Daha çox8
Daha çox8

Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik sahibkarların işini asanlaşdırır

posted in: Xəbər | 0

vergi bəyannaməsi , məcburi dövlət sosial sığorta haqqı , ezamiyyə xərci , MDSS , MDSS haqqı , vergi güzəşti , Vergi öhdəlikləri , əmlak vergisi, Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuVergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də mənfəət (gəlir) vergisi bəyannaməsinin təqdim edilməsi şərtləri ilə bağlıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinə əlavə edilmiş 72.4-1-ci maddə vergi ödəyicilərinin təqdim etdikləri vergi hesabatları ilə bağlı inqilabi dəyişiklik hesab oluna bilər. Həmin maddəyə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

İlk olaraq Vergi Məcəlləsinin 163-cü maddəsində göstərilən halları, sonra isə misallarla vergi bəyannaməsinin təqdim edilməsi hallarını nəzərdən keçirək.

Məcəllənin 163.1-ci maddəsinə qeyd edilir ki, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:

– əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;

– əməliyyatın xarakteri dəyişdikdə;

– qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud

– vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.

Misal: Vergi ödəyicisi 2021-ci ilin dekabr ayında 30.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf 2022-ci ilin fevral ayında həmin malların 12.000 manatlıq hissəsini geri qaytarıb. Vergi ödəyicisi 2021-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsində 30.000 manatı gəlir kimi tanıyıb. Malların geri qaytarılması 2022-ci ilin fevral ayında baş verdiyi üçün vergi ödəyicisi artıq 2021-ci il yox, 2022-ci il üzrə vergi hesabatında dəqiqləşdirmə aparacaq.

Vergi ödəyicilərinin vergi orqanının səyyar vergi yoxlaması keçirdiyi dövrə dəqiqləşdirmə vermək hüququ məhdudlaşdırdığı üçün yuxarıda qeyd etdiyimiz hallarda problemlərlə üzləşirdilər. Yeni dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 163-cü maddəsində göstərilən hallara dair öncəki dövlərdə təqdim edilən hesabatlar üzrə dəqiqləşdirmə aparılmasına ehtiyac yaranmadığı üçün həmin problem də aradan qalxmış oldu.


Mal nomenklaturası və idxal-ixrac gömrük rüsumlarının dərəcələri ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

idxal ixrac rüsumuNazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Qanuna uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantına uyğunlaşdırılıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

E-qaimə ilə bağlı qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

ish və istirahət günləri , Elektron satınalmalar, iştirak haqqı, Elektron satınalmalarda iştirak haqqı, 2022, qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması, Ezamiyyə xərclərinin normaları, mediasiya, Vahid büdcə təsnifatıAzərbaycanda vergi orqanında uçotda olan şəxslərə göndərilən sənədlə bağlı qaydalar dəyişib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Qərara əsasən, elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi ilə bağlı bəndə aşağıdakı əlavə edilir:

-lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Elektron qaimə fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 454-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1560 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11 maddələr 1256, 1274, 1280, 1283; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 yanvar tarixli 1 nömrəli və 15 yanvar tarixli 18 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.1.1.2.3-cü yarımbənddə “İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən” sözləri “İdman mərc oyunlarından, lotereyalardan” sözləri ilə əvəz edilsin;

1.2. 1.1.4.1.1.6-cı yarımbəndə “lotereyaların” sözündən sonra “(o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının” sözləri əlavə edilsin;

1.3. 1.1.4.3.1.6-cı yarımbəndə “hüquqi şəxslər” sözlərindən sonra “, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan
hüquqi şəxslər” sözləri əlavə edilsin;
1.4. 1.1.4.3.2.4-cü yarımbənddə “operatoru və satıcıları” sözləri “satıcıları, habelə lotereya biletlərinin satıcıları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 191) ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.4.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4.4-cü yarımbənd əlavə edilsin:

“1.4.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 aprel 2022-ci il
№ 151


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İtaliya haqqında maraqlı faktlar (1-ci hissə)

posted in: Uncategorized | 0

italiya , mühasibat sistemi mühasibat uçotu İtaliyaİtaliyanı çox vaxt “Bel Paese” adlandırırlar, tərcümədə “gözəl ölkə” deməkdir.

Rəsmi dil – italyan dilidir. O, toskana ləhcəsinə əsaslanır, lakin hər bir bölgə, minlərlə il əvvəl olduğu kimi, hələ də öz ləhcəsində danışır.

Hər il İtaliyanı 40 milyondan çox turist ziyarət edir! Bu göstəriciyə görə ölkə dünyada 4-cü yerdədir.

İtaliyanın bütün ərazisində 3000-dən çox muzey fəaliyyət göstərir.

Maraqlı fakt: İtaliya əhalisinin 20 faizindən çoxunun 65-dən yuxarı yaşı var.

İtalyanların orta ömür müddəti 79,5 il təşkil edir.

“Fortepiano” musiq alətini 1709-cu ildə İtaliyada məşhur usta olan Bartolomeo Kristofori yaradıb.

İtaliya ərazisində iki cırtdan dövlət yerləşir: San-Marino və Vatikan.

Dünyaca məşhur “Pinokkio” nağılını italyan yazıçı Karlo Kollodi ərsəyə gətirib.

Maraqlı fakt: Po – İtaliyanın ən uzun çayıdır. Onun uzunluğu 652 km, hövzəsinin sahəsi isə 71 000 kv km təşkil edir.

İtalyanların orta yaşı 41 il təşkil edir.

Siz bilirsinizmi ki, Marko Polo, Con Kapot Ameriqo Vespuççi kimi məşhu dəniz səyyahları italyandırlar!

İtalyanlar – dünyanın ən  böyük şərab həvəskarlarından biri hesab olunurlar! İl ərzində orta statistik İtaliya sakini 26 litrdən çox şərab içir.

Maraqlı fakt: dondurmanı Avropaya ilk dəfə gətirən italyan dəniz səyyahı Marko Polo olub! Tarixçilər hesab edirlər ki, Çindən qayıtdıqdan sonra Marko özü ilə həmin ölkədən bir neçə növ dadlı “dondurma suyu” reseptini gətiribmiş. Səyahətçinin dediyinə görə, bu cür “buz” parçalarını Uzaq Şərqdə hələ eramızdan əvvəl yeməyə başlayıblar! Belə bir fikir də mövcuddur ki, dondurmaya süd qatmağı M. Polonun özü tklif edibmiş!

İtalyan dilində bütün sözlər yalnız saitlə bitir.

İtaliya Avropa ölkələri arasında ən çox otel sayına malik olması ilə fəxr edə bilər. Eyni zamanda, mütənasiblik itirilmir: büdcə otelləri və ekstra-klass mehmanxanaların sayı bir-birini tamamlayır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 543 544 545 546 547 548 549 2. 399
error: Content is protected !!