» » » Qeyri-sahibkarlıq fəaliyyəti göstərdikdə, nağd qaydada pul çıxarışında bankın 1% sadələşdirilmiş vergi tutması qanunauyğundurmu?

Qeyri-sahibkarlıq fəaliyyəti göstərdikdə, nağd qaydada pul çıxarışında bankın 1% sadələşdirilmiş vergi tutması qanunauyğundurmu?

posted in: Vergi, Xəbər | 0

Sual: VÖEN olan fiziki şəxs VM-nin 99.3.3-cü maddəsində göstərilən fəaliyyətlə məşğuldur, qeyri-sahibkarlıq fəaliyyəti göstərir. VM-nin 218.5.4-cü maddəsinə əsasən gəlir vergisi ödəyicisidir. Obyekt qanunauyğun olaraq icarəyə verilib. İcarəyə götürən VM-nin 124-cü maddəsinə əsasən icarə haqqından 14 faiz vergi tutaraq, qalan məbləği icarəyə verənin bank hesabına ödəyir. Bank VM-nin 220.12-ci maddəsini əsas gətirərək, pul vəsaitinin nağd çıxarılmasına görə 1 faiz sadələşdirilmiş vergi tutur. Sual. fiziki şəxs gəlir vergisi ödəyicisi olmaqla, qeyri-sahibkarlıq fəaliyyəti göstərirsə, nağd qaydada pul çıxarışında bankın 1 faiz sadələşdirilmiş vergi tutması qanunauyğundurmu?

Cavab: Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əmlakın icarəyə verilməsindən gəlirlər isə Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi ilə fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aiddir.

Bunlara əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərin fiziki şəxs tərəfindən nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Biznes hesabi

Bax: Vergi Məcəlləsinin 99.3.3-cü və 220.12-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az