Maliyyə yardımı zamanı E-Qaimə verilməlidir?

posted in: Xəbər | 0

Sual: Hər hansı bir layihənin reallaşdırılması üçün müəssisə başqa bir müəssisədən maliyyə dəstəyi alır, maliyyə dəstəyinin müqabilində isə qarşı tərəfə sadəcə həmin layihədən yaranmış mənfəətə payçı olur. Bu şərtlərlə bağlanmış bir müqavilə əsasında pul köçürülməsi (əsas məbləğ və ƏDV) həyata keçirilir. Bu zaman maliyyə dəstəyi alan müəssisə həmin məbləği uçotda necə əks etdirməli və ya elektron qaimə vermək kimi öhdəliyi vardırmı?

Cavab: Bildiririk ki, şəxsin aldığı maliyyə yardımı Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq onun gəlirlərinə aid edilməklə tətbiq etdiyi vergitutma sisteminin (gəlir və ya mənfəət, sadələşdirilmiş) xüsusiyyətləri nəzərə alınmaqla ümumi qaydada vergiyə cəlb edilir.

Əgər maliyyə yardımı alan şəxs tərəfindən alınmış yardımın qarşılığında hər hansı işlərin və xidmətlərin göstərilməsi nəzərdə tutulmursa, elektron qaimə-faktura verilmir.

Maliyyə yardımının uçotda əks etdirilməsi qaydası ilə əlaqədar Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 13.2.12-ci16.1.11-6-cı və 71-1-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

500 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

“Grand Motors” Mühasib üzrə vakansiya elan edir.

  • Şəhər: Xırdalan
  • Yaş: 21 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Kamran Məmmədov
  • Telefon: (012) 404-14-14
  • Əmək haqqı: 500 AZN

İş barədə məlumat

  • Şöbənin əməkdaşlarının iş bölgüsü, texikaların təmirinin və ehtiyyat hissələri sərfiyyatının idarə olunması
  • Şirkət-daxili və müştərilərdən gələn zənglərin, yazışmaların cavablandırılması
  • Müqavilələrin hazırlanması və bağlanması.
  • Nəqliyyat departamentina aid bütün maliyyə hesabatlarının hazırlanması və təqdim olunması
  • Şöbə əməkdaşlarının əmək haqqının hesablanması
  • Bazar ertəsi – Cümə: 08:30-dan 17:30-dək
  • Şənbə : 10:00-dan 16:00-dək

Namizədə tələblər

  • Ali təhsil: Maliyyə – mühasibatlıq sahəsinə üstünlük verilir
  • Azərbaycan və İngilis dili (upper-intermediate) biliyi
  • Microsoft office proqramları (excel-əla)
  • Aktiv və çalışqan
  • Təzyiq altında işləmək bacarığı
  • Yalnız kişi namizədlər nəzərdən keçirilir

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Azərbaycanda 26 yerli şirkət ləğv olundu

posted in: Xəbər | 0

 

  • “YEVROSTROY-F” MMC (VÖEN: 1303147151) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 31, mənzil 9 ünvanına bildirə bilərlər.
  • “RAHAT-HİM” (VÖEN: 1400672971) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M. Cəfərov küçəsi, ev 10, mənzil 279 ünvanına bildirə bilərlər.
  • “Kommunal Xidməti və Abadlaşdırma Müəssisəsi” MMC (VÖEN: 1700875691) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A, mərtəbə 2, qapı 1 ünvanına bildirə bilərlər.
  • “HL” MMC (VÖEN: 1200220711) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Əli İsazadə, (Binə qəs.), ev 1 A, mənzil 26 ünvanına bildirə bilərlər.
  • “Aristokrat R.İ.M” MMC (VÖEN: 1601244771) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, A.M.Cümə küçəsi, ev 11, mənzil 36 ünvanına bildirə bilərlər.
  • “Sinerci Oil and Qas Suppies” MMC (VÖEN: 1700847841) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 127, mənzil 17 ünvanına bildirə bilərlər.
  • “BAHAR” Kiçik Müəssisəsi (VÖEN: 2000441871) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 27, mənzil 35 ünvanına bildirə bilərlər.
  • “İSMAYIL” firması (VÖEN: 3900146171) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Beyləqan şəhəri, V.İsmayılov küçəsi, ev 4 ünvanına bildirə bilərlər.
  • “GRACİES-İFR” MMC (VÖEN: 1101689721) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar, ev 2a, mənzil 0 ünvanına bildirə bilərlər.
  • “MURAD” Kiçik Müəssisəsi (VÖEN: 1800205231) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, ev 16 ünvanına bildirə bilərlər.
  • “İZOSER” MMC (VÖEN: 1601060161) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanına bildirə bilərlər.
  • “B4U” MMC (VÖEN: 2003836611) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev37 ünvanına bildirə bilərlər.
  • “AZƏRELEKTROİŞIQ” ASC (VÖEN: 1600173791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10 ünvanına bildirə bilərlər.
  • “QAR-14” MMC (VÖEN: 4400737301) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Qəbələ şəhəri Heydər Əliyev küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
  • “KANAT-2014” MMC (VÖEN: 4400737021) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Qəbələ şəhəri Heydər Əliyev küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
  • “GOOD SERVİCE” MMC (VÖEN: 1902819611) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Vüqar Quliyev küçəsi, ev 20, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “AZTEC” MMC (VÖEN: 1902838291) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Vüqar Quliyev küçəsi, ev 20, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “PLATEK CAPİTAL” MMC (VÖEN: 1402664621) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 9 ünvanına bildirə bilərlər.
  • “AZƏRMAKARON” MMC (VÖEN: 2900220301) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, Tbilisi və Lənkərana çıxış yolu sağ tərəf ünvanına bildirə bilərlər.
  • “FOUR SEASON TRAVEL” MMC (VÖEN: 1403723981) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar, ev 37A ünvanına bildirə bilərlər.
  • “FATIH LTD” şirkəti (VÖEN: 1400250721) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 65 ünvanına bildirə bilərlər.
  • Ədliyyə Nazirliyi tərəfindən 23.02.2002-ci il tarixdə 3440 sayla Dövlət Qeydiyyatına alınmış “BAKI YOD” Açıq Səhmdar Cəmiyyəti  ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10 ünvanına bildirə bilərlər.
  • “KROSS-L” MMC (VÖEN: 1400089401) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 63 ünvanına bildirə bilərlər.
  • “FORBOOM” MMC (VÖEN: 1701339551)  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 107 ünvanına bildirə bilərlər.
  • “MİKADO” MMC (VÖEN: 1700768641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,Səbail rayonu, Azərbaycan prospekti ev 23, mənzil 35 ünvanına bildirə bilərlər.
  • Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə 7 ünvanında qeydiyyatda olan keçmiş “Azərtaxıl” Dövlət şirkətinin keçmiş “Azərçörək” İB-nin 32 saylı çörəkbişirmə müəssisəsi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs qismində 1996-cı il tarixdə D-1561 nömrəli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlilov küçəsi, 11 a ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Düşmən ölkədə vergi sistemi barədə

