Port of Baku təcrübə proqramı elan edir

posted in: Xəbər | 0

«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC

Təcrübə Proqramı

SAHƏLƏR: İnsan resursları sahəsi, Keyfiyyətin idarəedilməsi, Satış və marketinq, Satınalmalar sahəsi, İnformasiya texnologiyaları sahəsi, Mühəndislik və mexanizasiya sahəsi, Elektrik və energetika sahəsi, Təlim sahəsi, Yükaşırma əməliyyatları sahəsi, Donanma və dəniz xidməti, Sənədlərlə iş.

Tələblər:

Dil bilikləri:    Azərbaycan – Sərbəst

İngilis dili – Yaxşı

Rus dili – Arzuolunandır

Təhsili: Minimum bakalavr (3-cü kursu bitirən tələbələr)

Kompüter bacarığı: MS proqramlarında işləmə bacarığı

Digər səriştəlikləri:

  • Ünsiyyətcil
  • Təşəbbüskar
  • Öyrənməyə və inkişafa meyilli

İş yeri: Baş ofis: Üzeyir Hacıbəyov küç 72 və Əsas yük terminalı (Bulvar)

İş qrafiki: Baş ofis saat 09:00-18:00, terminal saat 08:00- 17:00

Təcrübə müddəti: 2018 iyul-sentyabr

Təcrübə proqramını uğurla bitirmiş hər bir şəxsə sertifikat təqdim edilir.

Eyni zamanda təcrübə proqramını uğurla başa vurmuş şəxslərə işə qəbul zamanı üstünlük verilir.

Maraqlananlar aşağıdakı linkdən www.hubit.az/hr qeydiyyatdan keçə bilərlər.

Təcrübə proqramı dənişsizdir.

Son qeydiyyat tarixi: 21 may

Mənbə: portofbaku.com

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

600 manat məvaciblə, 1 il iş təcrübəsi olan mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən:  “Xurcun” mağazalar şəbəkəsi

Vəzifə: Mühasib köməkçisi (Kürdəxanı)

Əmək haqqı : 400-600 AZN

Yaş həddi: 22-30

İşin təsviri:

– Mühasibatlıq və vergi üzrə biliklərə malik olmaq
– MS Office proqramlarında sərbəst işləməli
– 1 C (8.3 versiya) sərbəst işləmək. Malların və xidmətlərin mədaxil, məxaric, anbarlar arası yerdəyişmə, qiymət qoyulması komletasiyaların icrası, kassa mədaxil məxaric orderlərinin, bank çıxarışlarının və kassa çeklərinin işlənilməsi.

Tələblər:

işlənilməsi.

Tələblər:

– Mühasibatlıq sahəsi üzrə 1 il iş təcrübəsi
– Excel proqramında işləmək bacarığı olmalı
– Azərbaycan və Rus dili yaxşı səviyyədə bilməli

İş qrafiki:

– Həftə içi 5 gün saat 09:00-18:00 kimi , şənbə günü 09:00-13:00-dəkdir.

Maraqlanan namizədlər mövzu yerində “Mühasib köməkçisi” yazmaqla öz CV-lərini hr@azmtrading.az  ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Gilan Holding’də təcrübə proqramı

posted in: Xəbər | 0

Vəzifə: İnsan Resursları Departamentində Təcrübəçi

Kateqoriya: İnsan Resursları

İş qrafiki: Tam iş günü

Tələb olunan iş təcrübəsi: Təcrübə tələb olunmur

İş yeri: Bakı/ Azərbaycan

Təhsil: Bakalavr

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları ilə əlaqəli sənədlərin hazırlanmasına kömək etmək;
  • İnkişaf, son təslimat tarixlərinin və prioritetlərin izlənməsi;
  • Word, Excel və PowerPoint sənədlərinin hazırlanması;
  • Audit, marketing məlumatları daxil olmaqla İnsan Resursları sənədlərinin hazırlanmasına kömək etmək;
  • Əvvəlcədən məşğulluq proseslərinin idarə edilməsi;
  • Namizədlərin müsahibəsi və testdən keçməsinin koordinasiyası;
  • Digər komanda yoldaşları ilə proaktiv şəkildə işləmək.

Tələblər:

  • Bakalavr dərəcəsi;
  • Azərbaycan və İngilis dillərində sərbəst danışmaq;
  • MS Ofis proqramlarının təcrübəli istifadəçisi olmalı;
  • Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət qabiliiyəti;
  • Cəld öyrənmək qabiliyyəti.

Dillər:

  • Azərbaycan dili – Ana dili
  • İngilis dili – Advanced
  • Rus dili – İntermediate

Kompüter bilikləri: MS Office

Müraciət üçün bu linkə daxil olun.

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

 

Təsdiqlənmiş əmək müqaviləsinə elektron informasiya sistemində necə baxmaq olar?

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsi bildirişi məlumatlarının elektron informasiya sisteminə daxil edilməsi yalnız gücləndirilmiş imza (e-imza və ya ASAN imza) vasitəsi ilə mümkündür.
Bunun üçün işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs gücləndirilmiş elektron imzaya, o cümlədən “ASAN imza”ya (Mobil imza) sahib olmalıdır.

“ASAN imza” (Mobil imza) sertifikatı üçün zəruri olan SİM kartı əldə edilməsi məqsədi ilə bütün mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) nümayəndəliklərinə müraciət edilməlidir. Bundan sonra vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla müvafiq “ASAN imza” (Mobil imza) sertifikatı alınmalıdır.

İşəgötürən gücləndirilmiş elektron imza ilə elektron informasiya sisteminə daxil olduqdan sonra “Əmək müqaviləsi bildirişlərinin reyestri” pəncərəsi vasitəsi ilə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması, onlara dəyişiklik edilməsi və xitam verilməsi barədə “Bildiriş”lərlə tanış ola, eyni zamanda bir sıra digər əməliyyatları (bildirişi imzala, etibarsız hesab et, bildirişi pdf. formatında yüklə, qeydiyyat məlumatını yüklə, axtarış etmə, bildirişi şablon kimi saxla, şablonların redaktəsi, etibarsız bildiriş əsasında yenı bildiriş daxil etmə) həyata keçirə bilər.
İşçi “Əmək müqaviləsi bildirişi” barədə məlumatı əldə etmək üçün mövcud autentifikasiya vasitəsindən (e-imza kartı, “ASAN imza”, elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə, smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı və ya smartfon ilə daxil olma) birindən istifadə edərək https://www.e-gov.az portalına daxil olmalı, daha sonra portalın “E-Xidmətlər” bölməsinin ƏƏSMN tərəfindən təqdim olunan elektron xidmətlər siyahısından “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətini seçməlidir. Adı çəkilən elektron xidmətə daxil olduqda işçi hazırda işlədiyi və ya əvəllər işləmiş olduğu işəgötürənlər tərəfindən sistemə daxil edilmiş Bildirişlər ilə tanış ola, müəyyən edilmiş parametrlər əsasında axtarış apara, “Ətraflı baxış” düyməsi ilə Bildirişin bütün məlumatlarına baxa, yükləyə, bildirişi və ya bildirişin sistemdə qeydiyyata alınmasında dair məlumatı çap edə bilər.

Mənbə: taxes.gov.az

Ezamiyyət nədir və işçilərin ezamiyyət qaydaları