Sual: Hər hansı bir layihənin reallaşdırılması üçün müəssisə başqa bir müəssisədən maliyyə dəstəyi alır, maliyyə dəstəyinin müqabilində isə qarşı tərəfə sadəcə həmin layihədən yaranmış mənfəətə payçı olur. Bu şərtlərlə bağlanmış bir müqavilə əsasında pul köçürülməsi (əsas məbləğ və ƏDV) həyata keçirilir. Bu zaman maliyyə dəstəyi alan müəssisə həmin məbləği uçotda necə əks etdirməli və ya elektron qaimə vermək kimi öhdəliyi vardırmı?
Cavab: Bildiririk ki, şəxsin aldığı maliyyə yardımı Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq onun gəlirlərinə aid edilməklə tətbiq etdiyi vergitutma sisteminin (gəlir və ya mənfəət, sadələşdirilmiş) xüsusiyyətləri nəzərə alınmaqla ümumi qaydada vergiyə cəlb edilir.
Əgər maliyyə yardımı alan şəxs tərəfindən alınmış yardımın qarşılığında hər hansı işlərin və xidmətlərin göstərilməsi nəzərdə tutulmursa, elektron qaimə-faktura verilmir.
Maliyyə yardımının uçotda əks etdirilməsi qaydası ilə əlaqədar Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Bax: Vergi Məcəlləsinin 13.2.12-ci, 16.1.11-6-cı və 71-1-ci maddələri.
Mənbə: taxes.gov.az