Vergilər Naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər NaziriVergilər naziri Şəmkir rayonunda vətəndaşları qəbul edəcək

Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 24 sentyabr 2018-ci il tarixində saat 11:00-də Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-21 sentyabr 2018-ci il tarixlərində Şəmkir rayonunda 14 saylı Ərazi Vergilər İdarəsinə, Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinə, Naftalan, Goranboy, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1300 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: NH GROUP MMC

  • Şəhər: Bakı
  • Yaş: 33 – 48 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Aziza Guliyeva

Həmçinin bax: AS İnşaat MMC Mühasib axtarır

İş barədə məlumat
– Müəssisə fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirir (əsas vəsaitlər, maddi qiymətlilər, məhsulların realizasiyası, təsərrüfat – maliyyə fəaliyyətinin nəticələri, müştərilər ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu)
– Maliyyə intizamına riayət edilməsi və resursların səmərəli istifadəsinə yönəldilmiş tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edir.
– Mühasibat uçotu sənədləşmələrin düzgünlüyünə nəzarət edir
– Şirkətdə istifadə olunan 1C 8 Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirir və həmçinin digər sıravi mühasiblər tərəfindən yerinə yetirilmiş işlərə nəzarət edir
– Xidmətlərin dəyərinin hesabat kalkulyasiyasını tərtib edir, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar edir, onların qarşısının alınması üzrə təkliflər hazırlayır
– Büdcə və büdcədən kənar fondlara ödənişlərin edilməsi, həmçinin vəsaitlərin düzgün və səmərəli qaydada istifadə olunmasını həyata keçirir
– Rəhbərlər, kreditorlar, investorlar, auditorlar və mühasibat hesabatlarının digər istifadəçilərini uçotun düzgün mühasibat məlumatları ilə təmin edir
– Hesabatların iş planını, təsərrüfat əməliyyatlarının rəsmiləşdirilməsi üçün tətbiq edilən ilkin sənədlərin formasını, habelə daxili Mühasibat hesabatı üçün sənədlərin formasını hazırlayır, hesabatın aparılmasının və Mühasibatlıq məlumatlarının emalı texnologiyasının əsas üsul və vasitələrinin tərkibinin müəyyən edilməsində iştirak edir
– Mühasibat uçotu və hesabat məlumatları üzrə təsərrüfat daxili ehtiyatların aşkar edilməsi, qənaət rejiminin və sənədləşmənin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasında, Mühasibat uçotunun mütərəqqi forma və metodlarının hazırlanması və tətbiqində, pul vəsaitləri və maddi qiymətlilərin inventarizasiyasında iştirak edir
– Mühasibatlıq sənədlərinin qorunması və onların arxivləşdirilməsini həyata keçirir və nəzarət edir
– Mühasibatlıq informasiyalarının məlumat bazalarının formalaşdırılması, aparılması və saxlanılması üzrə işi icra edir
– Hesablama texnikasının köməyi ilə həll edilən tapşırıqların yaxud onların ayrı-ayrı mərhələlərinin iqtisadi qoyuluşunun düzgün ifadə edilməsində iştirak edir, iqtisadi informasiyanın işlənməsinin iqtisadi əsaslandırılmış sistemini yaratmağa imkan verən hazır layihələrin, alqoritmlərin, tətbiqi proqramlar paketlərindən istifadə imkanını müəyyən edir
– Tam iş günü
– 5 günlük iş rejimi
– 13:00-dan 14:00 yemək fasiləsi
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Namizədə tələblər
– Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
– qanunvericilik aktları, qərarlar, sərəncamlar, əmrlər, əmlakın mühasibat uçotunun təşkili üzrə rəhbər, metodiki və normativ materiallar, vəzifə borcları və təsərrüfat əməliyyatları və hesabatın tərtibini
– Müəssisədə mühasibat uçotunun forma və metodlarını
– Hesablar planı və müxabirləşməsini
– Mühasibat uçotu üzrə sənədləşmələrin təşkilini
– Mühasibat uçotu hesablarında əsas vəsaitlər, maddi qiymətlilər və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatların sənədli rəsmiləşdirilməsi və əks olunması qaydasını
– Müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinin iqtisadi təhlil metodunu
– Kompüter texnikasının istismarı qaydalarını
– Əmək və idarəetmənin iqtisadiyyatı, təşkilini
– Təsərrüfatçılığın bazar metodlarını
– Əmək qanunvericiliyini
– Vergi qanunvericiliyini
– Əməyin mühafizəsinin qayda və normalarını
– 1C 8,3 mühasibat proqramında işləmə bacarığını/nəzəri bilikləri

Şəkilsiz CV-lərə baxılmayacaq.

Mənbə: boss.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aviabilet satışı vergiyə necə cəlb edilməlidir?

posted in: Vergi, Xəbər | 0

AviabiletSual: Aviabilet satışını həyata keçirən, IATA (BSP) şirkətinin subagenti olaraq fəaliyyət göstərən Sadələşdirilmiş vergi ödəyicisi olan “XXX MMC” hüquqi şəxsi 500 AZN dəyərində aldığı aviabiletinə 20 AZN komissiya əlavə edərək 520 AZN-ə satış edərsə, vergi tutulan dövriyyə 20 AZN-dir yoxsa 520 AZN? Ünvanlanmış sualımın yuxarıda qeyd etdiyim əyani misal üzərində cavablandırılmasını xahiş edirəm. Öncədən təşəkkürlər.

Cavab: Bildiririk ki, bir şəxsin digər şəxsə göstərdiyi vasitəçilik xidmətləri ilkin sənədlərlə (agent (komissiya) müqaviləsi, təsərrüfat əqdlərinin həyata keçirilməsi ilə bağlı ödəmə sənədləri, hesab fakturalar və təsdiqedici digər sənədlərlə) təsdiq edildiyi halda subagent üçün vergitutma obyekti satışa görə ona ödənilən xidmət haqqı əsasında, yəni sorğunuzda qeyd edilən halda 20 AZN əsasında müəyyən olunur. Eyni zamanda bildiririk ki, aviabilet digər şəxsdən alınaraq üzərinə ticarət əlavəsi edilməklə təqdim edildiyi halda isə vergitutma obyekti ümumi məbləğ, yəni sorğunuzda qeyd edilmiş halda 520 AZN əsasında müəyyən olunacaqdır.

Əlavə məlumatın alınması ilə bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 219.1-ci maddəsi.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gəlir vergisindən azadolmalar və güzəştlər

posted in: Vergi, Xəbər | 0

gəlir vergisiAşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

● Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

● Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

● müharibə əlillərinin;

● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);

● 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

● qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

● Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin. I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır


Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin vali- deynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

● 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

● Əfqanıstana və döyüş əməliyyatları aparan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına
çağırılmış hərbi vəzifəlilər;

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.