» » » İtaliya haqqında maraqlı faktlar (2-ci hissə)

İtaliya haqqında maraqlı faktlar (2-ci hissə)

posted in: Uncategorized | 0
birbank biznes

italiya , Qədim Romada uçotHər gün Romada ən böyük “Trevi” fontanına turistlər 3000 avro sikkə pullar atırlar! – bu da maraqlı faktdır.

Zanbaq İtaliyanın milli çiçəyi hesab olunur.

YUNESKO-nun məlumatına görə, İtaliya dünya incəsənət irsinin demək olar ki, 60%-nə malikdir.

14-cü əsrin bubon vəbası İtaliya əhalisinin 30%-dən çoxunu məhv edib.

Pitza ilə yanaşı, makaron da ən məşhur qida məhsullarından biridir. Maraqlıdır ki, hər bir italyan ildə 25 kq-dan çox makaron yeyir.

İtaliya ərazisində şərab hazırlamağı hələ eramızdan əvvəl 1000-ci illərdə öyrəniblər.

Maraqlı fakt: Dünyanın ilk və ən məşhur film festivalı Venesiya film festivalıdır. Onun müntəzəm keçirilməsinə hələ 1932-ci ildə başlanılıb.

Ölkədə dünyanın ən çoxsaylı modelyerləri yaşayır. Onlardan ən məşhurları bunlardır: Gucci, Prada, Versace, Dolce & Gabbana, Giorgio Armani, Salvatore Ferragamo, Roberto Cavalli, Fendi, Valentino, Trussardi, Benetton.  Bu da İtaliyanın bütün dünyada moda meyllərini müəyyənləşdirdiyini izah edir.

San-Marino cırtdan dövləti – dünyada ən qədim respublikadır! Bu kiçik ölkə həmçinin dünyada ilk konstitusiyalardan birini qəbul etməsi ilə də öyünə bilər. Maraqlı fakt həm də odur ki, San-Marinonun əhalisi cəmi 32 min nəfərdir, ölkənin ümumi sahəsi isə 61 kv km təşkil edir.

İtalyan qadınlar dünyanın ən aşağı məhsuldarlıq səviyyəsinə (uşaqların doğuşuna görə) malikdirlər.

Avropada fəaliyyətdə olan cəmi üç vulkan vardır: Etna, Stromboli və Vezuviy. Onların hamısı İtaliyanın cənubunda yerləşir. Bilmək maraqlıdır ki, Etna – dünyanın ən aktiv vulkanıdır. O demək olar ki, son 3500 il ərzində fasiləsiz olaraq püskürüb, 1999-cı ildən bəri isə hər gün lava buraxır.

Maraqlı fakt: dünyada ən böyük xristian kilsəsi Romadakı Müqəddəs Pyotr bazilik kilsəsidir. Onun inşası 120 il ərzində – 1506-cı ildən 1626-cı ilə kimi davam edib!

Pitzanın kim tərəfindən və nə vaxt hazırlandığı günümüzə qədər məlum deyil. Lakin, o da məlum faktdır ki, artıq 1830-cu ildə Neapolda İtaliya ərazisində ilk pizza restoranı açılmışdı.

Minlərlə ənənəvi İtalyan desertləri mövcuddur, lakin dünya şöhrətini onlardan yalnız “Tiramisu” qazanıb. O da maraqlıdır ki, bu desert yalnız 1970-ci illərdə hazırlanıb. Bu desertin müəllifliyi ilə bağlı bir çox mübahisələr mövcuddur, lakin əminliklə demək olar ki, tiramisu çox qısa müddət ərzində bütün dünyada populyarlıq qazanıb – maraqlı faktdır!

Avropa İntibahı XIV əsrdə Şimali İtaliyada başlayıb.

Bolonya universiteti – Avropanın ən qədim universitetidir. Onun əsası hələ 1088-ci ildə qoyulub. Maraqlıdır ki, İtaliyada yaşı 500 ildən çox olan 13 universitet vardır.

Avropada ilk bank XII yüzillikdə Genuyada ortaya çıxıb.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Bilirsinizmi ki, Bottiçelli, Mikelancelo, Leonardo da Vinçi, Donatello, Fra Anceliko, Tintoretto, Karavadco, Bernini, Tisian və Rafael kimi məşhur rəssamlar italyandırlar!

Maraqlı fakt: violonçel, skripka və fortepianonu italyanlar icad ediblər.

Vivaldi, Korelli, Monteverdi, Albinoni – bunlar barokko dövrünün dahi bəstəkarlarıdır.

Mexaniki saat, barometr, termometr, optik şüşə və telefon – bütün bunlar italyan ixtiralarıdır.

Romalılar pişikləri o qədər çox sevirlər ki, onları şəhərin Bio-mədəni sərvəti adlandırırlar! Yeni qanun qüvvəyə mindikdən sonra pişiyi öldürməyə görə 10000 avro cərimə ödəməli və 3 ilə qədər həbs cəzası almalı olacaqsınız! Maraqlıdır ki, bütün Romada 300 mindən çox pişik vardır.

İtaliyanın “kölgə iqtisadiyyatı” dünyanın ən böyük kölgə iqtisadiyyatı hesab olunur.

İtalyanlar dünyanın ən bahalı və prestijli avtomobillərini istehsal edirlər. Onlardan ən məşhurları Ferrari, Lamborghini, Maseratti, Bugatti və De Tomaso markalarıdır.

1861-ci ilə kimi İtaliya kiçik dövlətlərə parçalanmışdı.

İtaliyanın əhalisi 60 milyon təşkil edir. Hər kv km-ə 200 nəfər düşür.

Ölkənin ərazisi 309 547 kv metrdir.

Maraqlı fakt: İtaliya ərazisinin təxminən 75 faizini dağlıq ərazilər tutur.

İtalyanlar amerikalılardan üç dəfə qənaətcildirlər!

İtaliya elektrik enerjisinin 75 faizini idxal edir.

Roma şəhərinin əsası e.ə. 753-cü ildə qoyulub.

İtaliya əhalisinin 95%-dən çoxu Roma katolik kilsəsinin tərəfdarlarıdır, lakin kilsəni müntəzəm olaraq möminlərin 35%  ziyarət edir.

İtaliya silahlanmaya 20 milyard dollardan artıq xərcləyir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun