Gəlirdən çıxılmayan xərclər bəyannamədə hansı hissədə qeyd edilməlidir?

posted in: Xəbər | 0

kənd təsərrüfatı , ƏDV-yə cəlb , pərakəndə satış qaydası , malların alış aktı , malların alış dəyəri , rezident , Dividend gəlirləri , ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıMüəssisənin gəlirindən çıxılmayan xərclərinin mənfəət vergisi bəyannaməsinin hansı hissəsində qeyd olunması ilə bağlı mühasiblər arasında fərqli yanaşmaların olduğu müşahidə edilir. Məsələyə iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Bəzi mütəxəssislər Məcəllənin 109-cu maddəsinə əsasən gəlirdən çıxılmayan xərcləri əvvəlcə mənfəət vergisi bəyannaməsinin 232-ci sətrində (“Digər xərclər”) qeyd edir, sonra isə həmin məbləği bəyannamənin 235-ci (“Ümumi gəlirdən çıxılmayan xərclər”) sətrində qeyd edir.

Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclər mənfəət vergisi bəyannaməsinin “Hesabat dövrü üçün verginin hesablanması” bölməsinin 249-cu sətrində (Vergi Məcəlləsinə əsasən, gəlirdən çıxılmayan xərclər) və müvafiq olaraq 249.1, 249.2 və 249.3-cü altsətirlərində qeyd edilməlidir.

Bəs həmin məbləğ bəyannamənin 1 saylı Əlavəsinin hansı hissəsində yazılmalıdır? Nəzərə alsaq ki, gəlirdən çıxılmayan xərclər müəssisənin sərəncamında qalan xalis mənfəəti hesabına kompensasiya edilir, o zaman həmin məbləğ bəyannamənin 1 saylı Əlavəsinin 2.1.2-ci sətrində (“Hesabat dövrünün xalis mənfəti”) “Silinmişdir” hissəsinə yazılmalıdır.

Bəs Mənfəət vergisi bəyannaməsinin 235-ci sətri – “Ümumi gəlirdən çıxılmayan xərclər” hansı məqsədlər üçün nəzərdə tutulub? Bildiyimiz kimi, Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Mənfəət özü isə müəssisənin bütün gəlirləri (vergidən azad edilən gəlirlərindən başqa) ilə gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdir.

Misal: Tutaq ki, müəssisə həm kənd təsərrüfatı məhsullarının topdan ticarəti ilə, həm də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Müəssisənin il ərzində ümumi dövriyyəsi 100.000 manat olub. Bu dövriyyənin 30.000 manatlıq hissəsi kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilib. Həmçinin, müəssisənin il ərzində ümumi xərcləri 60.000 manat təşkil edib ki, bunun da 10.000 manatı birbaşa kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı xərclərdir. Onu da nəzərə alaq ki, Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər mənfəət vergisindən azaddır. Mənfəət vergisi bəyannaməsi tərtib edilərkən əvvəlcə gəlirlər hissəsinə 100.000 manat ümumi gəlirlər qeyd edilir. Sonra kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən 30.000 manat vergidən azad edilən dövriyyə bəyannamənin 219.4-cü sətrinə (“Gəlirlər üzrə azadolmalar və güzəştlər”) qeyd edilir. Sonra 60.000 manat ümumi xərclər şərti olaraq 221.4-cü sətrə (“Malın dəyəri”) qeyd edilir. Amma bu xərclərin 10.000 manatlıq hissəsi vergidən azad edilən dövriyyə – kənd təsərrüfatı istehsalı fəaliyyəti ilə bağlı olduğu üçün həmin məbləğ ümumi xərclərdən çıxılaraq bəyannamənin 235-ci sətrinə (“Ümumi gəlirdən çıxılan xərclər”) qeyd edilir. Beləliklə, müəssisənin vergiyə cəlb edilən gəlirləri 70.000 manat, bu gəlirlərin əldə olunması ilə bağlı xərcləri isə 50.000 manatdır:

100.000 -30.000 = 70.000 manat;
60.000 -10.000 = 50.000 manat.

