Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

posted in: Xəbər | 0

PMS, Peşəkar mühasib sertifikatı, vergi orqanlarında işləmək, Peşəkar mühasib sertifikatı imtahanı, Peşəkar mühasib sertifikatıDİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək

İmtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq:

1-ci mərhələ (mühasibat uçotu üzrə) 8 may, 2-ci mərhələ (qanunvericilik üzrə) 29 may 2022-ci il tarixində keçiriləcək.

İmtahanın hər 2 mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi üzərindən 1-ci mərhələ üzrə 30 mart – 23 aprel, 2-ci mərhələ üzrə 30 mart – 14 may tarixlərində aparılacaq.

Namizədlər 1-ci mərhələ üzrə buradan və 2-ci mərhələ üzrə isə buradan qeydiyyatdan keçə bilərlər.

1-ci mərhələ (mühasibat uçotu) üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifakat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

2-ci mərhələ (qanunvericilik üzrə) imtahanda iştirak etmək istəyən namizədlər isə aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahan ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.

İmtahanın hər bir mərhəlisinin davametmə müddəti 3 saatdır.

Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatınn sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Bu sertifikatlara malik olan namizədlər imtahanın 2-ci mərhələsi üzrə qeydiyyatdan keçməlidirlər. Onlar öz sertifikatlarının  surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər.

Həmin sertifikatların həqiqiliyi DİM tərəfindən yoxlanılaraq namizədə məlumat veriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilmişdir.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

Qeyd: PMS üzrə növbəti imtahanın 2022-ci ilin oktyabr – noyabr aylarında keçirilməsi nəzərdə tutulub.


Mənbə: dim.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergidən yayınma halları öz başlanğıcını nə vaxtdan götürüb? (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0

Vergidən yayınma , gəlir vergisi . qeyri-adi yığımlarAktivləri gizlətmək üsulları həm fransız İnqilabı dövründə, həm də Oreqonda XIX əsrdə mövcud idi.

Əgər ABŞ-a müraciət etsək, hələ 1880-ci illərdə tanınmış korporativ hüquqşünas Ceyms Dilin təşəbbüsü ilə Nyu-Cersi ştatı korporativ məlumatların açıqlanması üzrə standartları və tənzimləyici qaydaları asanlaşdırmışdı.

Çox çəkmədi ki, Standard Oil kimi nəhəng korporasiyalar oraya köçdülər və bu, transfert qiymətlərinin əmələ gəlməsi üçün imkanlar yaratdı – törəmə şirkətlər ana şirkətin məhsullarını satdıqda – bu, transsərhəd əməliyyatları üzrə vergilərə qənaət edirdi.

Öz aktivlərini məxfilik pərdəsi altında gizlətmək üçün amerikalıya Britaniyanın Anguilla və ya Men adasına getməsinə ehtiyac yoxdur. “Panama faylları”nda göstərilən 21 vergi ofşorları arasında Nevada və Vayominq ştatları da var.

Bəzi ştatlarda, məsələn, Oreqonda öz adınızı açıqlamadan şirkətin direktoru ola bilərsiniz. Gizlilik pərdəsi müxtəlif məqsədlər üçün istifadə edilə bilər.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Məsələn, Vaşinqton ştatından olan rezident direktor qismində Oreqonda yaxtanın alınacağı şirkəti qeydiyyatdan keçirə bilər və bununla da Vaşinqtonun 10%-lik satış vergisini ödəmək zərurətindən yayına bilər;

Sietldəki Lane Powell hüquq firmasının vəkili Lewis Horowitz deyir ki, Vaşinqton ştatının rəsmiləri üçün belə bir əməliyyatı müəyyən etmək asan məsələ deyil.

Çox vaxt ştatlarda informasiyanın açıqlanması ilə bağlı minimal tələblərlə qeydiyyata alınan “yalançı” şirkətlərin adətən öz aktivləri olmur və onlar fəaliyyət göstərmirlər.

ABŞ-ın Maliyyə Nazirliyi 2006-cı ildə bildirmişdi ki, bu cür şirkətlərdən “milyardlarla dollarlıq beynəlxalq pul köçürmələrinin müəlliflərini və məqsədlərini gizlətmək” üçün istifadə olunub.

“Vergidən yayınma o qədər geniş miqyaslı bir hadisədir ki, nə qədər pulun boş yerə xərcləndiyini heç kim təxmin belə edə bilməz”, – professor Peylan belə söyləyir, baxmayaraq ki, hesabın on milyardlarla dollara bərabər olduğuna əmin ola bilərsiniz.

Əlbəttə, heç kim heç vaxt səxavətlilik göstərməyi və dövlətə pul verməyi sevmir. Roma tərəfindən qoyulan vergilərin onun fəth etdiyi İudey sakinlərini üsyana təhrik etdiyi bir vəziyyətdə İsa xatırlatmağa məcbur olmuşdu:

“Hər kəs öz xidmətlərinə, cəmiyyətdəki mövqeyinə, rütbəsinə görə mükafatlandırılsın və ödəniş etsin”.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron Hökumətin İnkişafı Mərkəzi auditor seçib

posted in: Xəbər | 0

maliyyə , mühasibatlıq , Auditor VakansiyaPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzi 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, sorğunun qalibi “Prime Audit and Consulting” MMC-dir.

Qalib şirkətə 5 900 manat ödəniləcək.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçiyə ödənilən müavinətdən vergi tutulurmu?

posted in: Xəbər | 0

Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuMüəssisə ləğv edildiyi üçün işçilərin əmək müqaviləsinə xitam verilib. Bu zaman işçilərə ödəniləcək müavinətdən gəlir vergisi hesablanmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxsin, onun filial və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 538 539 540 541 542 543 544 2. 386