Nəzarət-kassa çeki ilə bağlı hansı hallarda maliyyə sanksiyası tətbiq edilir?

posted in: Xəbər | 0

kompensasiya , kənd təsərrüfatı , ƏDV-yə cəlb , pərakəndə satış qaydası , malların alış aktı , malların alış dəyəri , rezident , Dividend gəlirləri , ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıNəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı qanun pozuntuları vergi ödəyicisi üçün maliyyə sanksiyası ilə nəticələnir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq olunur.

1 yanvar 2021-ci ildən etibarən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə nəzarət-kassa aparatı ilə bağlı “o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilib. Dəyişiklik edilənə qədər maliyyə sanksiyaları nəzarət-kassa aparatı qəbzinin verilməməsi və ya nəzarət-kassa aparatının tələblərə uyğun olmaması ilə bağlı idi. Nəzarət-kassa aparatının qəbzindəki məlumatların düzgün olmaması ilə bağlı isə hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu. Vergi Məcəlləsinə əlavə edilən dəyişiklikdə qeyd edilir ki, nağd hesablaşmalar zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq ediləcək.

Maddənin tələblərini misallarla izah etmədən öncə, Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd edilən tələbləri nəzərdən keçirək. Həmin maddəyə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

– vergi ödəyicisinin adı;

– VÖEN-i;

– çekin vurulmasının tarixi və saatı;

– təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

– malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

– gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

– nəzarət-kassa aparatının markası və zavod nömrəsi;

– nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);

– malın sürətli məlumat kodu (Quick Response Code);

– ödənilmiş məbləğ;

– müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);

– nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);

– ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);

– çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);

– nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;

– geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Misal 1: Tikinti avandanlıqlarının pərakəndə satışını həyata keçirən ƏDV ödəyicisi elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə nağd hesablaşmalar aparır. Amma nəzarət-kassa aparatı çekinin üzərində ƏDV-nin məbləği qeyd edilməyib. Vergi orqanı vergi nəzarəti tədbirləri zamanı pozuntunu aşkar etdikdə, vergi ödəyicisi tərəfindən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyi halda 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Geyim mallarının pərakəndə satışını həyata keçirən vergi ödəyicisinin kassa çekində malın adı qeyd olunmayıb. Vergi Məcəlləsinin 58.8-ci maddəsi üzrə pozuntu təqvim ili ərzində ikinci dəfə baş verdiyi üçün, vergi orqanı tərəfindən 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Operativ vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalar zamanı kassa çekini təqdim etməyib, bundan əlavə, nəzarət-kassa aparatı çekində ödənişin forması və üsulu haqqında məlumat qeyd edilməyib. Hər iki hal Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə tənzimləndiyi üçün vergi orqanı tərəfindən vergi ödəyicisinin bir təqvim ili ərzində yol verdiyi pozuntunun sayına müvafiq məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək.

Qeyd edək ki, 1 yanvar 2022-ci ilədək də vergi orqanı tərəfindən nəzarət-kassa aparatınının çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların əks olunmasının yoxlanması ilə bağlı vergi nəzarəti tədbirləri həyata keçirirdi. Vergi orqanı tərəfindən həmin əsaslarla tətbiq edilən maliyyə sanksiyaları ilə bağlı vergi ödəyicilərinin yuxarı vergi orqanı və məhkəməyə şikayətləri olurdu. Vergi ödəyiciləri hesab edirdilər ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların nəzarət-kassa çekində qeyd olunmaması həmin avandanlığın texniki tələblərə cavab verməməsi kimi qiymətləndirilməməlidir. Bu səbəbdən də Vergi Məcəlləsinin 58.7-ci maddəsinə düzəliş edilməsi məqsədəuyğun sayılıb.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

MMC-nin təşkilati-hüquqi formasını dəyişərkən necə qərar verilməlidir?

posted in: Xəbər | 0

müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusu“AA” MMC-nin 2 təsisçisi vardır. Nizamnamə kapitalında payların 85 faizi 1-ci təsisçiyə, 15 faizi isə 2-ci təsisçiyə məxsusdur. Bu MMC-nin təşkilati-hüquqi formasını dəyişməklə Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilməsi üçün hər 2 təsisçinin razılığı mütləqdirmi? 15 faiz pay sahibi təsisçi müəssisənin yenidən təşkilinə müəyyən səbəblərə görə razılıq vermədikdə, 85 faiz paya sahib olan təsisçi səs çoxluğundan istifadə etməklə təkbaşına qərar qəbul edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Mülki Məcəllənin 92.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.

