» » » Azərbaycanda maliyyəçilərin orta aylıq nominal əmək haqqı azalıb

Azərbaycanda maliyyəçilərin orta aylıq nominal əmək haqqı azalıb

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

əmək haqqıAzərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı açıqlanıb.

Bu il notyabr ayının 1-nə maliyyə və sığorta fəaliyyəti ilə 2min nəfər məşğul olub ki, bunun 800-ü dövlət, 20 200-ü isə qeyri-dövlət sahəsinə aiddir.

Bax: İşçinin mülkiyyətində olan avtomobilin xərcləri hansı hallarda şirkətin xərci hesab edilə bilər?

Sentyabr ayı ilə müqayisədə oktyabrda maliyyə və sığorta işçilərinin sayı artıb. Statistik məlumatların təhlili onu deməyə əsas verir ki, dövlət maliyyə və sığorta sahəsində işçilərin sayı 100 nəfər və ya 0,4% artıb.

Hesabat dövründə maliyyə və sığortaçılar orta hesabla 1 454,9 manat məvacib alıblar. Dövlət maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əmək haqqı 1 417,3 manat, qeyri-dövlət sahəsində 1 463,6 manat olub. Sentyabr ayı ilə müqayisədə oktyabrda maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əmək haqqı 7,6 manat və ya 0,5% azalıb.

Qeyd edək ki, maliyyə və sığorta sahəsində çalışanlar orta aylıq nominal əmək haqqının məbləğinə görə ölkə üzrə 2-ci yerdə qərarlaşıb.

Bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.