» » » İşçinin mülkiyyətində olan avtomobilin xərcləri hansı hallarda şirkətin xərci hesab edilə bilər?

İşçinin mülkiyyətində olan avtomobilin xərcləri hansı hallarda şirkətin xərci hesab edilə bilər?

posted in: Xəbər | 0
birbank biznes

Sual: Mən şirkət direktoruyam. Şirkətin işlərimi görmək üçun öz şəxsi minik avtomobilimdən istifadə edirəm.

  1. Xahiş edirəm bildirəsiniz yanacaq xərclərimi, avtomobilin sığortasını şirkətin hesabından ödəyə bilərəmmi və belə xərclər gəlirdən çıxılan xərclərə aid edilirmi?
  2. Belə xərclərin gəlirdən çıxılan xərclərə aid olunması üçün əlavə nə tələb olunur?
Bax: Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılır.

Sorğunuzda qeyd edilən halda avtomobil hüquqi şəxsin öz mülkiyyətində və ya istifadəsində (məsələn, icarə müqaviləsi əsasında) olduğu halda ondan gəlirin əldə edilməsi prosesində istifadə edilməsi ilə əlaqədar çəkilmiş yanacaq xərcləri və gəlirin əldə edilməsi prosesində istifadə edilən avtonəqliyyat vasitəsinin sığortalanmasına dair xərclər hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilərək müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxıla bilər.

Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.