posted in: Məqalə, Vergi, Xəbər | 0

Ermənistanın vergi sistemi iki səviyyəlidir. Bütün vergilər iki kateqoriyaya ayrılır:

  • Dövlət vergisi
  • Yerli vergilər

Gəlirdən tutulan vergi. Bu birbaşa vergidir və onu hüquqi şəxslər ödəyirlər. Vergiyə – ölkə ərazisində və onun hüdudlarından kənarda (qeyri-rezidentlər üçün), eləcə də erməni mənbələrindən daxil olan (bu da qeyri-rezidentlər üçün) gəlirlər cəlb olunur. Bu verginin vergi dərəcəsi vergi tutulan mənfəətin 20%-ni təşkil edir.

Gəlir vergisi. Bu da birbaşa vergidir və o, fiziki şəxslər tərəfindən ödənilir. Burada da vergi obyekti olaraq həm ölkə daxilində, həm ölkə xaricində (qeyri-rezidentlər üçün), eləcə də erməni mənbələrindən qeyri-rezidentlər üçün daxil olan gəlirlər çıxış edir. Burada mütərəqqi vergi stavkası tətbiq olunur ki, onun da ən aşağı həddi 24,4% təşkil edir.

Aksiz vergisi. Dolayı vergi növüdür. Vergi obyekti kimi aksizə cəlb olunmuş mallar çıxış edir. Həmin mallara spirtli içkilər, tütün və neft məhsulları daxildir. Stavkalar məhsulun növündən asılı olaraq fərqlənir. Misal üçün, şərablardan ötrü minimal olaraq onun qiymətinin 10%, maksimal olaraq isə bəzi bir sıra spirtli içkilər üçün 55% təşkil edir.

ƏDV. Dolayı vergi hesab olunur, ölkəyə məhsul gətirilərkən, istehsalatda, müxtəlif malların dövriyyəsi, eləcə də ölkə daxilində xidmətlər zamanı tutulur. Bu vergi həm hüquqi şəxslər, həm də sahibkarlar tərəfindən ödənilir. ƏDV stavkası ümumi qaydaya uyğun olaraq malların (xidmətlərin) dövriyyəsindən asılı olaraq 20% təşkil edir.

Dövlət vergisinə dair siyahıya daxil olan vergilər ümumidir, bütün ölkə ərazisində məcburidir və yerlərdə onunla bağlı müzakirələrə yol verilmir.

Yerli vergilər. Yerli vergilər haqqında Qanuna görə vergilərdən daxil olan bütün pullar bələdiyyə rayonunun büdcəsinə yatırılır. Yerli vergi stavkaları da bələdiyyələr tərəfindən müəyyənləşdirirlir.

Yerli vergilərə bunlar aiddir:

  • Mülkiyyət vergisi. Birbaşa vergidir və mülkiyyət sahibləri tərəfindən ödənilir. Vergi obyekti olaraq müxtəlif daşınmaz əmlak və nəqliyyat vasitələri sahibləri çıxış edir. Hər iki mülkiyyət növü üzrə mütərəqqi vergi stavkası tətbiq olunur. Daşınmaz əmlakdan ötrü bu onun dəyərindən asılı olur. Nəqliyyat vasitəsi üçün isə onun gücündən.
  • Torpaq vergisi. Birbaşa vergi növüdür. Bu vergini qanuni torpaq sahibləri ödəyirlər. Burada vergi obyekti rolunda – torpaq sahələrinin kadastr qiymətləri çıxış edir. Vergi stavkası torpaqların kateqoriyasından asılı olur.

Bundan əlavə, Ermənistanda otel və nəqliyyat vasitələrinin parkinqi üçün də yerli vergi növü mövcuddur.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az