Əmək hüququnu pozanlara qarşı mübarizə sərtləşdirilir

posted in: Xəbər | 0

Əmək hüququnu pozanlara qarşı mübarizə sərtləşdirilirİşəgötürənlər tərəfindən işçi qəbulu zamanı əmək müqaviləsinin bağlanmaması və bu məsələdə  gizli razılaşmaların olması həm vətəndaşların hüquqlarının kobud şəkildə pozulması, həm də gəlir vergisinin və sosial ödənişlərin yerinə yetirilməməsi ilə nəticələnir. İqtisadiyyatın müxtəlif sektorlarında çalışanların bir qisminin qeyri-qanuni işləməsi, müəssisələrdə işçilərin adının olub, özünün olmaması və s. bu kimi neqativ hallar ölkənin sosial vəziyyətinin real əks etdirilməməsinə gətirib çıxarır.

Hökumət belə neqativ halların aradan qaldırılması məqsədilə daha etibarlı hüquqi bazanın formalaşdırılması üzərində iş aparır. Əmək müqaviləsi olmadan işçi qüvvəsindən istifadə etmək imkanları tamamilə məhdudlaşdırılacaq. Xüsusilə tikinti sahəsində qeyri-rəsmi məşğulluğa zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, bunlar arasında bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq. Bütün bunlardan sonra tikintidə, eləcə də digər sektorlarda işçilərin sayını gizlətmək həm qeyri-mümkün, həm də tamamilə mənasız olacaq.

Hazırda əmək münasibətlərinin və əmək qanunvericiliyinin pozulduğu sahələrdən biri və bəlkə də birincisi tikinti sektorudur.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin («ASAN xidmət») sədri Ülvi Mehdiyevin sözlərinə görə, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə 54 səyyar monitorinq keçirilib. Bu  monitorinqlər 100-dən çox tikinti şirkətini əhatə edib və nəticədə Bakıda tikilməkdə olan yaşayış binalarında çalışanların 30 faizinin əmək müqaviləsinin olmadığı aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 24, Baş Prokurorluğa isə 23 material göndərilib.

Dövlət Agentliyinin sədri bildirib ki, bu günə kimi Bakıda tikilən yaşayış binalarında çalışan 40 min nəfərə əmək müqaviləsi imzalatdırılıb: «Bağlanan əmək müqavilələrinin hesabına dövlət büdcəsinə 12 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Bu məsələ ilə bağlı elektron sistem yaradılıb. Sistem Fövqəladə Hallar, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin informasiya sistemlərinə inteqrasiya olunub. Bakı şəhərində nə qədər tikilməkdə olan çoxmənzilli yaşayış binası var, o binaların podratçıları, sifarişçiləri hansı şirkətlərdir və o podratçıların nə qədər işçisi var – bütün bunların hamısı bizim sistemdə görünür. Sistem vasitəsilə qeyri-leqal əmək fəaliyyətinə dair şübhəli hala rast gəlindikdə dərhal səyyar monitorinq keçirilir və müvafiq qərar qəbul edilir».

Mühüm yeniliklərdən biri də yeni yaradılan iş yerlərinə dair məlumatların yalnız əmək müqaviləsi bağlandığı halda Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunacağıdır. Bu, xüsusilə də iş yerlərinin yaradılması kontekstində qeyri-rəsmi məşğulluğun qarşısını almağa yönəldilmiş vacib tədbirlərdən hesab olunur. Xidmət və ticarət sahələrində qeyri-rəsmi məşğulluqla mübarizədə böyük təcrübə toplamış ölkələrdə olduğu kimi, işçi sayı normativləri deyilən anlayışlardan istifadə olunacaq. Misal üçün, 1000 m2 sahəsi olan iaşə müəssisəsində 3-5 nəfərin işləməsi real hesab olunmayacaq: məntiqə görə bir iaşə obyektinin iş həcmi azdırsa, mənfəət baxımından faydalı deyil.

