» » » Hüquqi şəxsin göstərdiyi aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

Hüquqi şəxsin göstərdiyi aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

posted in: Xəbər | 0
birbank biznes

daşımalar üzrə ƏDV, avtonəqliyyat vasitələri, Malların ixrac qeydi, ƏDV üçün mal, ƏDV hesablanmasıMeyvə-tərəvəz istehsalı ilə məşğul olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxs ilə müqavilə bağlayır. Bu halda hüquqi şəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi ƏDV-dən azaddır.
Buna əsasən, ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısına göstərilən aqrotexniki xidmətlərin dəyərinə ƏDV tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 164.1.34-2-ci maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun