Bu şəxslərin aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

posted in: Vergi, Xəbər | 0

vergi güzəştiHəlak olmuş döyüşçünün övladının muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

Fiziki şəxslərə münasibətdə gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin (VM) 102-ci maddəsi ilə müəyyən edilmişdir.

Mövcud qanunvericiliyə əsasən, Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat), illik gəliri 30.000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır (VM, maddə 102.1.6).

Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır (VM, maddə 102.2.5).

Qeyd olunan müddəalara əsasən:

Həlak olmuş döyüşçünün övladının muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirinə VM-in 102.1.6-cı maddəsində nəzərdə tutulan vergi güzəştindən əlavə vergi güzəşt və azadolmaların tətbiqi hazırda qüvvədə olan vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bax: Vergi məcəlləsinin 58.8.2 maddəsi üzrə maliyyə sanksiyası kimə tətbiq edilə bilər???
Eyni zamanda 1 yanvar 2019-cu ildən həlak olmuş döyüşçünün övladının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutan vergi güzəşti-nin tətbiqi ilə bağlı müddəalar «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun layihəsinə daxil edilmişdir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

 

1000 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

  • İşəgötürən: SinerjiPro
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Telefon: +994 12 465 43 56 – 57
Əmək haqqı: 800-1000 AZN
Bax: Mühasib köməkçisi tələb olunur

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:30-dan 13:00-dək

Namizədə tələblər

– Ali təhsili
– Cins – kişi/qadın
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
– Office və muhasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C )
– Mühasibat sahəsində ən az 3-5 il iş təcrübəsi
– Ünsiyyətcil
– Kollektiv ilə işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerinə mühasib yazmaqla abil.ibrahimov@sinerjipro.net / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Mənbə: kadr.az


 

Mühasibi ucbatından 130 milyon manatdan çox pul itirən NBA çempionu

posted in: muhasibat, Xəbər | 0

pulNBA çempionu öz mühasibi üzündən 77 milyon dollar  pul itirib.

NBA (ABŞ-ın peşəkar basketbol liqası) çempionu Kevin Garnett öz mühasibi üzündən böyük məbləğdə pul itkisinə düçar olub.

Garnett məhkəmədə Maykl Verthaymı və onun şirkətini maliyyə maxinasiyalarında ittiham edib. Söyləyib ki, mühasibinin əməlləri üzündən 77 milyon dollar pul itkisinə məruz qalıb. Garnett hesab edir ki, Verthaym sabiq oyunçunun uçot işlərini aparan fərdi menecer Çarlz Benksə sözügedən məbləği oğurlamaqda yardım edib. Yəni, Verthaym menecerin maxinasiyalarından xəbərdar olsa da, bu barədə ona heç bir xəbər verməyib.

Bax: Yeni ildən kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq

Verthaym isə öz növbəsində bütün ittihamları rədd edib. Qeyd edək ki, Benks bundan əvvəl də digər super-ulduz Tima Dankandan xüsusilə külli miqdarda oğurluq etdiyinə görə dörd il həbs cəzası çəkibmiş.

Bütün karyerası ərzində keçmiş basketbolçu 344 milyon dollardan çox vəsait qazanıb. Bu isə ona dəlalət edir ki, Kevin Garnettin öz gələcək həyatı üçün narahaqlıq keçirməyinə lüzum yoxdur.


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yeni ildən kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq

posted in: Xəbər | 0

qaiməYeni ildən kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq.

Vergi Məcəlləsində yeni bir anlayışa – məcburi nişanlama ilə bağlı 20-dən çox dəyişiklik edilib. Məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulmasıdır.

Vergi Məcəlləsinin 16.1.11-9-cu maddəsinə əsasən, məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədilə saxlamaq və ya satmaq, habelə həmin malların dövriyyəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydaya riayət etmək vergi üdəyicisinin vəzifəsidir.

124.0.2-2-ci maddədə qeyd edilir ki, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi üdəyicisinin vəzifəsidir.

Maddə 50-2 məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarəti müəyyən edir.

Bax: Təsisçi ilə borc müqaviləsi mütləq notariusda bağlanmalıdır?

50-2.3-cü maddənin tələblərinə əsasən, məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İqtisadçı Azər Mehdiyevin sözlərinə görə, mallara münasibətdə məcburi nişanlamanın tətbiqi bir neçə istiqamətdə faydalı ola bilər: «Bir tərəfdən, belə nişanlama malların uçotdan gizlədilməsinin qarşısını almaqla gizli dövriyyənin, bununla həm də vergidən yayınmanın aradan qaldırılmasına imkan verə bilər. Digər tərəfdən, nişanlamanın tətbiqi bazara saxta malların daxil olmasının qarşısını almaqla istehlakçıların hüquqlarının və təhlükəsizliyinin qorunmasında ciddi vasitə ola bilər. Üçüncü tərəfdən isə bu iş həm də ticarətdə iştirak edən təsərrüfat subyektlərinin malların uçot və hesabatlılıq sisteminin qurulmasına yardımçı ola bilər. Hər üç istiqamət çox önəmli olduğundan belə bir sistemin tətbiqi uğur qazanarsa, bu, ölkədə həm ticarət sahəsində, həm də vergi ödənişi sahəsində mütərəqqi mədəniyyətin formalaşmasına gətirib çıxara bilər».