Qeyd olunanlara əsasən bildiririk ki, “AA” MMC-nin təsisçilərindən biri tərəfindən Cəmiyyətin yenidən təşkil edilməsi haqqında təkbaşına qərar qəbul etməsi yolverilməzdir.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Mülki Məcəllənin 55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Mülki Məcəllənin 55.2-ci maddəsinə əsasən, Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

Mülki Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.

Mülki Məcəllənin 93.2-ci maddəsinə əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir.


Müştərək investisiya qoyuluşu zamanı vergi öhdəliyi


Mülki Məcəllənin 93.3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.

Qeyd olunanlara əsasən bildiririk ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “AA” MMC tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkil edilə, həmçinin təsisçisinin payı (onun bir hissəsi) üçüncü şəxslərə özgəninkiləşdirilə bilər.

Mənbə: vergiler.az


Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt (2-ci hissə)

posted in: Xəbər | 0

yaponiya , dövlət borcu5. Qərb Yaponiya hakimiyyətini sərfəli olmayan tədbirlərə razı saldı, bundan sonra iqtisadiyyat üçün itirilmiş onillik başladı

Yaponiya iqtisadiyyatı 1960-90-cı illərdə ildə ortalama 6 faiz artırdı. Lakin, ölkə Britaniya, Fransa, ABŞ və Almaniyanın yapon iyenasının dollara nisbətdə məzənnəsini yüksəltməyə razılaşdı –  bu razılaşma “Plaza” sazişi kimi tanınır. Həmin saziş 1985-ci ildə imzalanmışdı. Nəticədə ixrac bahalaşmağa başladı, ticarət balansı isə pisləşdi. Problemlərin öhdəsindən gəlmək üçün hökumət investisiya, kreditləşməni genişləndirmək və faiz dərəcələrini 1985-ci ildəki 5%-dən 1989-cu ildə 2,25%-ə endirmək qərarına gəldi. Kredit inyeksiyaları aktivlər və daşınmaz əmlak bazarlarında spekulyasiyaya gətirib çıxardı və artıq 1990-cı ildə birja səhmləri 66 qiymət/mənfəət nisbəti ilə satılırdı – baxmayaraq ki, 10-20 normal səviyyə hesab olunurdu.

1990-cı ildə Yaponiya aktivlərinin satışına başlandı. Səhmlər kreditlər üzrə girov olduğu üçün banklar kreditləşdirməni dayandırdılar. Mallara və daşınmaz əmlaka tələbat azaldı, bir çox şirkətlər istehsalı azaltmağa və ya özlərini müflis elan etməyə məcbur oldular. 1990-cı illərdə ÜDM-in artım tempi 1,1%-ə düşdü.

Zəifləmiş banklar bir çox hallarda durğunluq müddətinin uzanmasına gətirib çıxardı – aktivlər ucuzlaşdı, öhdəlikləri isə yerinə yetirmək lazım idi. Hökumət bank sistemini təmizləməyə cəsarət etmədi, amma, banklara müxtəlif yollarla dəstək verildi.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


1991-ci ildə iqtisadiyyatın çöküşündən sonra Yaponiya iqtisadiyyatının artımı ABŞ-dan iki dəfə az idi: ABŞ-ın 2,5% illik artımına qarşı ildə ÜDM-in orta hesabla 0,9% təşkil edirdi. 1990-cı illəri Yaponiyada itirilmiş onillik adlandırılar.

6. Yaponiyanın dövlət borcu – dünyada ən böyük borclardan biridir və yaponlar bu pulu özləri-özlərinə borcludurlar.

Ölkənin digər problemi isə daim artan və iqtisadiyyatın inkişafına mane olan dövlət borcudur. Hazırda Yaponiyanın dövlət borcu ÜDM-dən 3,4 dəfə çoxdur. Bu iyirmi il ərzində büdcə kəsirinin dövlət istiqrazları hesabına maliyyələşdirilməsi səbəbindən baş vermişdi.

