Qeyri-sahibkarlıq fəaliyyəti göstərdikdə, nağd qaydada pul çıxarışında bankın 1% sadələşdirilmiş vergi tutması qanunauyğundurmu?

posted in: Vergi, Xəbər | 0

Sual: VÖEN olan fiziki şəxs VM-nin 99.3.3-cü maddəsində göstərilən fəaliyyətlə məşğuldur, qeyri-sahibkarlıq fəaliyyəti göstərir. VM-nin 218.5.4-cü maddəsinə əsasən gəlir vergisi ödəyicisidir. Obyekt qanunauyğun olaraq icarəyə verilib. İcarəyə götürən VM-nin 124-cü maddəsinə əsasən icarə haqqından 14 faiz vergi tutaraq, qalan məbləği icarəyə verənin bank hesabına ödəyir. Bank VM-nin 220.12-ci maddəsini əsas gətirərək, pul vəsaitinin nağd çıxarılmasına görə 1 faiz sadələşdirilmiş vergi tutur. Sual. fiziki şəxs gəlir vergisi ödəyicisi olmaqla, qeyri-sahibkarlıq fəaliyyəti göstərirsə, nağd qaydada pul çıxarışında bankın 1 faiz sadələşdirilmiş vergi tutması qanunauyğundurmu?

Cavab: Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əmlakın icarəyə verilməsindən gəlirlər isə Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi ilə fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aiddir.

Bunlara əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərin fiziki şəxs tərəfindən nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 99.3.3-cü və 220.12-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

İstehsalat üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib üzrə vakansiyaİşəgötürən: Avrora

İstehsalat üzrə mühasib

Vəzifə və öhdəliklər:

• Sistemə yeni reseptlərin daxil edilməsi;
• Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
• Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
• Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
• Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
• Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqlarının və Kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
• Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
• Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
• Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
• Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.

Namizədə olan tələblər:

• İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
• Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
• Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
• Müvafiq sahə üzrə sertifikatları olmalı;
• ERP sistemləri üzrə bilik və təcrübələri olmalı, eyni zamanda LOGO Enterprise, MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
• Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı;
• Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlküdür.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Sağlamlıq sığortası;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə Mühasib” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Dəfn üçün müavinətin təyin edilməsi və verilməsi

posted in: Müavinət, Xəbər | 0

Qanunvericilikdə dəfn üçün müavinət almaq hüququ olan şəxslərə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Ö
z-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.

Sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya təndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayışdan başqa, həmçinin vafiq bələdiyyə tərəfindən verilmiş  arayış da təqdim olunur.

Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürəşəxs barədə məlumat əks olunmalıdır.

Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiyası iclasının protokoluna qeyd edilməklə qərar qəbul edilir.

Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir.

Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.

Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.

Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış, öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədəBələdiyyə tərəfindən verilmiş arayış ) əlavə olunmalıdır.  Dövlət Sosial Müdafiə Fondu orqanları 2 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab təqdim edilməlidir.

Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.

Dəfn üçün müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim  ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə  aşkar edildikdə yoxlanılır.

Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı  komitəsinə  şikayət edilə bilər.

Mənbə: www.sspf.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatlarıAnar Əliyev və Vüsal Nəsirli Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşavirləri təyin edilib.

Bundan əvvəl nazirin yalnız bir müşaviri var idi – Yalçın Müslümov. Yeni təyinatlardan sonra müşavirlərin sayı 3-ə çatıb.

A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi. Hazırda hər iki vəzifə vakantdır.

Xatırladaq ki, ötən ay Sahil Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Mənbə: trend.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az