Azərbaycanda 17 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

 

şirkət

  • “ARAN-LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1301338031) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti,ev 3153-cü məhəllə, mənzil 194 ünvanına bildirə bilərlər.
  • “QOLDEN İNVESTMENT END MENECMENT QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1302979791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, məhəllə 494, mənzil 4 ünvanına bildirə bilərlər.
Bax: Azərbaycanda 2 xarici şirkət ləğv edildi
  • “AZEJİ” Məhdud Məsuliyyətlə Cəmiyyəti (VÖEN: 1701993291) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 19 ünvanına bildirə bilərlər.
  • “TEXNİK TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1500369161) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski, ev 118, mənzil 52 ünvanına bildirə bilərlər.
  • “Vivat Estetik” MMC (VÖEN: 1402058221) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 81 ünvanına bildirə bilərlər.
  • “LUKS SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1603116011) ləğv olduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski, ev 21, mənzil 59 ünvanəna bildirə bilərlər.
  • “ŞEYX TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyəti  (VÖEN: 1305604291) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı səhəri, Yasamal rayonu, M.Naxçıvani, ev 22, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “ÇELİK SƏNAYE” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1301216661) ləğv olunduğuu elan edir. Kredtorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov, ev 68, mənzil 64 ünvanəna bildirə bilərlər.
  • “FRUİT TRADİNG AZERBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1903601991) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi 59, mənzil 63 ünvanına bildirə bilərlər.
Bax: Təsisçi ilə borc müqaviləsi mütləq notariusda bağlanmalıdır?
  • “REFERENCE” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 13044794321) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov, ev 5 ünvanına bildirə bilərlər.
  • “Ars Beton” MMC (VÖEN: 2004404871) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətair rayonu, Məhəmməd Hadi küçəsi, ev 136, mənzil 54 ünvanına bildirə bilərlər.
  • “ALMAS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1500378201) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski küçəsi ev 118, mənzil 52 ünvanına bildirə bilərlər.
  • “XOCALI” MÜSTƏQİL KİÇİK MÜƏSSİSƏSİ (VÖEN: 2000030631) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2942 A ünvanına bildirə bilərlər.
  • “XƏZRİ TEXNOLOJİ-QURAŞDIRMA” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 0200214001) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, A. Mustafayev küçəsi, ev 3, mənzil 47 ünvanına bildirə bilərlər.
  • “GAMMA TECHNOLOGİES” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1404051061) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, akademik Mirəli Qaşqay küçəsi, ev  75, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “ALLMAX” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1401810861) “RELİANCE” Məhdud Məsuliyyətli Cəmiyyətə (VÖEN: 1401766831) qoşulduğunu və bu qoşulma nəticəsində “RELİANCE” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1404766831) yenidən təşkil olunduğunu elan edir.
  • “Almax” MMC-nin (VÖEN: 1401766831) “Reliance” MMC-yə (VÖEN: 1401766831) qoşulduğunu və bu qoşulma nəticəsində “Reliance” MMC-nin (VÖEN: 1401766831) yenidən təşkil olunduğunu elan edir.
  • “ARDİ” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1501751981) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Ziya Bünyadov prospekti, 2084-cü məhəllə ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Bax: Əlavə dəyər vergisindən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur??

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təsisçi ilə borc müqaviləsi mütləq notariusda bağlanmalıdır?

posted in: Xəbər | 0

borc müqaviləsiSual: 2017-ci ildə şirkətin DSMF ödənişlərini ödəmək üçün təsisçi tərəfindən faizsiz əsasda borca pul verilmiş və şirkətlə təsisçi arasında borc müqaviləsi (faizsiz) bağlanmışdır (notarial qaydada borc müqaviləsi bağlanmamışdır). Hal-hazırda şirkətin pulu olduğu üçün həmin borc məbləği təsisçiyə qaytarmaq istəyir.

  • Sualım ondan ibarətdir ki, şirkət həmin borc məbləğini 2017-ci ildə təsisçi ilə şirkət arasında bağlanılmış borc müqaviləsinə (faizsiz) əsasən qaytara bilər?
  • Əlavə olaraq səyyar vergi yoxlamasında borc müqaviləsinin məhz notarial qaydada bağlanmadığını yoxlayıcı qəbul etməyə bilər?
  • Ümumiyyətlə şirkətlə təsisçi arasında müqavilə bağlananda şirkətin möhürü olduğu üçün iki tərəfdən birinin möhürü var deyə notarial qaydada müqavilənin bağlanmasına ehtiyyac vardırmı?
  • Əlavə olaraq dəqiqləşdirmək istəyirəm ki, əgər məlum olsa ki, bor müqaviləsi səhv bağlanıb bu halda pulu geri qaytarmaq mümkündürmü?
Bax: Barter əməliyyatı zamanı Əlavə dəyər vergisi necə əvəzləşdirilir?

Cavab: Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bax: Vergilərin sadələşmişi və ya vergi yükü artan kimlərdir?
Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir. Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə əsasən təsisçi ilə hüquqi şəxs arasında borc müqaviləsi-nin notarial qaydada təsdiq olunması tələbi nəzərdə tutulmamışdır.

Mənbə: taxes.gov.az

Bax: Əlavə dəyər vergisindən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur??

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Hidro İnşaat Servis

Hidro İnşaat Servis” MMC beynəlxalq və lokal sənaye layihələri üçün yüksək səviyyəli tikinti işlərini həyata keçirən şirkətdir. Şirkət yarandığı tarixdən bu yana ölkə daxilində su kanalizasiya, su anbarı, su təmizləyici qurğu və su kanalı kimi müxtəlif layihələri uğurla başa vurmuşdur.

