» » » Əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə nəzarət gücləndirilib

Əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə nəzarət gücləndirilib

posted in: Xəbər | 0
birbank biznes

MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarəti gücləndirib.

Bunu qurumun rəisi Orxan Nəzərli məlumat verib.

O, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzv şirkətlər üçün keçirdiyi növbəti görüşdə, “Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışlar: davamlı inkişafa xidmət edən vergi islahatları” mövzusunda çıxışı zamanı danışıb.

O. Nəzərli son illər vergi sistemində aparılan islahatlar, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması istiqamətində həyata keçirilən siyasət, haqsız rəqabətin qarşısının alınması, əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, leqal fəaliyyətin stimullaşdırılması mexanizmlərinin tətbiqi ilə bağlı görülən işlər barədə məlumat verib, Palata üzvlərini ortamüddətli dövr üçün vergi sisteminin inkişaf strategiyası, həyata keçirilməsi nəzərdə tutulan vergi siyasətinin əsas istiqamətləri, Dövlət Vergi Xidmətinin rəqəmsal platformasının təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün nəzərdə tutulan yeni elektron xidmətlər və rəqəmsal layihələr barədə məlumatlandırıb.

Rəhbərlik etdiyi qurumun sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu vurğulayan O.Nəzərli Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlığın dövlət, sahibkar və ictimaiyyət arasında dialoqa töhfə verəcəyinə əmin olduğunu bildirib.

Mənbə: report.az