Vergi borcuna görə siyahıya alınan əmlakın satış qaydaları təkmilləşdirilib

posted in: Xəbər | 0

vergi bəyannaməsi , məcburi dövlət sosial sığorta haqqı , ezamiyyə xərci , MDSS , MDSS haqqı , vergi güzəşti , Vergi öhdəlikləri , əmlak vergisi, Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuVergi Məcəlləsinə son dəyişiklikdə təkmilləşmə aparılmış məsələlərdən biri də vergi borcuna görə siyahıya alınan əmlakın satışı ilə bağlıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edib.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinin 1 yanvar 2022-ci ildə təsdiq edilmiş yeni redaksiyasına əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüquqlarına aiddir.

Bundan öncə, borclu vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və daşınar əmlakının satışı icra məmurları tərəfindən həyata keçirilirdi. Təbii ki, prosesin icra məmurları tərəfindən həyata keçirilməsi vergi borclarının dövlət büdcəsinə səmərəli şəkildə ödənilməsi kimi qiymətləndirilmirdi. Buna görə də artıq məhkəmədən sonrakı proses, yəni məhkəmə qərarı ilə müəyyən edilən vergi borcunun vergi ödəyicisinin əmlakının satışı hesabına ödənilməsi mərhələsi icra məmurları yox, vergi orqanı tərəfindən həyata keçiriləcək.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində qeyd edilir ki, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququna aid edilib.


Mühasibat uçotunun aparılmamasına görə cərimələr nə qədərdir?


Vergi Məcəlləsinin yeni redaksiyada təsdiq olunan 23.1.15-1-ci maddəsində üç mühüm məqama diqqət yetirək.

Birinci, əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia üzrə borcların alınması səlahiyyəti vergi orqanına verilib. Təcrübədə məhkəmələr tərəfindən əmlakı mövcud olmayan vergi ödəyicilərinə qarşı ümumi qaydada borcun ödənilməsi tələbi ilə bağlı iddia qaldırılmasının qəbul edilməməsinə rast gəlinirdi. Maddənin yeni redaksiyada verilməsi nəticəsində, siyahıya alınmalı əmlakı olmayan vergi ödəyiciləri üçün ümumi qaydada iddia ilə bağlı qərarlar çıxarılacaq.

İkinci, daşınmaz əmlakın məbləğindən asılı olmayaraq, satış Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, həm Dövlət Vergi Xidməti, həm də Auksion Mərkəzi İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlar olduğu üçün siyahıya alınmış əmlakın satışı daha operativ həyata keçiriləcək. Onu da deyək ki, vergi ödəyicisinin siyahıya alınmış əmlakını da Auksion Mərkəzi satacaq.

Üçüncü məqam isə budur ki, daşınan əmlakın satışına yanaşmalar fərqlidir. Belə ki, dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakın satışı Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə, 5.000 manatdan artıq olmayan daşınar əmlakın satışı isə ticarət şəbəkələrində həyata keçiriləcək.

Qeyd edək ki, Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği

posted in: Xəbər | 0

məzuniyyət, Mühasib, VakansiyaVergi ödəyicilərində sual yaradan məsələlərdən biri də amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarıdır. Mövzunu iqtisadçı ekspert Cavid Vəlizadə şərh edib.

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

  • maşınlar və avadanlıq – 20 faizədək;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;
  • torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular – 7 faizədək;
  • nəqliyyat vasitələri – 25 faizədək;
  • iş heyvanları – 20 faizədək;
  • digər əsas vəsaitlər – 20 faizədək.

Göründüyü kimi, müəyyən olunmuş faiz normalarına qədər amortizasiya edilə bilər. Bəs müəssisə göstərilən faiz normalarından az istifadə etsə, növbəti illərdə bunu nəzərə alacaqmı?

Vergi Məcəlləsinin 114.4-cü maddəsində göstərilir ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Misal: Müəssisənin nəqliyyat vasitələrinin qalıq dəyəri 800.000 manat təşkil edib. Müəssisə Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, 25 faizədək amortizasiya edə bilər, lakin 20 faiz amortizasiya edib.

