Sual: Təsisçi təsis etdiyi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi və bununla bağlı limiti göstərən qanun varmı?
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göstərilənlərə əsasən bildiririk ki, borc müqaviləsi üzrə tərəflərdən biri hüquqi şəxs olduqda tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmalıdır. Eyni zamanda bildiririk ki, borcun məbləği ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir.
Mənbə: taxes.gov.az
Bax:
- Kassadan təsisçiyə olan borcun ödənilməsində limit tətbiq edilirmi?
- Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?
- Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?