İşçinin mülkiyyətində olan avtomobilin xərcləri hansı hallarda şirkətin xərci hesab edilə bilər?

posted in: Xəbər | 0

Sual: Mən şirkət direktoruyam. Şirkətin işlərimi görmək üçun öz şəxsi minik avtomobilimdən istifadə edirəm.

  1. Xahiş edirəm bildirəsiniz yanacaq xərclərimi, avtomobilin sığortasını şirkətin hesabından ödəyə bilərəmmi və belə xərclər gəlirdən çıxılan xərclərə aid edilirmi?
  2. Belə xərclərin gəlirdən çıxılan xərclərə aid olunması üçün əlavə nə tələb olunur?
Bax: Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılır.

Sorğunuzda qeyd edilən halda avtomobil hüquqi şəxsin öz mülkiyyətində və ya istifadəsində (məsələn, icarə müqaviləsi əsasında) olduğu halda ondan gəlirin əldə edilməsi prosesində istifadə edilməsi ilə əlaqədar çəkilmiş yanacaq xərcləri və gəlirin əldə edilməsi prosesində istifadə edilən avtonəqliyyat vasitəsinin sığortalanmasına dair xərclər hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilərək müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxıla bilər.

Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

DGK-nın xətti ilə büdcə daxilolmaları artıb

posted in: Xəbər | 0

büdcəBu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 253 078,4 mln. manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 869 678,39 min manat, yaxud 36,49% çoxdur.

Bu ilin 11 ayında gömrük rüsumları üzrə daxilolmalar 194 477,66 min manat və yaxud 30,72% artaraq 827 446,80 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 583 435,96 min manat və yaxud 35,57%artaraq 2 223 775,50 min manat, aksizlər üzrə daxilolmalar 87 085,8 min manat və yaxud 2,11 dəfə artaraq 165 334,5 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə 4 678,97 min manat və yaxud 14,69% azalaraq 36 521,6 min manat olub.

Mənbə: report.az

Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ASK üzvlərinin ümumi yığıncağı – Qurultayı keçiriləcək

posted in: Xəbər | 0

ASKHörmətli KİV nümayəndələri! Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Nizamnaməsinə uyğun olaraq hər 4 ildən bir onun üzvlərinin ümumi yığıncağı – Qurultayı keçirilir. Qurultay ASK-nın ali idarəetmə orqanıdır.

ASK-nın növbəti –  V Qurultayı 19 dekabr 2018-ci il tarixində saat 09:30-da “Fairmont Baku” hotelində keçiriləcəkdir.

Tədbirdə Konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, idarəetmə orqanları formalaşdırılacaq, eləcə də, təşkilatın fəaliyyətinin əsas istiqamətləri təyin olunacaq və məqsədləri müəyyən ediləcəkdir.

Sizi sözügedən Qurultayı işıqlandırmağa dəvət edirik!

İştirakınızı 18 dekabr 2018-ci il, saat 12:00-dək təsdiqləməyinizi xahiş edirik.

Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!

Qurultayın ilkin proqramı emaila əlavə olunub.

Hörmətlə,

Vüsal Əzizov

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyası

Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsinin  müdiri

Tel:   (+994 12)  465 72 43 (daxili: 105)

Faks: (+994 12) 465 72 42

 www.ask.org.az

Faylı yükləyin: 

 

Bax: Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi Vergi qanunvericiliyinə edilməsi nəzərdə tutulan dəyişikliklər barədə bəzi vergi ödəyicilərinə xəbərdarlıq məktubu göndərib

posted in: Vergi, Xəbər | 0

Vergilər NazirliyiVergi qanunvericiliyine edilməsi nəzərdə tutulan dəyişikliklər barədə

Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi Milli Məclisdə müzakirə olunaraq qəbul edilmişdir.

Nəzərdə tutulmuş dəyişikliklərə əsasən Vərgi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən sadələşdirilmiş vergi (vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə ətdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanacaqdır.

Digər bir dəyişikliyə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla fəaliyyət göstərən vergi ödəyiciləri istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq imkanı nəzərdə tutulmamışdır.

Nəzərdə tutulmuş dəyişikliklərdən biri də elektron qaimə-fakturanın təqdim edilməməsinə görə malları (işləri, xidmətləri) təqdim edən şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsidir. Belə ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların həmin sənədlər verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!

Həmçinin qeyd edək ki, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Dəyişikliklərə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan yuxarı olduğu halda bu məbləğdən çox olan hissəsindən 14 faiz dərəcəsi ilə ödəmə mənbəyində verginin tutulmasıdır.

Həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan və hüquqi qüvvəyə minmədən fiziki şəxslərin əmək münasibətlərinə cəlb edilməsinə görə tətbiq edilən maliyyə sanksiyalarının məbləği artırılaraq, bələ hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat olaraq müəyyənləşdirilmişdir.

Qeyd olunanlar və eləcə də Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulmuş bütün digər dəyişikliklər barədə ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Milli Məclisinin rəsmi internet səhifəsində yərləşdirilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Qanun layihəsi ilə (http://www.məclis.gov.az/?/az/law/2004/2) tanış ola bilərsiniz.

Vergi qanunvəriciliyi və inzibatçılıgı ilə bağlı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə, Çagrı Mərkəzinə (195) və ya istənilən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.