Mühasibat uçotunun aparılmamasına görə cərimələr nə qədərdir?

posted in: Uncategorized | 0

mühasib , Vakansiya , kompensasiya hüququMövzuya keçməzdən əvvəl qeyd etmək lazımdır ki, bir müəssisədə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bu anlayış inzibati və cinayət qanunvericiliyində mövcuddur.

Nəzərə almaq lazımdır ki, şəxsin təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində çalışması mütləq qaydada əmək müqaviləsi və vəzifə təlimatı ilə təsdiqlənmiş olsun.

Qanunvericiliyə əsasən mühasiblər vəzifəli şəxs statusuna cavab verdikdə onların törətdiyi müvafiq əməllər üzrə nəzərdə tutulmuş bəzi sanksiyalar aşağıdakı kimidir:

  • Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə –

600-700 manatadək cərimə

  • Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə –

3000-4000 manatadək cərimə

  • “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə –

300-600 manatadək cərimə

  • Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanına və ya siyasi partiya tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın daxil edilməməsinə görə

1500-3000 manatadək cərimə

  • Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə

1000 manat məbləğində cərimə

  • İşsizlikdən sığorta haqqının hesablanmasını və uçotunu aparmamasına, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verməməsinə, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə

200 manat məbləğində cərimə

  • Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə

1500-3000 manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda

1500-3000 manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • Xeyli miqdarda (50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləğ) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul elan edir

posted in: Xəbər | 0

maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı təşkil edir.

Təcrübə proqramı Dövlət Vergi Xidmətinin aşağıda adları qeyd olunan strukturları üzrə təşkil olunacaq:

  • Aparatın struktur bölmələri;

  • Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi;

  • Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

  • İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

  • Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

  • Ərazi vergi orqanları.

Yay Təcrübə Proqramının müddəti 2 ay olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək.

Təcrübə proqramının üstünlükləri:

  • Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək və dövlət vergi orqanlarının işi ilə tanış olmaq imkanının yaradılması;

  • Təlim və seminarlarda iştirak;

  • Təcrübə keçən tələbələrə sertifikatın verilməsi;

  • Təcrübə proqramını uğurla tamamladıqda Dövlət Vergi Xidmətində daimi işə qəbul olunma imkanı.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər: 

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;

  • Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 3-cü və ya 4-cü kurs bakalavriat pilləsində, 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq, idarəetmə və ya informasiya texnologiyaları ixtisas istiqamətləri üzrə təhsil almalı;

  • Cari tədris ilinin son semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 85 baldan (4 ballıq sistem üzərindən 3,5-dən) yuxarı olmalıdır.

Proqramda iştirak etmək üçün seçim mərhələləri: 

  • İstək (motivasiya) məktublarının qiymətləndirilməsi;

  • Keys əsaslı qrup tapşırıqları üzrə qiymətləndirmənin aparılması;

  • 2-ci mərhələdən uğurla keçən tələbələrin vergi sahəsi üzrə nəzəri biliklərinin artırılması üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində 10 günlük təlim kursunun keçirilməsi və yekunu üzrə qiymətləndirmənin aparılması;

  • Təlim kursunun yekunu üzrə qiymətləndirmədə yüksək nəticə əldə edən tələbələrin Dövlət Vergi Xidmətində təcrübəyə cəlb edilməsi.

Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 30.04.2022-ci il saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti, akademik transkript və istək (motivasiya) məktubu mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır. Namizədin müraciəti tecrube@taxes.gov.az elektron poçt ünvanına daxil olduqdan sonra 10 iş günü ərzində yoxlanılacaq və müraciətin nəticəsi barədə onun elektron poçt ünvanına məlumat göndəriləcəkdir. Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən və ya elanda göstərilən tələblərə uyğun olmayan namizədlərin müraciətləri qəbul edilməyəcək. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

Müraciətləri qəbul edilmiş namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcək.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dividendlər nədir və onlar necə işləyir? (2-ci hissə)

posted in: Xəbər | 0

dividendlər dividendSəhm qiymətlərinin potensial artımına əlavə olaraq, dividendlərin alınması bir çox investorlar üçün cəlbedici stimul ola bilər. İndi isə dividendləri, o cümlədən onların necə işlədiyini, nə vaxt ödənildiyini və səhm qiymətlərinə necə təsir etdiyini ətraflı nəzərdən keçirəcəyik.

