Bir iş saatına görə ən çox ödəniş edən ölkələrin reytinqi

posted in: Məqalə, Xəbər | 0
Ölkə İş saatının dəyəri (ABŞ dolları ilə)
Norveç 58.01
İsveçrə 57.78
Danimarka 50.99
Lüksemburq 44.52
Аvstraliya 43.58
Hollandiya 40
Belçika 35.65
İsveç 35.28
İrlandiya 34.08
Almaniya 33.83
ABŞ 31.16
Böyük Britaniya 29.5
Yaponiya 23.51
İsrail 18.21
Cənubi Koreya 13.92
Yunanıstan 12.24
Estoniya 8.43
Polşa 7.14
Macarıstan 7.02
Çili 6.83
Türkiyə 4.34
Meksika 4.06
Rusiya 3.73

 

Rusiyanı hesab etməsək, iş üzrə və əmək haqqı üzrə outsider Meksikadır. Belə bir fikir gəzir ki, Polşa Avropanın Meksikasıdır. Lakin, əlbəttə indi bu belə deyil, çünki Rusiya da bu siyahıya düşüb və son yerdə artıq o qərarlaşıb. Hansı ki, Rusiyada hamıdan çox işləyib, hamıdan az məvacib alırlar. Norveçlinin bir saatlıq qazancı, rusiyalı işçinin 15 saatlıq qazancına bərabərdir.

Təbii ki, bu reytinq də məhdud hesab olunmalıdır, çünki, bu siyahıda Hindistan, Ukrayna və Afrika ölkələri yer almayıb. Lakin həmin ölkələrlə müqayisə olunmağa dəyərmi?

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Azərbaycanda 10 gömrükçü barədə sənədlər prokurorluq orqanlarına göndərilib

posted in: Xəbər | 0

2017-ci ildə Azərbaycanda korrupsiya ilə mübarizə çərçivəsində 10 gömrük orqanı əməkdaşı barədə sənədlər prokurorluq orqanlarına göndərilib.

Bunu Bakıda keçirilən “Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq” adlı tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib.

Bundan başqa, onun sözlərinə görə, ötən il adı korrupsiyada hallandırılan 7 nəfər haqqında sənədlər isə DGK-nın istintaq idarəsinə verilib.

“Vəzifə səlahiyyətlərini yerinə yetirərkən pozuntuya yol vermiş 209 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 10-u gömrük orqanlarından, 2-si isə tutduğu vəzifədən azad edilib. Həmçinin 1 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi aşağı endirilib, 47 nəfərə sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib, 30 nəfərə adi xəbərdarlıq edilib, 114 nəfərə isə adi töhmət verilib”, – deyə gömrük rəsmisi əlavə edib.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Qadın mühasib 908.000 manatı necə oğurladı??

posted in: muhasibat, Məqalə, Xəbər | 0

OğurluqKeçmiş mühasib 33 milyon rubl (908.000 manat) oğurluğuna görə mühakimə edilib.

Vladivostok şəhər məhkəməsi Rusiya poçtları filialının keçmiş Baş mühasibini 33 milyon rubl pul oğurluğuna görə üç il azadlıqdan məhrum edib. Cinayət əməli barədə regional prokurorluğun mətbuat xidməti məlumat verib.

“Vladivostok şəhərinin Frunze rayon məhkəməsində yerli sakinə qarşı mənimsəmə maddəsi ilə məhkəmə prosesi keçirilib. Qadın xidməti vəziyyətindən istifadə edərək, filialın hesabındakı qalıq pul vəsaitlərinin toplanmasını təşkil edib, sonra isə həmin məbləğləri qeyri-qanuni yollarla çıxararaq mənimsəyib. Ümumilikdə baş mühasib Rusiya poçtları idarəsinə məxsus 33 milyon rubldan çox vəsaitin arxasına keçib. Məhkəmə mühakimə olunanı təqsirli hesab edərək, onun barəsində cəzasını ümumi rejimli islah əmək koloniyasında çəkməklə üç il həbs cəzası kəsib”, – xəbərdə belə deyilir.

Məhkəmə həmçinin həbsə məhkum olunandan 33 milyon rublun tutularaq müəssisəyə qaytarılması ilə bağlı da qərar qəbul edib.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

SABAH-dan uğurlu karyeraya doğru

posted in: Vergi, Xəbər | 0

Təhsil və Vergilər nazirlikləri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən görüşün məqsədi SABAH qrupu tələbələrinin  Vergilər Nazirliyi və onun tabeliyində olan struktur bölmələrində işə qəbul qaydaları və prosedurları haqda məlumatlandırılmasıdır.

Memorandum vergi sahəsində gənc və peşəkar kadrların yetişdirilməsini, ali təhsil müəssisələri ilə birgə vergi ixtisası üzrə vahid tədris proqramlarının tərtibini, təhsilalan və təhsilverənlərin peşəkar inkişafına müxtəlif vasitələrlə (təlim, müsabiqə, seminar və s.) dəstək göstərilməsini, Vergilər Nazirliyi əməkdaşlarının ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunması və digər nazirliklərarası əməkdaşlıq məsələlərini əhatə edir.

Memarandum imzalandıqdan sonra keçirilən ilk görüşdə tələbələrin gələcək karyera yüksəlişləri ilə bağlı sorğuları cavablandırılmışdır. Tədbirdə çıxış edən Vergilər Nazirliyi aparatının rəhbəri Nigar Alimova tələbələrə öz uğur hekayəsini təqdim etmiş, yüksəliş yolunda qarşılaşdığı çətinliklərdən  və onların aradan qaldırılması üsullarından danışmışdır.

İnsan resursları departamentinin baş direktorunun müavini Kamran Məmişov isə SABAH qrupu tələbələrinə Vergilər Nazirliyində işə qəbulla bağlı karyera imkanları haqqında məlumat vermişdir.

Bildirilmişdir ki, dövlət vergi orqanlarına işə qəbul 2005-ci ildən başlayaraq müsabiqə əsasında həyata keçirilir və işə qəbulun müsabiqə və rəqabətlilik əsasında təşkili baxımından Vergilər Nazirliyi öndə gələn dövlət orqanlarındandır: «İndiyədək dövlət vergi orqanlarına işə qəbul üzrə 13 müsabiqə yekunlaşdırılmış, 1356 nəfər vergi orqanlarında işlə təmin edilmişdir. Bu, hazırda vergi orqanlarında xidmət edənlərin yarısından çoxunu təşkil edir. Sevindirici haldır ki, həmin şəxslərdən bir qismi artıq rəhbər vəzifələr tutur. Hazırda 14-cü müsabiqə davam edir».

Tələbələrin nəzərinə çatdırılmışdır ki, 2018-ci ilin əvvəlindən vergi siyasətində əsaslı islahatların  başlanılması istiqamətində əhəmiyyətli əməli işlər görülmüş, bir sıra nəticələr əldə edilmişdir: «Təbii ki, islahatların yüksək keyfiyyətlə həyata keçirilməsi üçün peşəkar kadrlar tələb olunur. Bu baxımdan, biz, ilk növbədə, SABAH qruplarının tələbələri kimi savadlı, bacarıqlı və hazırlıqlı gənclərimizin potensialına və enerjisinə güvənirik».

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az