Sosial müavinətlər haqqında qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0

Sosial müavinətlər“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618, № 11, maddələr 1240, 1306; 2017, № 7, maddə 1278; Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1033-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.0.1.11-ci, 7.0.10-1-ci, 9.4-cü və 11.3-cü maddələr ləğv edilsin.

2. 6.2-ci maddədən “və işsizlik müavinəti” sözləri çıxarılsın.

3. 7.0.13-cü maddədə “və 4.0.1.11-ci” sözləri çıxarılsın və “şəxs” sözündən sonra “, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs” sözləri əlavə edilsin;

4. 8-ci maddə üzrə:

4.1. birinci cümlədən “işsizlik müavinəti və” sözləri çıxarılsın;

4.2. ikinci cümlədə “İşsizlik müavinətinin məbləği “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa, vəfat” sözləri “Vəfat” sözü ilə əvəz edilsin və “isə” sözü çıxarılsın.

5. 9.1-ci maddədən “işsizlik müavinəti və” sözləri çıxarılsın.

6. 10.1-ci maddənin birinci cümləsindən “(işsizlik müavinəti istisna olmaqla)” sözləri və ikinci cümləsi çıxarılsın.

7. 11.1-ci, 12.1-ci və 12.2-ci maddələrdən “(işsizlik müavinəti istisna olmaqla)” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nizamnamə kapitalı 381 min manat olan MMC yaradıldı

posted in: Xəbər | 0

Vergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 381.241 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “LEYMAN” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 7600691861

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ2522, Göygül r., Almədədli.

Nizamnamə kapitalı: 381241 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: Verdiyev Fikrət Süleyman oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 10 aprel 2018.

Mənbə: www.vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları təsdiqləndi

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formalarıAzərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 15 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəa

Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi məlumat və hesabatların formalarını, həmçinin onların təqdim edilməsi qaydasını müəyyənləşdirir.

2. Təqdim edilən məlumat və hesabatlar

2.0. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) bu Qaydaya əlavə olunan formalarda dövlət qurumlarına büdcə sistemi və mühasibat uçotu ilə bağlı aşağıdakı məlumat və hesabatları təqdim edir:

2.0.1. dövlət büdcəsinin gəlirlərinin icrası barədə məlumat (gəlir inzibatçıları üzrə əvvəlki dövrlə müqayisə) – 1 nömrəli əlavə;

2.0.2. dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (funksional təsnifat üzrə əvvəlki dövrlə müqayisə) – 2 nömrəli əlavə;

2.0.3. dövlət büdcəsinin icrası barədə hesabat (gəlirlərin təsnifatı üzrə) – 3 nömrəli əlavə;

2.0.4. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin funksional təsnifatı üzrə) – 4 nömrəli əlavə;

2.0.5. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin iqtisadi təsnifatı üzrə) – 5 nömrəli əlavə;

2.0.6. dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı barədə məlumat – 6 nömrəli əlavə;

2.0.7. dövlət büdcəsinin vahid xəzinə hesabının xarici valyuta qalıqları barədə məlumat – 7 nömrəli əlavə;

2.0.8. idarəetməyə verilmiş (yerləşdirilmiş) vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) barədə məlumat – 8 nömrəli əlavə;

2.0.9. debitor borcları barədə məlumat (funksional, inzibati və iqtisadi təsnifatlar üzrə) – 9 nömrəli əlavə;

2.0.10. bölüşdürülməmiş (bloklanmış) xərclər barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə) – 10 nömrəli əlavə;

2.0.11. büdcə təşkilatlarının büdcədənkənar xərclərinin icrası barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə) – 11 nömrəli əlavə;

2.0.12. xarici valyutada aparılan əməliyyatlar barədə məlumat (xərc istiqamətləri üzrə) – 12 nömrəli əlavə;

2.0.13. dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (əsaslı xərclər, cari xərclər və dövlət borcu üzrə xərclər) – 13 nömrəli əlavə;

2.0.14. kəsirin maliyyələşdirilməsi barədə məlumat (mənbələr üzrə) – 14 nömrəli əlavə;

2.0.15. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun gəlir və xərcləri barədə məlumat – 15 nömrəli əlavə;

2.0.16. dövlət büdcəsinin xərcləri barədə hesabat (xərclərin funksional təsnifat üzrə bölmə və köməkçi bölmə səviyyəsində) – 16 nömrəli əlavə;

2.0.17. şəhər və rayonlar üzrə yerli gəlirlərin və xərclərin icrası barədə məlumat – 17 nömrəli əlavə;

2.0.18. ehtiyat fondlarının xərcləri barədə məlumat – 18 nömrəli əlavə;

2.0.19. dövlət əsaslı vəsait qoyuluşu xərcləri barədə məlumat – 19 nömrəli əlavə;

