Keçmiş mühasib 33 milyon rubl (908.000 manat) oğurluğuna görə mühakimə edilib.
Vladivostok şəhər məhkəməsi Rusiya poçtları filialının keçmiş Baş mühasibini 33 milyon rubl pul oğurluğuna görə üç il azadlıqdan məhrum edib. Cinayət əməli barədə regional prokurorluğun mətbuat xidməti məlumat verib.
“Vladivostok şəhərinin Frunze rayon məhkəməsində yerli sakinə qarşı mənimsəmə maddəsi ilə məhkəmə prosesi keçirilib. Qadın xidməti vəziyyətindən istifadə edərək, filialın hesabındakı qalıq pul vəsaitlərinin toplanmasını təşkil edib, sonra isə həmin məbləğləri qeyri-qanuni yollarla çıxararaq mənimsəyib. Ümumilikdə baş mühasib Rusiya poçtları idarəsinə məxsus 33 milyon rubldan çox vəsaitin arxasına keçib. Məhkəmə mühakimə olunanı təqsirli hesab edərək, onun barəsində cəzasını ümumi rejimli islah əmək koloniyasında çəkməklə üç il həbs cəzası kəsib”, – xəbərdə belə deyilir.
Məhkəmə həmçinin həbsə məhkum olunandan 33 milyon rublun tutularaq müəssisəyə qaytarılması ilə bağlı da qərar qəbul edib.