Turizm şirkəti 1000 manat məvaciblə Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

TurizmVəzifə: Mühasib

İşəgötürən: Dream Travel Tourism Company

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Fazil m

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş barədə məlumat

– Ofisdə kargüzarlığın təşkili, daxil olan və çıxan sənədlərin qeydiyyatı, məktubların və faksların göndərilməsi, elektron poçtla daxil olan məktubların cavablandırılması
– Şirkətin əməkdaşlıq etdiyi banklarla şirkətə mühasibatlıq xidməti göstərən şirkət arasında əlaqələrin koordinasiyası, o cümlədən gündəlik maliyyə-mühasibat sənədlərinin, hesab-fakturaların tərtib olunması, müqavilələrin qeydiyyatı və mühasibatlıq xidməti göstərən şirkətə təqdim olunması, tələb olunan hesabatların hazırlanması
– Cari ödənişlərin bankın təqdim etdiyi “internet-banking proqramı” vasitəsilə onlayn rejimdə həyata keçirilməsi
– Ofis ləvazimatlarının və ofisə lazım olan digər təsərrüfat mallarının və xidmətlərinin satın alınmasının təşkili
– İşçilərin məzuniyyət və ezamiyyə sənədlərinin hazırlanması və mühasibatlıq xidməti göstərən şirkətə təhvil verilməsi
– Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi
– İş qrafiki: Bazar ertəsi-cümə günləri, saat 10:00-dan 19:00-dək

Namizədə tələblər

– İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil
– Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi
– Microsof Office (xüsusi ilə Excel) proqramlarına dair mükəmməl bilik və təcrübə (1C və digər uçot proqramları üzrə bilik və təcrübə arzu olunandır)
– Milli mühasibatlıq, bank və vergi qanunvericiliyi üzrə bilik və təcrübə
– Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili bilikləri arzuolunandır)
– Ünsiyyət və komanda ilə işləmə bacarıqları
– Analitik düşünmə və problemləri həll etmə bacarıqları
– Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq

Mənbə: boss.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

DSMF məsləhət almaq üçün yarım milyon manat ödəyəcək

posted in: Xəbər | 0

DSMFƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Vahid Xidmət Mərkəzinin yaradılması ilə bağlı məsləhət xidmətlərinin satın alınmasına dair elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

Tenderin qalibi “Arpa Consulting” MMC olub.

Qalib şirkətə 499 952 manat ödəniləcək.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda real sektoru daha çox maliyyələşdirən banklara vergi güzəştlərinin edilməsi təklif olunur

posted in: Bank, Xəbər | 0

bankKredit portfelində real sektora qoyulan kreditlərin xüsusi çəkisinin üstünlük (təqribən 70%-dən yuxarı) təşkil etdiyi bankların real sektora orta faiz dərəcəsindən aşağı olmaqla verdiyi kreditlər üzrə əldə etdikləri gəlirlərinin müddətli mənfəət vergisindən azad edilməsi təklif olunur.

Belə bir təkliflə Hesablama Palatasının aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Müstafayev iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi ilə bağlı məqaləsində çıxış edib.

Həmçinin kənd təsərrüfatında risklərin yüksək olduğu nəzərə alınaraq bu sahənin kreditləşməsi üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, o cümlədən kənd təsərrüfatına verilən kreditlərin sığortalanması mexanizminin tətbiqi, iqtisadiyyata kredit qoyuluşları üzrə regional tarazlığın təmin olunmasına və kredit qoyuluşlarında aqrar sektorun payının kifayət qədər artmasına müsbət təsir göstərə biləcəyini nəzərə alaraq kənd təsərrüfatına xidmət edən ixtisaslaşmış bankın yaradılması və bankın vəsaitləri hesabına kreditləşmə müqabilində girov predmetinin daha geniş dairəsinin kredit öhdəliklərinin təminatı kimi çıxış etməsi, habelə əhalinin aztəminatlı qruplarına kreditlərin verilməsi zamanı öhdəliyin təminatı kimi zaminlik üsuluna yer verilməsi imkanlarının yaradılması təklif olunur.

Bundan başqa, bankların real sektorun müxtəlif sahələrində kredit əməliyyatlarını genişləndirmək məqsədilə kredit istifadəçilərinin maliyyə göstəricilərinin şəffaflığının artırılması, kredit təşkilatları tərəfindən konsaltinq xidmətlərinin göstərilməsi, o cümlədən müştərilərin investisiya təşəbbüsləri üzrə inkişaf strategiyalarının müəyyən edilməsi və həyata keçirilməsində yardım göstərilməsi, müştərilər üçün biznes-planların hazırlanması və s. tövsiyə olunur.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hesabatlar üzrə köməkçi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Hesabatlar üzrə köməkçiVəzifə: Hesabatlar üzrə köməkçi

İşəgötürən: SIR Group Security

  • Şəhər: Bakı
  • Yaş: minimum 23 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Ruqiyyə xanım
İş barədə məlumat
– Azərbaycan, ingilis və rus dillərində e-mail yazışmaların həyata keçirilməsi, raportların, həftəlik və aylıq hesabatların hazırlanması.
– Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı
– Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması
– Karguzar işinin təşkili və ofis daxili işlər
– Birbaşa rəhbərinin tapşırıq və göstərişlərini yerinə yetirilməsi
– İş qrafiki: 09:00-dan 18:00-dək, həftənin 5 iş günü (şənbə və bazar istirahət günləri)

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədə tələblər

– 23 yaşdan yuxarı Qadın namizədlər
– Ali təhsil
– Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilmək. İngilis və rus dillərində telefon vasitəsilə danışıqlar və yazışmalar apara bilmək.
– Word, Excel, E-mail və digər Microsoft Office proqramlarını bilməlidir
– Ofis avadanlığı ilə işləmək bacarığı
– Ən azı 1ildən 3 ilə qədər iş təcrübəsi
– Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı, diqqətli və işinə qarşı məsuliyyətli olmalı

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr@sirgroup.az / info@finstaff.az e-mail ünvanına göndərə bilərsiniz (şəkilsiz CV-lərə baxılmayacaq).Elektron ünvana CV göndərən zaman, mütləq mövzu hissəsində “Hesabatlar üzrə köməkçi” yazılsın və vəzifə qeyd olunsun. Əks halda CV-nizə baxılmayacaq.

Mənbə: boss.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.