A.Mehdiyev bildirib ki, məcburi nişanlama istehsaldan (yaxud idxal olunan mallar ölkə sərhədini keçən andan) son alıcıya, yəni istehlakçıya çatana qədər malların hərəkətini izləməyə imkan verir: «Aydın məsələdir ki, minlərlə mala belə bir izləmə sisteminin təşkili müvafiq infrastrukturun qurulmasını, nişanlanmalı malların siyahısının dəqiqləşdirilməsini və sonradan prosesin səmərəli təşkilini tələb edir. Bu isə həm zaman, həm xərc tələb edən, eləcə də bilik və bacarıqların artırılmasına zərurət yaradan işdir.

Bax: Bu müəssisələrdə vergidən yayınma riskləri aşkarlanıb

Buna görə də sistemin hazırlanması və tətbiqi zamanı ticarət şəbəkələrində hazırda tətbiq olunan malların kodlaşdırılması (anbar təsərrüfatı və satışlar zamanı istifadə olunan barkod sistemi) ilə indi tətbiqi nəzərdə tutulan malların məcburi nişanlanması sistemlərinin əlaqələndirilməsi və hətta inteqrasiyası mümkün ola bilər. Müxtəlif növ kodlaşdırma sistemlərinin tətbiqi həm firmalara, həm də dövlətə izafi xərclərə başa gəldiyindən belə sistemlərin inteqrasiyası qarşılıqlı faydalara gətirib çıxara bilər».

İqtisadçı Qalib Bayramov bildirib ki, nişanlama sayəsində mal istehsalçıdan çıxıb tədarükçüyə, oradan isə pərakəndə ticarət nöqtəsinə təhvil verilənə və son istehlakçıya çatana qədər proses bütün ardıcıllığı ilə nəzarət altında olacaq. Hər bir mala bir dəfə istifadə olunan kod veriləcək, son istehlakçı məhsulu pərakəndə ticarət nöqtəsindən alanda, kassada məhsulun kodu skan olunan kimi həmin kod ləğv olunacaq və bir daha istifadə olunmayacaq.

Q.Bayramovun sözlərinə görə, məhsulun hərəkəti zamanı elektron-qaimə faktura onu müşayiət edəcək. Bununla da kağız əsaslı qaimə-fakturanın istifadəsinə son qoyulacaq: «Hazırda Vergi Məcəlləsində hər iki formalı qaimə-fakturadan istifadə nəzərdə tutulur. Fikir vermisinizsə, Məcəllədə «qaimə-faktura və ya elektron qaimə-faktura» yazılır. Yeni ildən yalnız elektron qaimə-faktura istifadə olunacaq. Elektron qaimə-fakturada malın kodu qeyd olunacaq.

Qeyd edim ki, alıcı (istehlakçı) öz smartfonuna xüsusi əlavə yükləməklə (IOS və Android bazasında) yerindəcə məhsulun üzərindəki kod vasitəsilə onun saxta və ya həqiqi olduğunu yoxlaya biləcək.

Ancaq bu sistemin tətbiqi böyük vəsait – texniki qurğu, proqram təminatı, monitorinq mexanizmi tələb edən iş olduğundan, çox güman ki, yenilik mərhələli şəkildə tətbiq olunacaq. Vergi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələb olunan malların siyahısının təsdiqi nəzərdə tutulur. Bu siyahının ilk mərhələdə çox geniş olacağını düşünmürəm. Öncə dərmanlar, sonra alkoqollu, daha sonra tütün məmulatlarının məcburi nişanlanmasını həyata keçirmək daha doğru olardı. Çünki hansı məhsul daha çox uçotdan yayındırılır və daha çox saxtalaşdırılırsa, üstəlik satış dövriyyəsi böyükdürsə, məcburi nişanlamaya o məhsuldan başlanılması daha məntiqlidir».

Ekspert sistemin pilot şəkildə sınaqdan keçirilməsini təklif edir və bildirir ki, sistemin normal fəaliyyəti üçün Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə yanaşı, sahibkarların da üzərinə böyük məsuliyyət düşür: «Sahibkarlar ən azından kodlarla işləmək sahəsində təcrübə toplamaqla, pərakəndə ticarət nöqtələri məlumatı onlayn rejimdə dərhal sistemə ötürə biləcək nəzarət-kassa aparatları (onların elektron uçotu aparılacaq) əldə etməlidirlər.

Bax: Azərbaycanda 17 yerli şirkət ləğv edildi

Dəyişikliklərdə məcburi nişanlamanın verilməsinə görə «Dövlət rüsumu haqqında» Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması haqda qeyd olunur. Ancaq yaxşı olardı ki, ilkin dövrdə kodlar pulsuz verilsin və bu prosesə qoşulma könüllü olsun.

Yeri gəlmişkən, dəyişikliklərə görə, kassa çeklərində çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd və malın sürətli məlumat kodunun (Quick Response Code) olması məcburi sayılacaq.

Vegi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələblərinin pozulması ilə bağlı böyük cərimələr də nəzərdə tutulub».

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.