2.0.20. yerli gəlir və xərclər arasında yaranmış fərqin tənzimlənməsi məqsədi ilə ayrılan büdcə vəsaiti barədə məlumat – 20 nömrəli əlavə;

2.0.21. xarici dövlət borcunun və dövlət zəmanətinin reyestri – 21 nömrəli əlavə;

2.0.22. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus vəsaitlərin qalıqları barədə məlumat – 22 nömrəli əlavə;

2.0.23. büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar barədə hesabat – 23 nömrəli əlavə;

2.0.24. xarici dövlətlərə verilmiş kreditlər barədə məlumat – 24 nömrəli əlavə;

2.0.25. büdcədən verilmiş kreditlər barədə məlumat – 25 nömrəli əlavə;

2.0.26. xarici və daxili dövlət borcunun əsas borc və faiz borcu üzrə icra vəziyyəti barədə məlumat – 26 nömrəli əlavə;

2.0.27. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılma qrafiki – 27 nömrəli əlavə;

2.0.28. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları üzrə) – 28 nömrəli əlavə.

3. Məlumat və hesabatların təqdim edilməsi

3.1. Nazirlik məlumat və hesabatları aşağıdakı dövlət qurumlarına (bundan sonra ─ dövlət qurumları) təqdim edir:

3.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına – 1, 2, 3, 4, 5 (aylıq, rüblük və illik dövriliklə), 12 (aylıq və rüblük dövriliklə), 14, 16, 17, 18, 19, 20, 22 (aylıq dövriliklə), 6, 7, 8, 15 (rüblük dövriliklə), 21, 26 (rüblük, yarımillik və illik dövriliklə), 13 (yarımillik, 9 aylıq və illik dövriliklə), 9, 11, 24, 25, 27, 28 (yarımillik və illik dövriliklə), 10, 23 (illik dövriliklə) nömrəli əlavələr;

3.1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə – 1, 2, 3, 4 və 5 (aylıq, rüblük və illik dövriliklə) nömrəli əlavələr;

3.1.3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə – 3, 5, 16, 17, 19 (aylıq dövriliklə), 21 (yarımillik və illik dövriliklə) nömrəli əlavələr;

3.1.4. Azərbaycan Respublikasının Hesablama Palatasına – 1, 2, 3, 5, 14, 16, 17, 18, 19, 20, 22 (aylıq dövriliklə), 6, 7, 8, 12, 15 (rüblük dövriliklə), 13 (yarımillik, 9 aylıq və illik dövriliklə), 9, 11, 21, 24, 25, 26, 27, 28 (yarımillik və illik dövriliklə), 10, 23 (illik dövriliklə) nömrəli əlavələr.

3.2. Nazirlik dövlət qurumlarına məlumat və hesabatları kağız və elektron daşıyıcılarda təqdim edir.

3.3. Nazirlik dövlət qurumlarına məlumat və hesabatları aşağıda qeyd olunan müddətlərdən gec olmayaraq təqdim edir:

3.3.1. bu Qaydanın 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24, 25, 26 və 27 nömrəli əlavələrində nəzərdə tutulan məlumat və hesabatları – hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 25-dək;

3.3.2. bu Qaydanın 9 və 11 nömrəli əlavələrində nəzərdə tutulan məlumatları – yarımillik hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın sonunadək, illik hesabat dövrü başa çatdıqdan sonra isə növbəti ilin fevral ayının sonunadək;

3.3.3. bu Qaydanın 10 və 23 nömrəli əlavələrində nəzərdə tutulan məlumat və hesabatları – hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin fevral ayının sonunadək;

3.3.4. bu Qaydanın 28 nömrəli əlavəsində nəzərdə tutulan hesabatı – yarımillik hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın sonunadək, illik hesabat dövrü başa çatdıqdan sonra isə növbəti ilin aprel ayının 25-dək;

3.3.5. bu Qaydanın 1, 12, 14 və 22 nömrəli əlavələr üzrə ilkin (operativ) məlumatları – hesabat dövrü başa çatdıqdan sonra 5 iş günü müddətində.

Mənbə: president.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Pərakəndə satış zamanı kassada olan nağd pula limit varmı?

posted in: Xəbər | 0

 Pərakəndə satışSual: Pərakəndə satış zamanı kassada nağd pulun istifadəsi ilə hər hansı bir qanunvericilik tələbi var? Ümumiyyətlə, kassada 30.000 manatdan artıq pul yığılırsa bank hesabına qoyulma barədə tələb varmı?

Cavab:  Bildiririk ki, Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən müvafiq qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatadək, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatadək hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər. Göstərilən hədlərdən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Eyni zamanda bildiririk ki, hal-hazırda qanunvericilikdə kassada mövcud olan nağd pul vəsaitinin bank hesabına qoyulmasına dair hər hansı tələb müəyyən olunmamışdır.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az