“Avtomobil nəqliyyatı ilə sərnişin daşınması Qaydaları”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

AvtomobilAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 392
Bakı şəhəri, 14 sentyabr 2018-ci il
“ Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 aprel tarixli 1926 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 289 nömrəli qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. Aşağıdakı məzmunda 1.2.19-1-ci yarımbənd əlavə edilsin:

“1.2.19-1. sürücü – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;”.

2. 1.2.25-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.26-cı yarımbənd əlavə edilsin:

“1.2.26. taxoqraf – avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazı.”.

  1. Aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələri taxoqrafla təchiz edilməlidir.”

  1. 2.12-ci bənd və 3.6.2-ci yarımbənd ləğv edilsin.
  2. Aşağıdakı məzmunda 3.5.2-1-ci yarımbənd əlavə edilsin:

“3.5.2-1. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnamə (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda);”.

  1. 8.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.6-cı yarımbənd əlavə edilsin:

“8.2.6. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsini.”.

  1. 9.12.2-ci yarımbənddə “plombası” sözü “plombu” sözü ilə əvəz edilsin.
  2. XIV hissənin adına “sifarişçisinin,” sözündən sonra “sürücünün,” sözü əlavə edilsin və həmin hissəyə aşağıdakı məzmunda 14.8-1-ci bənd əlavə edilsin:

“14.8-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.”.

Azərbaycan Respublikasının
Baş naziri                                  Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

AS İnşaat MMC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: AS İnşaat

2003-cü ildən fəaliyyət göstərən “AS İnşaat” MMC çınqıl, qum, armokarkas, beton, dəmir-beton məmulatları, novoblok istehsal edir və müxtəlif profilli tikinti işləri həyata keçirir. Şirkətin fəaliyyəti tikinti materiallarının istehsalından başlayaraq tikinti obyektinin tam hazır vəziyyətdə təhvil verilməsinə kimi tam prosesi əhatə edir.

Vəzifə öhdəlikləri:

– Material uçotunu, əmək haqqı hesablanması, təhtəl hesab və ezamiyyətlərin hesablanması,debitor kreditorlar üzrə hesablaşmalar.
– Vergi bəyannamələrinin, stasitika və DSMF hesabatlarının tərtibi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifəyə olan tələblər:

– Biliklər: Mühasibat uçotuna aid sənədlər dövriyyəsini;
– Əsas vəsaitlərin, mal – materialların və pulun hərəkətini əks etdirən mühasibat uçotu əməliyyatlarını;
– Vergi və əmək qanunvericiliyini;
– Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
– Təhsil: iqtisaddiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində ali təhsil
– İş stajı: 2 ildən yuxarı
– Kompyuter bilikləri: MS Oficce, 1C
– İş rejimi: 09:00-18-:00, 5 günlük
– Əmək haqqı :700

Maraqlanan namizədlər “mühasib” başlığı ilə CV-lərini hr@asinshaat.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotu – Bir elm sahəsi kimi (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotuMühasibat uçotu nəzəriyyəsi mühasibat uçotunun təbiətini öyrənmək üçün vahid sistemlər təşkil edən bir-birinə bağlı prinsiplər, təriflər və qərarlar arasında razılaşdırılmış bir sıradır. Bu baxımdan mühasibat uçotu nəzəriyyəsinin əsas məqsədi mühasibat təcrübəsinin inkişafını qiymətləndirmək üçün əsas ola biləcək məntiqə əsaslanan prinsiplər sisteminin inkişaf etdirilməsidir. Bu yeni ideyaların inkişafı üçün və uçot sistemi prosesində seçimə kömək etmək üçün konseptual bazadır.

Mühasibat uçotu üzrə tədqiqatların tətbiqi xarakteri, eksperimental təkmilləşdirilmə və onların nəticələrinin həyata keçirilməsinin zəruriliyini irəli sürür. Eksperimentlər çox zəhmət tələb edən tədqiqat işləri mərhələsində məsul pillə hesab olunur, ona görə eksperimentlə bağlı plan hazırlamaq çox zəruridir, hansı ki, bu zaman tapşırıqları, həcmi, ardıcıllığı, müddəti və keçirilmə yeri, xərcləri müəyyən etmək lazım gəlir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat uçotu tədqiqatları sahəsi obyektin idarə olunması məqsədilə onun təkmilləşdirilməsinə istaqamətlənib. Bundan çıxış edərək idarə olunan obyekt barədə bütün məlumatları ən ümumi şəkildə belə təsnifatlaşdırmaq olar:

  • qanunvericilik aktları;
  • normativ materiallar;
  • hesabat və statistik mənbələr;
  • mühasibat uçotu məlumatları və proqnoz göstəriciləri;
  • ədəbiyyat mənbələri;
  • obyektin tədqiqat məlumatları.

Mühasibat uçotu, təhlil və audit – idarəetmə sisteminin ən mühüm tərkib elementləridir. İdarəetmənin özü kimi onlar da müəyyən iqtisadi obyektlərə istiqamətlənib. Ona görə bu sahədə tədqiqatlar zamanı əsas informasiya mənbələri bilavasitə müvafiq müəssisələrin fəaliyyəti ilə əlaqəli məsələlərə aid sənədlər hesab olunur. İlk növbədə isə onlara normativ sənədlər aiddir.

Başlıca ədəbiyyatın emalından sonra təcrübənin öyrənilməsinə müraciət etmək bir zərurətdir. Mühasibat uçotu, təhlil və audit – bu, iqtisadi fəaliyyətin tətbiqi sahəsidir, o səbəbdən təcrübi biliklər mühüm əhəmiyyət daşıyır.

Yalnız kitabxanada, kafedra laboratoriyasında işləməklə kifayətlənmək olmaz, əməli fəaliyyət təcrübəsini müəssisələrin mühasibatlıqlarında, istehsal şərtləri əsasında öyrənmək çox zəruridir.

Nəzəri təkmilləşdirmələrn təcrübədə tətbiqi bir çox amillərdən asılıdır. İstehsalı yaxşı bilən tədqiqatçı mühasibat, nəzarət və təhlil işlərinin bütün xüsusiyyətlərini nəzərə alacaq. Səviyyə nə qədər genişdirsə, mövzuların hazırlanması bir o qədər səmərəli olacaq.

Faktiki materialların öyrənilməsi tədqiqat işlərinin zəruri elementi hesab olunur. Ona müəssisənin fəaliyyətinin uçot, plan, normativ, təhlil,statistik informasiyalar aiddir.

Mühasibat uçotu məlumatları, nəzarət və təhlili hesabatlılığa transformasiya olunur, bu zaman keyfiyyətcə yeni informasiya yaradır, hansı ki, dövlət statistika sistemində ümumiləşdirilir, sosial və iqtisadi inkişafın nəticələrini əks etdirir.

Həmin məlumatların faktiki yığımı və emalı itisadi tədqiqatların başlıca məqsədlərinə, iqtisadi subyektlərin rasional elmi tövsiyələr üzrə qurucuuğuna tabe etdirilib.

Mühasibat uçotu elmi tədqiqatdır.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Hüquqi şəxsin filialının uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Hüquqi şəxsXidmətin adı: Hüquqi şəxsin (təşkilatın)filialının (bölməsinin) uçot məlumatlarının  dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında ərizə”

– hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması (1.2.4. nömrəli xidmət) zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər

– “Hüquqi şəxsin (təşkilatın)  filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD- nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti:

-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) uçot məlumatlarının  dəyişdirilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

– Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda)

Elektronlaşdırma səviyyəsi: 

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.