Şirkətlər niyə dividend ödəyirlər?

Şirkətlər müxtəlif səbəblərə görə, o cümlədən investorların cəlb edilməsi və saxlanması üçün dividendlər ödəyirlər. Onlar etibarlılığı və xoş niyyəti qoruyub saxlamağa kömək edə bilərlər – çünki bəzi şirkətlərin səhmlərə görə ödədikləri dividendlər,  rəqiblərin səhmlərə görə ödədikləri dividendlərlə müqayisədə daha sərfəli hesab edilə bilər.

Şirkət dividend ödəməyi dayandırdıqda, investorlar bunu biznesin problem içində olduğuna dair bir siqnal kimi görə bilərlər. Şirkət dividendləri azaltdıqda, bu, biznesin uzunmüddətli perspektivdə səhmdarların gəlirlərini artırmaq üçün başqa yollar axtardığını ifadə edə bilər. Digər tərəfdən, şirkət dividendlər ödədikdə, bu, onun mənfəət əldə etmək üçün başqa vasitələrinin olmadığını, ona görə də kapitalı yenidən investisiya etmədiyinə dəlalət edə bilər.

Dividendlərin əldə edilməsinə dair zəmanətin ölçülməsinin bir yolu dividendlərin ödənilməsinə gedən şirkətin mənfəətinin bir hissəsini yoxlamaq və ya ödəniş əmsalını təsdiq etməkdir. Bir şirkətin öz xalis gəlirinin yüksək faizindən dividend ödənişi üçün istifadə etməsi məqbul sayıla bilməz. Buna xəbərdarlıq əlaməti kimi baxmaq lazımdır; səhmlər problemlə üzləşə bilər.

Dividendlər səhmlərin qiymətinə necə təsir edir?

Bir şirkət dividendləri elan edərkən, gözlənilməz bir artım baş verərsə, səhmlərin qiyməti yüksələ bilər. Dividendlər ödənildikdən sonra, çox güman ki, səhmlərin qiyməti dividendlər ilə eyni miqdarda aşağı düşəcək. Həmçinin dividend ödənişlərinin rəqiblərin səhmlərinin qiymətlərinə təsir göstərməsi də mümkündür, çünki investorlar daha böyük dividendlərə can atırlar.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Emitent-şirkətlərinin səhmlərinin qiyməti böyüməyə meyl edəcəkdir, çünki dividendlərin əldə edilməsi perspektivindən investorlrın kefi kökdür və ehtimal ki, onlar ödəmədən əvvəl daha çox səhm almaq istəyirlər. Lakin, əgər bunun əvəzinə səhmlərin qiyməti aşağı düşərsə, bu o deməkdir ki, dividendləri ödəyən şirkət səhmdara ödəniş üçün mövcud ehtiyatlarından istifadə edir.

Dividend ödənişləri indekslərə də öz təsirini göstərir. Bu, indekslərin bir çox səhmlərdən ibarət olması ilə bağlıdır, buna görə şirkətin səhmlərinin qiyməti dividendlərin ödənilməsindən sonra düşdükdə, indeksin qiyməti də azalır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2022-ci il üzrə dövriyyə-qalıq cədvəlinin hazırlanması üçün Excel faylı

posted in: Uncategorized | 0

Bəzən mühasibat uçotunu yeni öyrənən zaman və əməliyyat sayı az olan şirkətin balansının yaradılması üçün dövriyyə-qalıq cədvəlinə ehtiyac yaranır.

Təqdim etdiyimiz Excel faylını istifadə etmədən öncə mütləq təlimatı oxuyun və unutmayın ki, fayl 2013-cü ildən sonrakı Excel versiyalarında işləyir.

Faylı yükləyin: 2022-ci il üzrə dövriyyə-qalıq cədvəlinin hazırlanması üçün Excel faylı (2347 downloads )



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 537 538 539 540 541 542 543 2. 399