İdxal mallarının saxlanıldığı yerə baxış keçirilməsi

posted in: Xəbər | 0

ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuSatış məqsədilə idxal edilən malların saxlanıldığı yerə vergi orqanı tərəfindən baxış keçirilə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulmuş məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş protokolla rəsmiləşdirmək vergi orqanlarının hüquqlarına aid edilib. Eyni zamanda, vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxışın keçirilməsi operativ vergi nəzarəti tədbiri ilə əhatə edilmiş məsələlərə aiddir.

Əsas: Vergi Məcəlləsinin 23.1.3-2-ci və 50.1.13-1-ci maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı üzrə imtahanlar təkmilləşdiriləcək

posted in: Xəbər | 0

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM), Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və peşəkar mühasib təşkilatları arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənədin məqsədi Peşəkar Mühasib Sertifikatı (PMS) üzrə imtahanların məzmunu və strukturunun təkmilləşdirilməsi, təbliğatı, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin geniş ictimaiyyətə birgə çatdırılması, qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlıq imkanları yaratmaqdır.

Hazırda “Mühasibat uçotu haqqında” qanuna əsasən, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin baş mühasiblərindən PMS almaları tələb olunur.

DİM-in təşkil etdiyi PMS imtahanları ikimərhələlidir. 1-ci mərhələdə namizədlərin mühasibat uçotu, 2-ci mərhələdə isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə bilikləri yoxlanılır.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İtaliya haqqında maraqlı faktlar (2-ci hissə)

posted in: Uncategorized | 0

italiya , Qədim Romada uçotHər gün Romada ən böyük “Trevi” fontanına turistlər 3000 avro sikkə pullar atırlar! – bu da maraqlı faktdır.

Zanbaq İtaliyanın milli çiçəyi hesab olunur.

YUNESKO-nun məlumatına görə, İtaliya dünya incəsənət irsinin demək olar ki, 60%-nə malikdir.

14-cü əsrin bubon vəbası İtaliya əhalisinin 30%-dən çoxunu məhv edib.

Pitza ilə yanaşı, makaron da ən məşhur qida məhsullarından biridir. Maraqlıdır ki, hər bir italyan ildə 25 kq-dan çox makaron yeyir.

İtaliya ərazisində şərab hazırlamağı hələ eramızdan əvvəl 1000-ci illərdə öyrəniblər.

Maraqlı fakt: Dünyanın ilk və ən məşhur film festivalı Venesiya film festivalıdır. Onun müntəzəm keçirilməsinə hələ 1932-ci ildə başlanılıb.

Ölkədə dünyanın ən çoxsaylı modelyerləri yaşayır. Onlardan ən məşhurları bunlardır: Gucci, Prada, Versace, Dolce & Gabbana, Giorgio Armani, Salvatore Ferragamo, Roberto Cavalli, Fendi, Valentino, Trussardi, Benetton.  Bu da İtaliyanın bütün dünyada moda meyllərini müəyyənləşdirdiyini izah edir.

San-Marino cırtdan dövləti – dünyada ən qədim respublikadır! Bu kiçik ölkə həmçinin dünyada ilk konstitusiyalardan birini qəbul etməsi ilə də öyünə bilər. Maraqlı fakt həm də odur ki, San-Marinonun əhalisi cəmi 32 min nəfərdir, ölkənin ümumi sahəsi isə 61 kv km təşkil edir.

İtalyan qadınlar dünyanın ən aşağı məhsuldarlıq səviyyəsinə (uşaqların doğuşuna görə) malikdirlər.

Avropada fəaliyyətdə olan cəmi üç vulkan vardır: Etna, Stromboli və Vezuviy. Onların hamısı İtaliyanın cənubunda yerləşir. Bilmək maraqlıdır ki, Etna – dünyanın ən aktiv vulkanıdır. O demək olar ki, son 3500 il ərzində fasiləsiz olaraq püskürüb, 1999-cı ildən bəri isə hər gün lava buraxır.

