlb edə biləcəksiniz;

  • kadrların idarə edilməsinin çevikliyinin artırılması. Bu şəkildə işə götürülən mütəxəssislər artıq tapşırığı yerinə yetirmək üçün bütün lazımi bacarıqlara malikdirlər.

Bundan əlavə, bu yolla siz diqqətinizi əsas fəaliyyətinizə cəmləşdirə, ikinci dərəcəli vəzifələri autstaffer şirkətə keçirə bilərsiniz;

  • tənzimləyici orqanlarla qarşılıqlı əlaqəyə ehtiyac yoxdur. İşçilər sizdə qeydiyyatda olmadığı üçün bütün məsuliyyəti vasitəçi şirkət daşıyır. Bu, maaşların vaxtında ödənilməsinə və ondan tutulmalara da aiddir.

Beləliklə, bununla bağlı sanksiya və cəzalara məruz qalmayacaqsınız.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hüquqi şəxsin zərəri nə zaman kompensasiya edilə bilməz?

posted in: Xəbər | 0

kompensasiya , kənd təsərrüfatı , ƏDV-yə cəlb , pərakəndə satış qaydası , malların alış aktı , malların alış dəyəri , rezident , Dividend gəlirləri , ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıVergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, müəssisənin gəlirindən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi 5 ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Bəs hansı hallarda bu cür zərərlərin növbəti vergi illərinin mənfəəti hesabına kompensasiya edilməsi məhdudlaşdırılır? Suala vergi mütəxəssisi Məhəmməd Knyazov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 148.0-cı maddəsinə əsasən, hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinə, aşağıdakı hallar istisna edilməklə, icazə verilmir:

– dəyişiklikdən sonrakı 3 il ərzində hüquqi şəxs həmin sahibkarlıq fəaliyyətini həyata keçirirsə;

– dəyişiklikdən sonrakı 1 il ərzində hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətinə başlamırsa.

Vergi Məcəlləsinin 148-ci maddəsində hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinin hansı hallarda icazə verildiyi göstərilib. Məcəllənin 148.0.1-ci maddəsində qeyd olunan “dəyişiklikdən sonrakı üç il ərzində hüquqi şəxs həmin sahibkarlıq fəaliyyətini həyata keçirirsə” ifadəsi hüquqi şəxsin dəyişiklik baş verdiyi vergi ilində həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin bu maddədə qeyd olunan müddət ərzində, yəni dəyişiklikdən sonrakı 3 il müddətində davam etdirilməsi həmin hüquqi şəxsə əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin növbəti vergi ilinə keçirilməsinə əsas verdiyini bildirir.

Vergi Məcəlləsinin 148.0.2-ci maddəsində göstərilən “dəyişiklikdən sonrakı bir il ərzində hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətinə başlamadıqda” ifadəsi hüquqi şəxsin dəyişiklik baş verdiyi vergi ilində həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən başqa bu maddədə qeyd olunan müddətdə, yəni sonrakı bir il ərzində hər hansı yeni sahibkarlıq fəaliyyətinə başlamaması əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin növbəti vergi ilinə keçirilməsinə əsas verdiyini bildirir.

Göstərilənlərə əsasən, hüquqi şəxs sahibliyində dəyişiklik baş verdiyi vergi ilində həyata keçirdiyi sahibkarlıq fəaliyyətini Məcəllənin 148.0.1-ci maddəsində qeyd olunan müddətdə davam etdirməklə yanaşı, dəyişikliyin baş verdiyi ildən sonrakı bir il ərzində hər hansı yeni sahibkarlıq fəaliyyətinə başlamırsa, əvvəlki vergi ilindən zərəri, gəlirdən çıxılmaları, əvəzləşdirmələri növbəti vergi ilinə keçirə bilər.

Göründüyü kimi, qeyd olunan şərtlərə riayət olunmadıqda hüquqi şəxsin əvvəlki vergi ilindən zərərinin, gəlirdən çıxılmalarının, əvəzləşdirmələrinin növbəti vergi ilinə keçirilməsinə icazə verilmir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 544 545 546 547 548 549 550 2. 399