Tikinti sektorunda əmək müqavilələlərinin bağlanmasına qarşı biganə münasibət bədbəxt hadisələr zamanı kompensasiyaların ödənilməsində də ciddi problemlərin ortaya çıxmasına səbəb olur. Təkcə ötən il 36 bədbəxt hadisə baş verib (qrup halında 1 hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 17, xəsarət alanların sayı isə 24 nəfər olub. Tikinti sektoru da daxil olmaqla, bəzi özəl sahələrdə  işçilər əmək müqaviləsi və icbari sığorta olmadan çalışdırılırlar.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

1200 manat əmək haqqı ilə maliyyə meneceri tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

ARSENAL GROUP

Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə), eksklüziv mebel və otaq qapıları istehsalı istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 26 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir. Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.

“ARSENAL GROUP” namizədləri  “Maliyyə Meneceri” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Vəzifə və öhdəliklər:

• Müəssisənin maliyyə strateji planın həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi
• Həvalə edilmiş departamentin məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması
• Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi
• Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
• Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi
• Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələşdirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi
• Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi
• Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması,  xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
• Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi
• Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi
• Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması
• Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması
• Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının  həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması,qiymətli kağız portfelinin idarə olunması
• Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
• Müəssisə və maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsi
• Tədarükçülərin və podradçıların hesablarının ödənilməsininin təmin edilməsi
• Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi
• Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s.  kimi işlərin aparılması
• Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi
• Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr

Namizədə tələblər:

• Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli
• Maliyyə nəzarətinin prinsiplərini bilməli
• Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli
• Vergi qoymanın prinsip və metodlarını bilməli
• Vergi və rüsumların ödəmə üsullarını bilməli
• Vergi sistemini bilməli
• Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi
• Müvafiq sahədə ən azı 3 il təcrübə;
• Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
• Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
• Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, marketinq və oxşar fakultə);
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili, (İngilis və Rus dillərində İşgüzar yazışma təcrübəsi mütləqdir);
• Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
• Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C;

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı 1200 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Meneceri” yazaraq  cv@arsenalgroup.az  ünvanına göndərilməsi xahiş olunur.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi

posted in: Xəbər | 0

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

  • “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

  • VM-nin 35-ci maddəsi
  • Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
  • AR Mərkəzi Bankı, VN və banklar arasında elektron sənəd mübadiləsi haqqında “Kollektiv Saziş”

Xidmətin göstərildiyi yer:

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün)(ilkin qeydiyyat zamanı: Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotuntəşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi (ikin qeydiyyat zamanı), MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ilkin qeydiyyat zamanı), MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: 2 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

Şəhadətnamə-dublikat (VN ilə müvafiq kommersiya bankı arasında elektron sənəd mübadiləsinin aparılması nəzərdə tutulduğu hallarda, şəhadətnamə- dublikatın məlumatlarının banka ötürülməsi  elektron informasiya ötürücülərindən istifadə etməklə aparılır. Bu zaman vergi ödəyicisinə şəhadətnamə- dublikat kağız daşıyıcısında təqdim olunmur)

Elektronlaşdırma səviyyəsi:

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – tam elektronlaşıb

Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Eyni zamanda həm mənfəət, həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?

posted in: Vergi, Xəbər | 0

Sual: Hüquqi şəxs icarəyə gotürdüyü obyektin (daşınmaz əmlakın) bir hissəsini subicarəyə verib və bu fəaliyyətdən mənfəət vergisi ödəyicisidir, lakin ardıcıl 12 aylıq dövriyyəsi 200.000 manatdan az olduğundan şirkət ƏDV ödəyicisi deyil. Eyni zamanda həmin hüquqi şəxs, obyektin digər hissəsini də icarəyə götürüb mehmanxana və restoran (iaşə) fəaliyyətinə başlamaq istəyir.
Beləliklə, şirkət eyni zamanda üç müxtəlif fəaliyyətlə məşğul olduqda, həm mənfəət vergisi həm də sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
Gələcəkdə şirkətin ümumi gəliri, ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olarsa və ƏDV məqsədi üçün qeydiyyata duran zaman iaşə fəaliyyətində 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etmək olarmı?

Cavab: Bildiririk ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır və həmin fəaliyyətdən əldə edilən gəlir mənfəət vergisinə cəlb edilir.

Eyni zamanda bildiririk ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq olaraq 6 faiz və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergitutma metodunu seçmək hüququna malikdirlər.

Bax: Vergi Məcəlləsinin 218.1.2-ci və 221.7-ci maddələri.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az