Başqa işçinin əmək funksiyasının icrası: müxtəlif hallar, oxşar və fərqli cəhətlər

posted in: Uncategorized | 0

əmək funksiyası , iş vaxtından artıq iş , ƏDV depozit hesabı , mədən vergisinin təyinatı, işsizlikdən sığortaİşçi ilə işəgötürən arasında mübahisə yaradan məsələlərdən biri də müəyyən səbəblərə görə bir işçinin digər işçini əvəz etməsi ilə bağlıdır. Mövzunu insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev şərh edir.

Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əməkhaqqı Əmək Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulan əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə 3 aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.

Əmək Məcəlləsinin 162-ci maddəsində 2 fərqli müvəqqəti həvalə etmə halı nəzərdə tutulub:

1. Müəyyən səbəblərə görə işçinin məzuniyyətlərdə, ezamiyyətdə olması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və s. digər halları özündə əhatə edən müvəqqəti işdə olmayan hallar;

2. Müəyyən səbəblərə görə əmək müqaviləsinə xitam verilib işdən ayrılan işçilərdən sonra yaranmış vakant (boş) iş yerinin başqa işçilərə həvalə olunması halı.

Hər iki hala misallar üzərindən baxaq.

Öncə qeyd edim ki, yuxarıda sadalanan hallarda işlər həvalə olunan işçidən razılıq alınmalıdır. Təcrübədə razılıq daha çox yazılı formada ərizə ilə alınır. Bundan sonra həvalə olunmanın həyata keçirilməsi və ödəniləcək əlavə əməkhaqqı ilə bağlı qeydləri özündə əhatə edən əmr tərtib olunur və həmin əmr əsasında ödəniş edilir. Həmin əmrlə müvəqqəti həvalə olunma prosesi sənədləşdirilir və işçiyə əlavə əməkhaqqı ödənilir.

Misal 1: Tutaq ki, insan resursları şöbəsinin rəhbəri vəzifəsində çalışan işçi 1 ay müddətinə əmək məzuniyyətindən istifadə edir. Bu müddət ərzində onun əmək funksiyaları həmin şöbədə insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışan işçiyə həvalə olunur. Həvalə olunan işçinin bununla bağlı razılığının alınması mütləqdir. Bundan sonra işəgötürən tərəfindən müfaviq əmr tərtib olunur. 1 ay müddətinə baş mütəxəssis öz əmək funksiyaları ilə yanaşı, şöbə rəhbərinin də əmək funksiyalarını icra edir. Bunun qarşılığında isə əvəz edən işçiyə qanunvericilikdə göstərilən qaydada əlavə əməkhaqqı hesablanıb ödənilməlidir.

Misal 2: İnsan resursları şöbəsinin rəhbəri vəzifəsində çalışan işçi öz ərizəsi ilə işdən ayrılır. Bu zaman baş mütəxəssis vəzifəsində çalışan işçinin razılığı ilə həmin işçi müvəqqəti olaraq vakant olan şöbə rəhbəri vəzifəsinin funksiyalarını da icra edir. Bu həvalə olunma ən çox 3 ay müddətində ola bilər.

Yuxarıda qeyd olunan hər iki hal arasında oxşaq və fərqli cəhətlər mövcuddur.

Oxşar cəhətlər:

– hər iki halda həvalə olunma prosesi tərəflərin razılığı ilə baş verir;

– hər iki halda mütləq işəgötürən tərəfindən əlavə əməkhaqqı hesablanıb ödənilməlidir.

Fərqli cəhətlər:

– müvəqqəti, müəyyən səbəblərə görə həvalə olunma daha çox müddətə ola bilər, ancaq vakant iş yerinin həvalə olunması 3 aydan çox ola bilməz;

– əlavə əməkhaqqının ödənilməsində müəyyən fərqlər mövcuddur.

Yuxarıda qeyd olunan hər iki müvəqqəti həvalə etmə ilə bağlı işəgötürən tərəfindən əlavə əməkhaqqı hesablanıb işçiyə ödənilməlidir. Əlavə əməkhaqqının hesablanması qaydaları Əmək Məcəlləsinin 61-ci və 162-ci maddələri ilə tənzimlənir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə nəzarət gücləndirilib

posted in: Xəbər | 0

MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarəti gücləndirib.

Bunu qurumun rəisi Orxan Nəzərli məlumat verib.

O, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzv şirkətlər üçün keçirdiyi növbəti görüşdə, “Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışlar: davamlı inkişafa xidmət edən vergi islahatları” mövzusunda çıxışı zamanı danışıb.

O. Nəzərli son illər vergi sistemində aparılan islahatlar, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması istiqamətində həyata keçirilən siyasət, haqsız rəqabətin qarşısının alınması, əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, leqal fəaliyyətin stimullaşdırılması mexanizmlərinin tətbiqi ilə bağlı görülən işlər barədə məlumat verib, Palata üzvlərini ortamüddətli dövr üçün vergi sisteminin inkişaf strategiyası, həyata keçirilməsi nəzərdə tutulan vergi siyasətinin əsas istiqamətləri, Dövlət Vergi Xidmətinin rəqəmsal platformasının təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün nəzərdə tutulan yeni elektron xidmətlər və rəqəmsal layihələr barədə məlumatlandırıb.

Rəhbərlik etdiyi qurumun sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu vurğulayan O.Nəzərli Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlığın dövlət, sahibkar və ictimaiyyət arasında dialoqa töhfə verəcəyinə əmin olduğunu bildirib.

Mənbə: report.az


ƏDV ödəyicisi olmayan fiziki şəxsin xaricdən aldığı xidmət üçün vergilər necə hesablanır?

posted in: Xəbər | 0

vergi öhdəliyi , alğı-satqı royalti vergiyə cəlbƏDV ödəyicisi olmayan fiziki şəxs xarici ölkələrin birindən xidmət alır. Bu zaman ödəmə mənbəyində 10 faiz vergi ödəyir. Bu halda həmin xidmətə görə fiziki şəxs əlavə olaraq 18 faizlik ƏDV ödəməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb olunması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, ƏDV-yə cəlb olunması isə bu Məcəllənin 169-cu maddəsi ilə tənzimlənir.

Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan bu maddə ilə müəyyənləşdirilmiş dərəcələrlə vergi tutulur.

Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 150-ci, 168-ci və 169-cu maddələri.

Mənbə: vergiler.az


MMC-nin təşkilati-hüquqi formasını dəyişərkən necə qərar verilməlidir?


Dövlət Məşğulluq Agentliyi auditor seçir

posted in: Xəbər | 0

Dövlət Məşğulluq Agentliyi auditor, əmək müqaviləsi, Auditor Vakansiya, icbari sığorta müqaviləsiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 2-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 10-u, saat 15:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə iyunun 13-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az


1 532 533 534 535 536 537 538 2. 400