Hüquqi şəxsin göstərdiyi aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

posted in: Xəbər | 0

daşımalar üzrə ƏDV, avtonəqliyyat vasitələri, Malların ixrac qeydi, ƏDV üçün mal, ƏDV hesablanmasıMeyvə-tərəvəz istehsalı ilə məşğul olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxs ilə müqavilə bağlayır. Bu halda hüquqi şəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi ƏDV-dən azaddır.
Buna əsasən, ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısına göstərilən aqrotexniki xidmətlərin dəyərinə ƏDV tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 164.1.34-2-ci maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maddi yardımlar vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuSosial həmrəylik tədbirləri çərçivəsində bayram günlərində müəssisənin işçisi olmayan, yardıma ehtiyac duyan vətəndaşlara pul şəklində müxtəlif maddi yardımlar edilir. Həmin yardımlar vergiyə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə ödənilən maddi yardımlardan ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Müəssisə tərəfindən işçisi olmayan şəxsə ödənilən həmin maddi yardımlar sosial sığorta haqqından azaddır.

Əsas: kimi Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələri və “Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əlavə xərclər malların maya dəyərinə aid edilirmi?

posted in: Xəbər | 0

Mühasib , Maliyyəçi , Auditor , Vakansiya, Kiçik Mühasib, Əmlak vergisi, Auditor, Vakansiya, Maliyyə, dövrlər, vergi öhdəlikləri Sadələşdirilmiş vergi ödəyicisiMüqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tətbiq edilən cərimələri, dəbbə pulunu, faiz xərclərini bu xərclərin yaranmasına səbəb olan mallar alınarkən və ya idxal edilərkən həmin malların maya dəyərinə aid etmək olarmı? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Müəssisələr bəzən mal alarkən və ya idxal edərkən normal işgüzar adətdən fərqli olaraq nəzərdə tutulmayan, normadan artıq xərc yaranır. Məsələn, tutaq ki, “AA” MMC Türkiyədən 50.000 manatlıq mal idxal edir və həmin malın ölkəyə daşınması ilə bağlı beynəlxalq daşıma fəaliyyəti ilə məşğul olan rezident müəssisəyə müqavilə üzrə 5.000 manat ödəniş etməlidir. Malları idxal edən “AA” MMC hər hansı səbəbdən daşıma müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün (məsələn, ödənişi vaxtında etmədiyi üçün) beynəlxalq daşıma müəssisəsi müqaviləyə əsasən 3.000 manat məbləğində dəbbə pulu (penya, cərimə) hesablayıb və “AA” MMC həm 5.000 manat daşıma xərcini, həm də 3.000 manat dəbbə pulunu beynəlxalq daşıma müəssisəsinə ödəyib. Bu halda 3.000 manat dəbbə pulunu müəssisə öz uçotunda necə əks etdirəcək? Müəssisə ödədiyi dəbbə pulunu idxal edilən malın maya dəyərinə aid edə bilərmi?

Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, daşınması və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Bizim göstərdiyimiz misalda 5.000 manat daşıma xərci malın maya dəyərinə aid edilir. Təcrübədə bəzən rastlaşırıq ki, bəzi mütəxəssislər 3.000 manat dəbbə pulu idxal edilən mal ilə bağlı yarandığına görə həmin məbləği də malın maya dəyərinə aid edirlər.

Əvvəlcə aydınlaşdırmalıyıq ki, malı idxal edən müəssisənin öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə ödədiyi dəbbə pulu, ümumiyyətlə, gəlirdən çıxılırmı? Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinə əsasən, mülki hüquq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilən faizlər, dəbbə pulu müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Vergi Məcəlləsinin 143-cü maddəsində isə göstərilir ki, vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər aktivlərin dəyərinə aid edilmir. Həmçinin, “Ehtiyatlar” adlı 2 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən, normadan artıq sərf edilən xərclər malların dəyərinə aid edilmir.

Beləliklə, müəssisənin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tətbiq edilən cərimə, dəbbə pulu, penya, faiz, habelə həmin məhsulların satışı üçün çəkilmiş satış xərcləri, saxlama (anbar) xərcləri malların alışı və idxalı ilə birbaşa bağlı olsa belə, həmin xərclər malların maya dəyərinə aid edilmir və dövrün birbaşa gəlirdən çıxılan xərclərinə aid edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tahir Mirkişili mühasiblərin müstəqil olmamasından şikayətlənib

posted in: Xəbər | 0

mühasib , tendensiyalar , mühasibat uçotu , tendensiyalar“Hesablama Palatasının monitorinq fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, mühasiblərin müstəqillik səviyyəsini artırmaq lazımdır: “Mühasiblər bu gün rəhbərdən çox asılıdır. Mühasib bir çox hallarda təzyiqə məruz qalır. Ancaq buna baxmayaraq, mühasiblər qanun pozuntusuna yol verməməlidirlər. Ona görə də mühasibin işə təyin olunması, işdən azad olunması məsələsinə baxmaq olar”.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 539 540 541 542 543 544 545 2. 399