Müəssisənin vergitutma məqsədləri üçün mənfəəti isə 20.000 manat təşkil edəcəkdir:

70.000 – 50.000 = 20.000 manat.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bir daha vurğulamaq istəyirəm ki, Vergi Məcəlləsinin 109.2-ci və 109.3-cü maddələrinə əsasən, müəssiənin gəlirdən çıxılmayan xərcləri mənfəət vergisi bəyannaməsinin 235-ci sətrinə və onun alt sətirlərinə deyil, bəyannamənin 249-cu sətrinə və onun alt sətirlərinə yazılmalıdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Beynəlxalq yükdaşıma ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri

posted in: Xəbər | 0

kənd təsərrüfatı , ƏDV-yə cəlb , pərakəndə satış qaydası , malların alış aktı , malların alış dəyəri , rezident , Dividend gəlirləri , ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıBeynəlxalq yükdaşıma ilə bağlı bütün icazələri almış vətəndaş şəxsi mülkiyyətindəki nəqliyyat vasitəsi ilə beynəlxalq yükdaşıma ilə məşğul olur və dövlət rüsumunu ödəyir. Qarşı tərəf göstərilən xidmətin qarşılıgında ondan elektron qaimə-faktura tələb edir. Bu fəaliyyətlə əlaqədar o, qarşı tərəfə e-qaimə göndərməlidirmi? Bu zaman onun hansı vergi öhdəlikləri yaranır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Beynəlxalq yükdaşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Gəlir vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü, 16-cı, 101-ci, 71-1-ci, 218.4.1-ci maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Autstaffinq: sadə sözlərlə bu nə deməkdir? (2-ci hissə)

posted in: Xəbər | 0

AutstaffinqEyni zamanda, əgər mütəxəssisləri ştatdan kənara çıxarsanız, onda xərcləri də aşağı sala bilərsiniz:

  • konkret bir vakansiya axtarışı. Siz həm mövcud işçiləri ştatdan kənara çıxarmaq, həm də yenilərini işə götürmək üçün xüsusi kadrlar agentliyinə müraciət edə bilərsiniz. Eyni zamanda, əksər vasitəçi şirkətlər əlçatan geniş işçi bazasına malik olurlar.

Beləliklə, uyğun mütəxəssisləri axtarmağa vaxt və səy sərf etməli olmayacaqsınız;

  • kadr uçotunun idarə edilməsi. Əməkdaş sizdə işləmədiyinə görə, onun şəxsi işini formalaşdırmaq, müxtəlif arayışlar, xəstəxana arayışları tərtib etmək, statistik hesabatlar təqdim edərkən onu nəzərə almaq lazım deyil və sair.

Beləliklə, kadrların yükü əhəmiyyətli dərəcədə azalır (eləcə də bu xidmət üçün zəruri əməkhaqqı da);

  • əmək haqqından ödənişlər və müvafiq vergilərin ödənilməsi. Bütün bu işlərlə kadrlar agentliyi məşğul olacaq.

Belədə siz öz mühasibatlıq xidmətinizdə xeyli vəsaitə qənaət emiş olacaqsınız.

Autstaffinqdən istifadə edən iri müəssisələr bu maddələr üzrə xərclərini 5 dəfəyə qədər azalda bilər.

Əksər şirkətlər əlavə maliyyə faydaları axtardıqları üçün bu xidmətə müraciət edirlər.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xaricdə gəlir əldə edən rezident fiziki şəxslərin vergi uçotuna alınması

posted in: Xəbər | 0

kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuABŞ şirkəti (hüquqi şəxs) ilə əməkdaşlıq edən vətəndaş orada dollarla bank hesabı açıb. Həmin hesabdakı vəsaiti Azərbaycan bank hesabına köçürə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər vergi uçotuna alınmaq üçün ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Qeyd olunan gəlirlər şəxsin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda vergilər müvafiq qaydada hesablanaraq ödənilməli və vergi orqanına hesabat təqdim edilməlidir.


Kassa çeki verməyən obyektləri hansı cəza gözləyir?


Yuxarıda qeyd olunan əməliyyatların vergitutma baxımından cavablandırılması üçün əməliyyatın xarakteri barədə məlumatlar qeyd edilməklə müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Pul köçürülməsi əməliyyatına aid qanunvericiliyin tələbləri haqda ətraflı məlumat üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmək tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 96-cı və 101-ci maddələri və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanun.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 546 547 548 549 550 551 552 2. 399