Azərbaycanda maliyyəçilərin orta aylıq nominal əmək haqqı azalıb

posted in: Maliyyə, Xəbər | 0

əmək haqqıAzərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı açıqlanıb.

Bu il notyabr ayının 1-nə maliyyə və sığorta fəaliyyəti ilə 2min nəfər məşğul olub ki, bunun 800-ü dövlət, 20 200-ü isə qeyri-dövlət sahəsinə aiddir.

Bax: İşçinin mülkiyyətində olan avtomobilin xərcləri hansı hallarda şirkətin xərci hesab edilə bilər?

Sentyabr ayı ilə müqayisədə oktyabrda maliyyə və sığorta işçilərinin sayı artıb. Statistik məlumatların təhlili onu deməyə əsas verir ki, dövlət maliyyə və sığorta sahəsində işçilərin sayı 100 nəfər və ya 0,4% artıb.

Hesabat dövründə maliyyə və sığortaçılar orta hesabla 1 454,9 manat məvacib alıblar. Dövlət maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əmək haqqı 1 417,3 manat, qeyri-dövlət sahəsində 1 463,6 manat olub. Sentyabr ayı ilə müqayisədə oktyabrda maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əmək haqqı 7,6 manat və ya 0,5% azalıb.

Qeyd edək ki, maliyyə və sığorta sahəsində çalışanlar orta aylıq nominal əmək haqqının məbləğinə görə ölkə üzrə 2-ci yerdə qərarlaşıb.

Bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sirab ASC Əməliyyatçı üzrə vakansiya elan edir

posted in: İş elanı, Xəbər | 0

vakansiyaVakansiya: Əməliyyatçı

İşəgötürən: Sirab ASC

İş barədə məlumat

– Mikro proqramında tələb olunan alış və satış əməliyyatlarının həyata keçirilməsi
– Lazımi hesabatların hazırlanıb verilməsi

Bax: Baş mühasib təltəb olunur

Namizədə tələblər:

– Yaş həddi 22-28
– Təhsil – Orta
– Bu sahədə 1 il iş təcrübəsi olmalıdır.
– MS Office proqramları, Mikro ERP
– Başlanğıc mühasib və iqtisadi bilikləri olmalıdır.
– Dəqiq və məsuliyyətli

Bax: Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya

İş qrafiki – Həftənin 6 günü saat 08:00-18:00. İstirahət günü Bazar günü
İş yeri – Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A
Əmək haqqı  – 450 AZN

Uyğun namizədlərdən cvlərini mövzu yerinə əməliyyatçı yazmaqla cv@sirab.az / info@finstaff.az mail ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Technolink LLC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Günel Abdullayeva
Bax: 800 manat məvaciblə Mühasib tələb olunur
İş barədə məlumat- Şirkətin sənəd dövriyyəsinin aparılması
– EQAİMƏ və EVHF ın yazılması,
– Statistik hesabatların verilməsi
– Materialların uçotu
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək
Namizədə tələblər
– Iqtisadiyyat, maliyyə və bənzər sahələr üzrə ali təhsilli
– 1-3 il mühasibatlıq sahəsində təcrübəsi
– Mühasib tərəfindən verilimiş tapşırıqları vaxtında və dəqiq yerinə yetirilməsi,
– Məsulyyətli və perspektivli.
– Riyazi biliklərin yaxşı səviyyədə olması
– İlkin mühasibatlıq biliklərinin olması
– Məntiqi düşünmə və analiz qabiliyyətiQeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-ni gunel@qmeter.net / info@finstaff.az e-mail ünvanına göndərə bilərlər.Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

posted in: Xəbər | 0

Sual: İlin əvvəlinə binanın balans dəyəri 50.000 manat qalıq dəyəri 30.000 manat olub. İl ərzində binaya 600 manat amortizasiya hesablanmasına baxmayaraq onun təmirinə 900 manat xərc çəkilib. İlin sonuna onun qalıq dəyəri nə qədər olacaq?

Bax: İşçinin mülkiyyətində olan avtomobilin xərcləri hansı hallarda şirkətin xərci hesab edilə bilər?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd etdiyiniz halda əsas vəsait olan binanın əvvəlki ilin sonuna qalıq dəyəri (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) 30.000 manat olarsa, bu dəyərin üzrəinə cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi (900-(30.000*2%)=300) əlavə edilir (30.000+300=30.300) və hesablanmış amortizasiya ayırması (2121 manat) çıxılaraq vergi ilinin sonuna olan qalıq dəyəri müəyyənləşdirilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər (sorğunuzda qeyd etdiyiniz halda 30.300*7%=2121-600=1521 manat).

Bax: Vergi Məcəlləsinin 114 -cü> və <115.1-ci maddələri.

Mənbə: www.taxes.gov.az

Bax: Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.