Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?
Sual: Təsisçi təsis etdiyi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi və bununla bağlı limiti göstərən qanun varmı?
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göstərilənlərə əsasən bildiririk ki, borc müqaviləsi üzrə tərəflərdən biri hüquqi şəxs olduqda tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmalıdır. Eyni zamanda bildiririk ki, borcun məbləği ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir.
Mənbə: taxes.gov.az
Bax:
- Kassadan təsisçiyə olan borcun ödənilməsində limit tətbiq edilirmi?
- Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?
- Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?
Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (maddə83.2). İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir (87.3).
2019-cu ildən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Belə ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, ölkəyə gətirilən avtobuslar gömrük keçid məntəqəsində aksiz vergisi də ödəyəcəklər.
Turistləri vergi ilə hədələyib onlardan pul «qoparan» cinayətkar qrup ifşa edilib.Xaricdə keçirilən tətillər bəzən mənalı istirahətlə deyil, mənasız macəralar, arzuedilməz sürprizlərlə də yadda qalır. Məsələn, bu il istirahət üçün Almaniyadan Türkiyəyə gəlmiş insanların başına gələnləri heç kəs özünə rəva görməz.