25% amortizasiya norması ilə – 800.000 x 25% = 200.000 manat
20% amortizasiya norması ilə – 800.000 x 20%= 160.000 manat
Fərq – 200.000 -160.000= 40.000 manat

Qeyd olunan 40.000 manat məbləğ mənfəət vergisi bəyannaməsinin 1249-cu sətrində qeyd edilməlidir.

Növbəti ildə müəssisə həmin nəqliyyat vasitələrinə 25 faiz amortizasiya norması tətbiq edir və keçən ildə növbəti illərə saxladığı amortizasiya xərcini nəzərə alır.

Qalıq dəyəri – 800.000 – 160.000 = 640.000 manat.
Amortizasiya xərci – 640.000 x 25%+ 40.000 =200.000 manat.

Qeyd edək ki, Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, əvvəlki illərdə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərib növbəti illərdə mənfəət və gəlir vergisi ödəyicisi olan şəxslər, əvvəlki illərdə (sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrlərdə) aşağı norma tətbiq edibsə, mənfəət və gəlir vergisi ödəyicisi olduğu illərdə amortizasiyadan yaranmış kompensasiya məbləği nəzərə alınmır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər necə hesablanır?

posted in: Xəbər | 0

yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuTəsisçi və direktor eyni şəxs olduqda təsisçi ona məxsus yük nəqliyyat vasitəsinin istifadəsini direktoru olduğu müəssisəyə hansı formada təqdim edə bilər? Bu zaman hansı vergi öhdəliyi yaranır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Eyni zamanda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd olunanlara əsasən, fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Yuxarıda qeyd olunan icarə xərcləri gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 108-ci, 124-cü və 150-ci maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsiz və işaxtaran şəxslər üçün hansı təminatlar nəzərdə tutulmuşdur?

posted in: Uncategorized | 0

2022-ci ilin əvvəlinə olan məlumata əsasən ölkədə işsizlik səviyyəsinin 6% olaraq müəyyən edilməsi səbəbindən işsizlik halında təminatlar barədə məlumat verməyə çalışacağıq. Mövcud qanunvericiliyə əsasən (Məşğulluq haqqında Qanun 10.2) dövlət tərəfindən işsiz və işaxtaran şəxslərə aşağıdakı təminatlar nəzərdə tutulmuşdur:

  • Müvafiq orqanın (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsi;
  • Müvafiq orqanın göndərişi ilə peşə hazırlığına cəlb edilməsi;
  • Şəxsin yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla haqqı ödənilən ictimai işlərdə iştirakı;
  • İşsizlikdən sığorta ödənişinin verilməsi;
  • Özünüməşğulluğa köməklik göstərilməsi;
  • Müvafiq orqanın göndərişi ilə işə qəbul olunarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallarda pulsuz tibbi müayinədən keçməsi (Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidir).

Qeyd edək ki, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq qurumda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan (15 yaş-dan aşağı olmayan) əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilir. Müvafiq quruma münasib iş üçün və müvafiq aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxslər isə işaxtaran hesab edilir.


Mühasibat uçotunun aparılmamasına görə cərimələr nə qədərdir?


Şəxs işsizlikdən sığorta ödənişini aşağıdakı hallarda əmək müqaviləsinə xitam verildikdə almaq hüququna malikdir:
  • Dövlət orqanı və ya müəssisə (hüquqi şəxs) ləğv edildikdə;
  • İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
  • Əmək müqaviləsinin müddəti qurtardıqda.
Onu da qeyd edək ki, şəxsə işsizlikdən sığorta ödənişi onun işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.

Yekunda isə qeyd edək ki, aşağıda göstərilən şəxslər işsiz və işaxtaran hesab edilmədiyi üçün onlarla bağlı müvafiq təminatlar nəzərdə tutulmur:

  • Muzdla işləyənlər;
  • Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər;
  • Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
  • Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
  • Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
  • Ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
  • Ölkənin hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 536 537 538 539 540 541 542 2. 399