Məzuniyyətdə olan işçinin təminatları: 3 fərqli misal

posted in: Xəbər | 0

Vakansiya , Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis , Kənd təsərrüfatı məhsullarının satışı , ƏDV-nin hesablanması , kənd təsərrüfatı , təhsil məzuniyyəti , mənfəət vergisinin hesablanması, məzuniyyət haqqı, məzuniyyət götürmək, Mühasib köməkçisi VakansiyaƏmək qanunvericiliyinin əhatə etdiyi önəmli məsələlərdən biri də məzuniyyətdə olduğu dövrdə işçiyə verilən təminatlardır. Mövzunu insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev şərh edir.

Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olan işçilərə aşağıdakı təminatlar verilir:

– məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi və orta əməkhaqqı saxlanılır;

– işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulmasına yol verilmir;

– işçinin intizam məsuliyyətinə cəlb edilməsinə yol verilmir.

Misal 1: Tutaq ki, baş ofisdə mühasib vəzifəsində çalışan işçi 1 fevral 2022-ci ildən 28 fevral 2022-ci il tarixi də daxil olmaqla 28 təqvim günü müddətinə əmək məzuniyyətində olub. İşəgötürən işçinin əmək məzuniyyətində olduğu dövrdə onun iş yerini daimi olaraq müəssisənin Binəqədi filialına dəyişdirmək istəyir. Bu, mümkün deyil, məzuniyyətdə olan işçinin iş yeri dəyişdirilə bilməz. İşçi əmək məzuniyyətindən qayıtdıqdan sonra tərəflərin razılığı ilə əmək müqaviləsinə edilmiş dəyişikliklə bu, mümkün ola bilər.

Misal 2: Tutaq ki, işçi 1 fevral 2022-ci ildən 20 fevral 2022-ci il tarixi də daxil olmaqla 20 təqvim günü müddətinə təhsil məzuniyyətində olub. İşəgötürən işçinin təhsil məzuniyyətində olduğu dövrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, “ştatların ixtisarı əsası” ilə onun əmək müqaviləsinə xitam vermək istəyir. Bu, mümkün deyil, bu halda işçinin ştatı ixtisar oluna bilməz.

Misal 3: Tutaq ki, işçi 1 fevral 2022-ci ildən 14 fevral 2022-ci il tarixi də daxil olmaqla 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyətə çıxıb. İşəgötürən işçinin ödənişsiz məzuniyyətində olduğu dövrdən bir ay öncə, yanvar ayında işçinin törətdiyi nöqsana görə, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçini intizam məsuliyyətinə cəlb etmək istəyir. Bu da mümkün deyil. İşçi ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra bu məsələyə baxılaraq ona intizam tənbehi verilə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yeni qaydalar təklif olunub

posted in: Xəbər | 0

şərti cərimə , əmək hüququnun pozuntuları , əmək stajı , startap şəhadətnaməsi , əmək münasibətləri, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, vergi orqanı gəlir vergisiMillət vəkili Vüqar Bayramov Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentə təqdim edib. Onun sözlərinə görə, indiki qaydalarla bəzən fiziki şəxs olan işəgötürənlərlə işçilər arasında mübahisələr yaranır:

“Fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır. Lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyəti işəgötürəndə olduğu üçün bu zərurətin həyata keçirilməsi mümkün olmur. Nəticədə digər işəgötürənlə əmək müqaviləsi bağlaya bilməyən işçinin əmək hüquqları məhdudlaşır ki, bu da narazılıqlara və məhkəmə mübahisələrinə səbəb olur”.

Millət vəkili qeyd edib ki, həmin halların tənzimlənməsi məqsədilə Əmək Məcəlləsinin 74-cü maddəsinə bir sıra əlavələr təklif edilib. Qanun layihəsinə əsasən, bir sıra hallarda (fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə və s.) fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsas olacaq.

Bu hallarda əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericilyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etməyəcək.

V.Bayramov bildirib ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə yeni 5-ci hissə əlavə edilməklə qeyd edilən hallarla bağlı işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən salınması səlahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana verilir. Başqa sözlə, qeyd olunan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab ediləcək.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İpoteka və Kredit Zəmanət Fondu auditor seçir

posted in: Audit, Xəbər | 0

Auditor , əlavə xərclər , Mühasib , Maliyyəçi , Auditor , Vakansiya, Kiçik Mühasib, Əmlak vergisi, Auditor, Vakansiya, Maliyyə, dövrlər, vergi öhdəlikləri Sadələşdirilmiş vergi ödəyicisiİpoteka və Kredit Zəmanət Fondu informasiya texnologiyaları üzrə audit üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri mayın 25-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 3-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi iyunun 6-da, saat 10:00-da portalda açıqlanacaq.


Mənbə: report.az




Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək pensiyalarının hesablanması Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

Əmək pensiyalarının hesablanması , lisenziya , e-qaimə , ish və istirahət günləri , Elektron satınalmalar, iştirak haqqı, Elektron satınalmalarda iştirak haqqı, 2022, qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması, Ezamiyyə xərclərinin normaları, mediasiya, Vahid büdcə təsnifatı“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 423 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


Mətnə nəzər yetirmək üçün yükləyin: Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir nöxdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası (1237 downloads )



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 535 536 537 538 539 540 541 2. 399