» » » Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib

Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə NazirliyiMaliyyə Nazirliyi məcburi audit subyekti olan kommersiya qurumlarına müraciət edib.

Məlumata görə, müraciətdə deyilir:

“Mülki Məcəlləyə uyğun olaraq mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla MMC-lər illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. SC-lər isə illik hesabatını və maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etdirməyə borcludur.

“Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq, ictimai əhəmiyyətli qurumlar, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı hazırlayan kommersiya qurumlar, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifələrində və mətbu orqanda dərc etdirməlidirlər.

İnzibati Xətalar Məcəlləsinə əsasən, “Auditor xidməti haqqında” qanunla nəzərdə tutulmuş məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300-600 manat, hüquqi şəxslər isə 1 500-2 500 manat cərimə edilir”.

Xatırladaq ki, maliyyə hesabatlarının dərc edilməsi üçün son tarix mayın 31-dir.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun