» » » Kassadan təsisçiyə olan borcun ödənilməsində limit tətbiq edilirmi?

Kassadan təsisçiyə olan borcun ödənilməsində limit tətbiq edilirmi?

posted in: Xəbər | 0
birbank biznes

təsisçisiSual: Bilmək istərdim ki, əgər direktor təsisçisi olduğu hüquqi şəxsin (ƏDV və Mənfəət vergisi ödəyicisi) bank hesabından birbaşa təsisçi borcunu ay ərzində bir dəfə olmaqla 30000 (otuz min) manat məbləğində pulu nağdılaşdıraraq götürə bilərmi? Qeyd etməliyəm ki, həmin şəxsin fərdi sahibkar kimi vergi orqanında qeydiyyatı var, lakin fəaliyyəti müvəqqəti olaraq dayandırılmış, həmçinin heç bir bankda cari hesabı yoxdur.

Bax: Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?

Cavab: Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 110-cu, 123.1-ci, 150-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

Bax: Şirkət qarşılıqlı əlaqəli olmayan şəxslərdən faizsiz borc ala bilər?

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.