» » » İşsiz və işaxtaran şəxslər üçün hansı təminatlar nəzərdə tutulmuşdur?

İşsiz və işaxtaran şəxslər üçün hansı təminatlar nəzərdə tutulmuşdur?

posted in: Uncategorized | 0
birbank biznes

2022-ci ilin əvvəlinə olan məlumata əsasən ölkədə işsizlik səviyyəsinin 6% olaraq müəyyən edilməsi səbəbindən işsizlik halında təminatlar barədə məlumat verməyə çalışacağıq. Mövcud qanunvericiliyə əsasən (Məşğulluq haqqında Qanun 10.2) dövlət tərəfindən işsiz və işaxtaran şəxslərə aşağıdakı təminatlar nəzərdə tutulmuşdur:

  • Müvafiq orqanın (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsi;
  • Müvafiq orqanın göndərişi ilə peşə hazırlığına cəlb edilməsi;
  • Şəxsin yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla haqqı ödənilən ictimai işlərdə iştirakı;
  • İşsizlikdən sığorta ödənişinin verilməsi;
  • Özünüməşğulluğa köməklik göstərilməsi;
  • Müvafiq orqanın göndərişi ilə işə qəbul olunarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallarda pulsuz tibbi müayinədən keçməsi (Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidir).

Qeyd edək ki, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq qurumda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan (15 yaş-dan aşağı olmayan) əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilir. Müvafiq quruma münasib iş üçün və müvafiq aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxslər isə işaxtaran hesab edilir.


Mühasibat uçotunun aparılmamasına görə cərimələr nə qədərdir?


Şəxs işsizlikdən sığorta ödənişini aşağıdakı hallarda əmək müqaviləsinə xitam verildikdə almaq hüququna malikdir:
  • Dövlət orqanı və ya müəssisə (hüquqi şəxs) ləğv edildikdə;
  • İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
  • Əmək müqaviləsinin müddəti qurtardıqda.
Onu da qeyd edək ki, şəxsə işsizlikdən sığorta ödənişi onun işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.

Yekunda isə qeyd edək ki, aşağıda göstərilən şəxslər işsiz və işaxtaran hesab edilmədiyi üçün onlarla bağlı müvafiq təminatlar nəzərdə tutulmur:

  • Muzdla işləyənlər;
  • Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər;
  • Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
  • Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
  • Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
  • Ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
  • Ölkənin hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun