» » » Azərbaycanda 10 gömrükçü barədə sənədlər prokurorluq orqanlarına göndərilib

Azərbaycanda 10 gömrükçü barədə sənədlər prokurorluq orqanlarına göndərilib

posted in: Xəbər | 0

2017-ci ildə Azərbaycanda korrupsiya ilə mübarizə çərçivəsində 10 gömrük orqanı əməkdaşı barədə sənədlər prokurorluq orqanlarına göndərilib.

Bunu Bakıda keçirilən “Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq” adlı tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib.

Bundan başqa, onun sözlərinə görə, ötən il adı korrupsiyada hallandırılan 7 nəfər haqqında sənədlər isə DGK-nın istintaq idarəsinə verilib.

“Vəzifə səlahiyyətlərini yerinə yetirərkən pozuntuya yol vermiş 209 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 10-u gömrük orqanlarından, 2-si isə tutduğu vəzifədən azad edilib. Həmçinin 1 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi aşağı endirilib, 47 nəfərə sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib, 30 nəfərə adi xəbərdarlıq edilib, 114 nəfərə isə adi töhmət verilib”, – deyə gömrük rəsmisi əlavə edib.

Biznes hesabi

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az