Ancaq, istiqrazların əksəriyyəti yaponların özlərinə məxsusdur, ona görə də  belə demək mümkünsə, yaponların özləri özlərinə borcludurlar: yəni, yaşlı nəsil gənc nəsildən borc götürüb.

Buna baxmayaraq, dövlət, şəxsi ev təsərrüfatları və yapon biznesi bütün dünyada böyük kreditorlar kimi çıxış edirlər. Yaponiyanın digər ölkələr qarşısında öhdəlikləri 3,9 trilyon dollardır, lakin xarici aktivlərin həcmi bundan qat-qat çoxdur – 6,6 trilyon dollar. Həm də həmişə vergiləri artırmaq imkanı vardır, çünki Yaponiyada onlar iqtisadi əməkdaşlıq və inkişaf təşkilatında (İƏİT) ən aşağı səviyyədədir. 2014-cü ildə hökumət elə belə də etdi: istehlak üçün olan vergini 5 faizdən, 8 faizə qaldırdı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dividendlər nədir və onlar necə işləyir? (3-cü hissə)

posted in: Xəbər | 0

vergidən azad, dividend, Dividend güzəştləriSəhm qiymətlərinin potensial artımına əlavə olaraq, dividendlərin alınması bir çox investorlar üçün cəlbedici stimul ola bilər. İndi isə dividendləri, o cümlədən onların necə işlədiyini, nə vaxt ödənildiyini və səhm qiymətlərinə necə təsir etdiyini ətraflı nəzərdən keçirəcəyik.

Dividend gəlirliliyi nədir?

Dividend gəlirliliyi – bu, şirkətin illik dividendlərini faizlə ifadə edilmiş səhmlərinin qiymətinə nisbətən ölçən əmsaldır. Məsələn, 5 funt-sterlinq dəyərində səhmləri olan bir şirkət illik 20 pens dividend ödəyirsə, dividend gəliri 4% (20 pens / 5 funt) təşkil edir. İnvestorlar həmişə maraqlandıqları şirkətlərin dividend gəlirini eyni sənaye sahəsindəki rəqibləri ilə müqayisə etməlidirlər, çünki yüksək gəlirlilik səhmin aşağı qiymətini və qeyri-sabit dividend ödənişlərini göstərə bilər.

Əgər şirkət dividendlərin həcmini artırarsa və ya səhmlərin qiyməti düşərsə, dividend gəlirləri artacaq. Və ya əksinə, şirkət dividendlərin həcmini azaldarsa və ya səhmlərin qiyməti artarsa, gəlirlilik aşağı düşə bilər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Dividendlər və sərvətin artırılması

Dividendlər holdinqin ölçüsünü artırmaq üçün yenidən investisiya edilə bilər və buna sərvət yığılması deyilir. Dividendlərin yenidən sərmayələşdirilməsinin nəticəsi ondan ibarətdir ki, vaxt keçdikcə investisiyanın gəlirliliyi təkcə sərmayədarın yatırdığı ilkin məbləğlə bağlı kapital artımından deyil, həm də mövqenin açılması zamanı yığılan istənilən dividendlərdən asılıdır.

Məsələn, əgər ilkin investisiya 5 funt sterlinq dəyərində səhmlərə (200 səhm) 1000 funt sterlinq təşkil edirsə və investor hər bir səhm üçün 20 pens dividend alırsa, onlar birinci ildə həmin investisiyadan 40 funt sterlinq dividend əldə edəcəklər. Əgər səhm qiyməti hər il 1 funt sterlinq qalxıbsa və dividend 4% olaraq qalıbsa, investor on ildən sonra 760 funt sterlinq dividend qazana bilər və 2800 funt sterlinq dəyərində səhmə (14 x 200 səhm) sahib ola bilər. İnvestisiyalardan daxil olan ümumi gəlir 2560 funt sterlinq olacaq ki, bu da səhmlərin qiymətinin artımı ilə 1800 funt sterlinq və dividendlər üzrə 760 funt sterlinq təşkil edəcək.

Lakin, əgər onlar dividendlərdən qazanılmış pulları yenidən investisiya etsələr, onların investisiyaları və gəlirliliyi illik ifadədə artardı. Yenidən yatırılan dividendlər hesabına investisiyanın artımı yalnız səhm qiymətindəki artımı üstələyir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 533 534 535 536 537 538 539 2. 399