» » » Türkiyədə turistləri vergi borcu ilə hədələyən cinayətkar qrup ifşa edilib

Türkiyədə turistləri vergi borcu ilə hədələyən cinayətkar qrup ifşa edilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi borcuTuristləri vergi ilə hədələyib onlardan pul «qoparan» cinayətkar qrup ifşa edilib.Xaricdə keçirilən tətillər bəzən mənalı istirahətlə deyil, mənasız macəralar, arzuedilməz sürprizlərlə də yadda qalır. Məsələn, bu il istirahət üçün Almaniyadan Türkiyəyə gəlmiş insanların başına gələnləri heç kəs özünə rəva görməz.

Bax: Mühasibi ucbatından 130 milyon manatdan çox pul itirən NBA çempionu

Türkiyənin dörd şəhərində eyni zamanda aparılmış əməliyyat nəticəsində Almaniyadan bu ölkəyə istirahətə gələn 25 turisti «vergi borcunuz var, sizi təhlükə gözləyir» deyərək qorxudan və onlardan təxminən 1 milyon avro pul aldığı iddia edilən 38 şübhəli şəxs yaxalanmışdır.

Bax: Bu şəxslərin aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

Yayılan xəbərlərə görə, turistlər Türkiyədəki istirahətlərini başa vurub ölkələrinə qayıdandan sonra onları çağrı mərkəzindən axtararaq «Türkiyədə etdiyiniz alış-verişə görə vergi borcunuz yaranıb, sizi təhlükə gözləyir» deyərək hədələmişlər. Çağrı mərkəzindən təklif olunan hesab nömrələrinə pul köçürən almanlar sonradan bu məsələ ilə bağlı şübhəyə düşərək Almaniya polisinə məlumat vermişlər. Almaniya polis orqanları Antalyanın Ədliyyə Müdirliyi ilə əlaqə saxlamışdır. Təhqiqat nəticəsində məlum olmuşdur ki, cinayətkar  bir qrup ölkəyə tətilə gələn Almaniya vətəndaşlarının şəxsi kimlik məlumatlarını ələ keçirərək Antalya, eləcə də İstanbul, İzmir və Bodrum şəhərlərində təşkil etdikləri saxta çağrı mərkəzləri üzərindən turistlərlə əlaqə saxlamış, onları qorxudaraq pul tələb etmişlər.

Beş ay davam edən texniki və fiziki izləmədən sonra polis Antalya, İzmir, İstanbul və Muğlada müəyyən edilmiş ünvanlarda eyni zamanda əməliyyat keçirmişdir. 200 polisin iştirakı ilə keçirilmiş əməliyyatda aralarında qadınların da olduğu 38 şübhəli şəxs tutulmuşdur. Üzvlərindən 22 nəfəri İstanbulda tutulmuş cinayətkar qrup üzvlərinin hazırda istintaqı aparılır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.