Şirkət Mühasib Köməkçisi axtarır.

Namizədə dair tələblər:

• Ali iqtisadi təhsil;
• Ən az 1 illik iş təcrübəsi, tikinti sahəsində olanlar üstünlük verilir;

• Beynəlxalq mühasibatlıq imtahanlarından keçənlərə vəya bilikləri olanlara üstünlük verilir;
• Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı;
• MS Office proqramlarını (xüsusən Excel) yaxşı səviyyədə bilməli, ERP proqramları (xüsusən Logo Unity) bilənlərə üstünlük verilir
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
• Dəqiqlik, dürüstlük, məsuliyyətlilik, özünü inkişaf etdirmə, işin tələb olunan vaxtda yerinə yetirilməsi, stressə davamlı;

Bax: 500 manat məvaciblə Mühasib köməkçisi tələb olunur
Əsas vəzifə öhdəlikləri:

• Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına düzgün əks etdirilməsi,
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür. Günorta yeməyi şirkət tərəfindən qarşılanır.
Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini recruiter@hidro-insaat.com / info@finstaff.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Mənbə: jobsearch.az


Bu müəssisələrdə vergidən yayınma riskləri aşkarlanıb

posted in: Vergi, Xəbər | 0

vergidən yayınma“Vergilər Nazirliyi cari ilin may-iyun aylarında pullu səhiyyə xidmətləri göstərən bir sıra iri müəssisələrin rəhbərlərini vergi orqanlarına dəvət edərək görüşlər keçirib, qanunvericiliyin tələblərini, həmçinin fəaliyyətin şəffaflaşdırılması tələbləri ətraflı şəkildə izah edilib”. Bunu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib. Onun sözlərinə görə, keçirilmiş görüşlərə baxmayaraq, aparılan təhlillər əsasında ötən dövr ərzində bu müəssisələrin əksəriyyətində dövriyyələrin artması müşahidə olunmayıb. X.İsgəndərov bildirib ki, mövcud rəqəmsal texnologiyalardan istifadə edilməklə bəyannamələrin və əlaqəli məlumatların geniş təhlili nəticəsində həmin müəssisələrdə yüksək vergidən yayınma risklərinin olduğu müəyyən edilib: “Göstərilənləri nəzərə alaraq, Vergilər Nazirliyi noyabr ayında özəl tibb müəssisələrində vergi nəzarəti tədbirləri həyata keçirib.

Bax: Səyyar vergi yoxlamalarının aparılması qaydalarında dəyişikliklər edilib

Aparılan tədbirlər zamanı vergidən yayınma halları, lisenziyalaşdırma məsələləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi məsələləri araşdırılıb, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanması vəziyyəti yoxlanılıb. Eyni zamanda, müəssisələrin real dövriyyələrinin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələr aparılıb. Vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş qara mühasibatlıq sənədləri və elektron fayllar əsasında yayındırılmış dövriyyə məbləğləri və ödənilmiş real əməkhaqqı məbləğləri müəyyənləşdirilib”.

Baş direktor qeyd edib ki, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77%-də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51%-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61%-də pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib.

Bax: ƏDV-dən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur?

“Xronometraj metodu ilə müşahidə yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Əldə edilmiş sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3,2 dəfə və ya təxminən 231 milyon manata yaxın gizlədildiyi aşkar edilib. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7,6 dəfə az əks olunduğu müəyyən edilib. Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat olduğu təsdiqini tapıb”, – deyə X.İsgəndərov vurğulayıb.

Baş direktor əlavə edib ki, xəstəxanalara müayinə üçün göndərilən xəstələr tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində həkimlərə vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb: “Bəzi klinikalarda tanınmış həkimlərin gəlirləri əməliyyatdan daxil olmuş məbləğlərin 5070%-ini əhatə etdiyi aşkar edilib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib”.

X.İsgəndərov deyib ki, Vergilər Nazirliyi özəl tibb müəssisələrində vergi qanunvericiliyinə əməl olunması ilə bağlı araşdırmaları davam etdirir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək: “Qeyd etmək istərdim ki, əgər kimsə düşünürsə ki, əməkdaşlıq münasibətləri nəticə etibarilə vergi nəzarətinin zəifləməsinə gətirəcək, bu, tamamilə yanlış fikirdir. Vergilər Nazirliyi yoxlamaların sayını kəmiyyətcə azalda bilər, lakin bu nəzarət sisteminin zəifləməsi demək deyil.

Bax: Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunda dəyişiklik ediləcək
Vergi yoxlamaları məsafədən, vergi risklərinin idarə edilməsi sistemi kimi innovativ alətlərin tətbiqi ilə həyata keçirilir. Mövcud informasiya texnologiyaları müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün hər hansı riskin mövcudluğunu aşkar etməyə imkan verir. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil.

Lakin fəaliyyət növündən, iqtisadiyyatı əhatə miqyasından asılı olmayaraq qanunu pozan, dövriyyəsini gizlədən, vergidən yayınan hər bir vergi ödəyicisinin yoxlanılması, qanunla nəzərdə tutulmuş qaydada sanksiyalarla üzləşməsi qaçılmazdır. Sahibkarlıq subyektlərinin nəzərinə çatdırmaq istərdik ki, təsərrüfat subyektlərinin fəaliyyətində qanunvericiliyin düzgün tətbiqi, işə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin bağlanması, əməkhaqlarının real məbləğlərinin göstərilməsi, vergi və xüsusi razılıq tələb edən sahələrdə qanunvericiliyin tələblərinə əməl edilməsi zəruridir”.

Mənbə: report.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.