2500 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş Mühasib

Vakansiya haqqında

Əmək haqqı: 1200 – 2500 AZN
Yaş həddi: 25 – 35
İş rejimi: 09:30 – 18:30
İş yeri: Bakı

Vəzifə öhdəlikləri

  • Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
  • Vergi ödənişlərinə nəzarət etmək
  • Vergi bəyannamələrini yığmaq
  • Daxili nəzarət (audit)
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
  • Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
  • İşçilərə nəzarət və təlim
  • İlkin sənədlərə nəzarət

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələb olunan bilik və bacarıqlar

  • Müvafiq sahədə ali təhsil
  • Müvafiq təcrübə (minimum üç illik)
  • 1C Mühasibat Proqramının peşəkar biliyi
  • Excel və Word proqramlarının peşəkar biliyi
  • Vergi Məcəlləsi
  • Müvafiq sertifikatlar üstünlük sayılacaq

CV-ni hara göndərmək lazımdır?

Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini dayana.bagirova@mail.ru / info@finstaff.az elektron ünvanına mövzu yerinə ’’Baş Mühasib’’ yazaraq göndərməsi xahiş olunur.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Daxili auditor kadrlarının hazırlanması üzrə növbəti hazırlıq kurslarına start verilir

posted in: Audit, Xəbər | 0

Daxili auditorAzərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə növbəti hazırlıq kurslarını təşkil edir.

Ölkəmizdə uğurla həyata keçirilən şəffaflıq strategiyasının daha da sürətləndirilməsində müəssisə və təşkilatlarda risklərin idarə olunması, nəzarət və korporativ idarəetmə proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədlərinə xidmət edən daxili auditin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Növbəti kurslar 2018-ci ilin 01 oktyabr tarixindən 26 oktyabr tarixinədək “Daxili Auditin planlaşdırılması” proqramı əsasında keçiriləcəkdir. Hazırlıq kursları “Xalq Sığorta” ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Rzayev Camal Ehtibar oğlu tərəfindən tədris ediləcəkdir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Sizin nümayəndələrinizi daxili auditor kurslarında iştirak etməyə dəvət edirik. Kursda iştirak ödənişlidir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqələndirici şəxs: Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdir müavini Aytən Seyidəliyeva (ayten.mirzeyeva@gmail.com).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 055-866-44-29.

Qeydiyyat üçün son tarix: 2018-ci il 01 oktyabr.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gilan Holding Maliyyə Nəzarətçisi üzrə vakansiya elan edir

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Maliyyə NəzarətçisiVəzifə: Maliyyə Nəzarətçisi

İşəgötürən: Gilan Holding

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 3 ildən 5 ilə qədər

İş yeri: Azərbaycan / Qəbələ

Dillər  – Səviyyə

Azərbaycan: Ana dili

İngilis: Əla

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Öhdəliklər:

  • Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək;
  • Əmək haqlarının hesablanmasına və verilməsinə nəzarət etmək;
  • Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasnı təmin etmək;
  • Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etmək;
  • Rəhbərlik üçün maliyyə təqdimatlarını hazırlamaq;
  • Mühasibat uçotunun avtomatlaşdırılması üçün hədəfləri təyin etmək;
  • Büdcə icrasının monitorinqini və təhlilini etmək;
  • Bütün satış və satınalma xərclərini təstiq etmək;
  • İllik biznes planlaşdırılmasında iştirak etmək;
  • Şirkətin büdcəsinin hazırlanmasında və baxışdan keçirməsində iştirak etmək.

Namizəddə tələblər:

  • Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
  • Vergi qanunvericiliyi üzrə işləmə bacarığı;
  • 1C Proqramında və Microsoft Office proqramlarında işləmə bacarığı;

Müraciət etmək üçün keçidə daxil olun.

Mənbə: gilanholding.com

Son müraciət tarixi: 30-09-2018

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

4 xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

şirkət“Konokofilips (BTC) LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra “Nümayəndəlik”) (VÖEN: 9900003591) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 96 ünvanına bildirə bilərlər.

“Sparrouz Ofşour Sörvisiz Limited” şirkətinin filialı (VÖEN: 1300097471) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 153 ünvanına bildirə bilərlər.

“Cornvall Marine S.A.” Korporasiyasının Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1803405641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev küçəsi, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.

“Locomo Maritime Company” Korporasiyasının Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1803405771) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev küçəsi, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.