Maraqlı fakt: dünyada ən böyük xristian kilsəsi Romadakı Müqəddəs Pyotr bazilik kilsəsidir. Onun inşası 120 il ərzində – 1506-cı ildən 1626-cı ilə kimi davam edib!

Pitzanın kim tərəfindən və nə vaxt hazırlandığı günümüzə qədər məlum deyil. Lakin, o da məlum faktdır ki, artıq 1830-cu ildə Neapolda İtaliya ərazisində ilk pizza restoranı açılmışdı.

Minlərlə ənənəvi İtalyan desertləri mövcuddur, lakin dünya şöhrətini onlardan yalnız “Tiramisu” qazanıb. O da maraqlıdır ki, bu desert yalnız 1970-ci illərdə hazırlanıb. Bu desertin müəllifliyi ilə bağlı bir çox mübahisələr mövcuddur, lakin əminliklə demək olar ki, tiramisu çox qısa müddət ərzində bütün dünyada populyarlıq qazanıb – maraqlı faktdır!

Avropa İntibahı XIV əsrdə Şimali İtaliyada başlayıb.

Bolonya universiteti – Avropanın ən qədim universitetidir. Onun əsası hələ 1088-ci ildə qoyulub. Maraqlıdır ki, İtaliyada yaşı 500 ildən çox olan 13 universitet vardır.

Avropada ilk bank XII yüzillikdə Genuyada ortaya çıxıb.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Bilirsinizmi ki, Bottiçelli, Mikelancelo, Leonardo da Vinçi, Donatello, Fra Anceliko, Tintoretto, Karavadco, Bernini, Tisian və Rafael kimi məşhur rəssamlar italyandırlar!

Maraqlı fakt: violonçel, skripka və fortepianonu italyanlar icad ediblər.

Vivaldi, Korelli, Monteverdi, Albinoni – bunlar barokko dövrünün dahi bəstəkarlarıdır.

Mexaniki saat, barometr, termometr, optik şüşə və telefon – bütün bunlar italyan ixtiralarıdır.

Romalılar pişikləri o qədər çox sevirlər ki, onları şəhərin Bio-mədəni sərvəti adlandırırlar! Yeni qanun qüvvəyə mindikdən sonra pişiyi öldürməyə görə 10000 avro cərimə ödəməli və 3 ilə qədər həbs cəzası almalı olacaqsınız! Maraqlıdır ki, bütün Romada 300 mindən çox pişik vardır.

İtaliyanın “kölgə iqtisadiyyatı” dünyanın ən böyük kölgə iqtisadiyyatı hesab olunur.

İtalyanlar dünyanın ən bahalı və prestijli avtomobillərini istehsal edirlər. Onlardan ən məşhurları Ferrari, Lamborghini, Maseratti, Bugatti və De Tomaso markalarıdır.

1861-ci ilə kimi İtaliya kiçik dövlətlərə parçalanmışdı.

İtaliyanın əhalisi 60 milyon təşkil edir. Hər kv km-ə 200 nəfər düşür.

Ölkənin ərazisi 309 547 kv metrdir.

Maraqlı fakt: İtaliya ərazisinin təxminən 75 faizini dağlıq ərazilər tutur.

İtalyanlar amerikalılardan üç dəfə qənaətcildirlər!

İtaliya elektrik enerjisinin 75 faizini idxal edir.

Roma şəhərinin əsası e.ə. 753-cü ildə qoyulub.

İtaliya əhalisinin 95%-dən çoxu Roma katolik kilsəsinin tərəfdarlarıdır, lakin kilsəni müntəzəm olaraq möminlərin 35%  ziyarət edir.

İtaliya silahlanmaya 20 milyard dollardan artıq xərcləyir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vəkil firmasında əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuVergi orqanında uçotda olmayan vəkillər tərəfindən yaradılmış vəkil firmasında göstərilən fəaliyyətlə bağlı əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu ödəmə mənbəyində vergini tutmağa borcludur.

Buna əsasən, vəkil qurumunun tabeçiliyində çalışan vəkil tərəfindən göstərilən fəaliyyətlə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı və dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 150.1.17-ci maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 541 542 543 544 545 546 547 2. 399