» » » Eyni zamanda həm mənfəət, həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?

Eyni zamanda həm mənfəət, həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?

posted in: Vergi, Xəbər | 0

Sual: Hüquqi şəxs icarəyə gotürdüyü obyektin (daşınmaz əmlakın) bir hissəsini subicarəyə verib və bu fəaliyyətdən mənfəət vergisi ödəyicisidir, lakin ardıcıl 12 aylıq dövriyyəsi 200.000 manatdan az olduğundan şirkət ƏDV ödəyicisi deyil. Eyni zamanda həmin hüquqi şəxs, obyektin digər hissəsini də icarəyə götürüb mehmanxana və restoran (iaşə) fəaliyyətinə başlamaq istəyir.
Beləliklə, şirkət eyni zamanda üç müxtəlif fəaliyyətlə məşğul olduqda, həm mənfəət vergisi həm də sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
Gələcəkdə şirkətin ümumi gəliri, ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olarsa və ƏDV məqsədi üçün qeydiyyata duran zaman iaşə fəaliyyətində 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etmək olarmı?

Cavab: Bildiririk ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır və həmin fəaliyyətdən əldə edilən gəlir mənfəət vergisinə cəlb edilir.

Eyni zamanda bildiririk ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq olaraq 6 faiz və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergitutma metodunu seçmək hüququna malikdirlər.

Bax: Vergi Məcəlləsinin 218.1.2-ci və 221.7-ci maddələri.

Biznes hesabi
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az