Azərbaycanda 2 xarici şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

xarici şirkət ləğvi“Rusiya Kənd Təsərrüfatı Bankı” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1701093221) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, korpus 1 ünvanına bildirə bilərlər.

“Portelet Treydinq Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700666501) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 14, mənzil 9 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Bax: Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunacaq

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunacaq

posted in: Xəbər | 0

amortizasiyaAmortizasiyanın tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər mikro və kiçik sahibkarlığın fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Dəyişikliyə əsasən, gələn ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vasaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək.

Bunun mahiyyətini qısaca belə izah etmək olar ki, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar. Buna əsasən həmin kateqoriyaya aid vergi ödəyicisi balansında olan əsas vəsaitlərə görə illik amortizasiya normasına 2 əmsal tətbiq etməklə daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.

Bax: Barter əməliyyatı zamanı ƏDV necə əvəzləşdirilir?
Kiçik sahibkarlıq subyektləri isə sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Nəticədə bu kateqoriyadan olan vergi ödəyicilərinin vergiyə cəlb olunan mənfəətləri azalacaq və onlar dövriyyə vəsaitinə qənaət etməklə öz fəaliyyətlərini genişləndirmək imkanı qazanacaqlar.

Bax: Müəssisənin əmlak vergisi nədir?

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyevin sözlərinə görə, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin və ya fiziki şəxslərin dividend gəlirləri vergidən azaddır. Dəyişikliyə qədər bu kateqoriyaya aid vergi ödəyiciləri də xalis mənfəətini öz təsisçiləri arasında bölüşdürərkən onlardan ümumi qaydada 10 faiz dərəcə ilə vergi tutulurdu. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəffaf uçot apardıqları halda sahibkarlıq subyektlərinə əlavə vergi güzəştləri veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaq.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Barter əməliyyatı zamanı ƏDV necə əvəzləşdirilir?

posted in: Vergi, Xəbər | 0

BarterSual: Qanunvericiliyə uyğun olaraq rəsmləşdirilmiş barter əməliyyatı zamanı ƏDV necə əvəzləşdirilir? (Qeyd edim ki, barter zamanı bir tərəf digər tərəfə borcun əsas məbləğini ödəmir).

Qanunvericiliyə uyğun olaraq rəsmləşdirilmiş A müəssisəsinin B müəssisəsinə həm debitor borcu həmdə kreditor borcu varsa qarşılıqlı razılaşmaya əsasən əsas məbləğlər əvəzləşdirildikdə əsas məbləğlər qarşılıqlı bank hesabına ödənilmədikdə “0” dərəcə ilə ƏDV necə əvəzləşdirilir?

Bax: Xarab olmuş malların silinməsindən hansı halda vergi öhdəliyi yaranır?
Cavab: Bildiririk ki, barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.

Bax: Vergi Məcəlləsinin 175.1-ci və 176-cı maddələri.

Mənbə: taxes.gov.az

Bax: ƏDV bəyannaməsinin 307-ci sətrində, sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrə aid borcun daxil olması qeyd edilməlidir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək haqqı üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Əmək haqqı üzrə mühasibVəzifə: Əmək haqqı üzrə mühasib

İşəgötürən: Baku Bus

Vəzifə öhdəlikləri:

– İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
– Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
– Məzuniyyət haqlarının,  xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
– DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsi;
– Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
– Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
– Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
– İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
– İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
– Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
– Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi.

Bax: Tax Clinic MMC ‘Mühasib köməkçisi’ axtarır

Namizədə olan tələblər:

– Maliyyə, vergi və  ya mühasibat uçotu sahəsində ali təhsil;
– Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
– Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
– İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  cv@bakubus.az / info@finstaff.az elektron ünvanına Subject/Mövzu hissəsində “Əmək haqqı üzrə mühasib”qeyd etməklə göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Həmçinin bax:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.