1500 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: Koroğlu MMC

Əmək Haqqı: 1000 – 1500 AZN

Ümumi məlumat 

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Asif Vəliyev
  • Telefon: (012) 425-16-29
  • E-mail: hr@koroglu.az / info@finstaff.az
  • Elanın bitmə tarixi: 08.06.2019
Vakansiya barədə məlumat

– Mühasibət uçotu üzrə sənədləşmələrin təşkili
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
– Vergi orqanları ilə yazışmalar
– Vergi və mühasibat uçotunun aparılması
– Əsas vəsaitlərin alınması, silinməsi, istismara verilməsi və s.
– Mal material uçotunun aparılması
– Anbar hesabatının hazırlanması
– İstehsal hesabatının hazırlanması
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– Bank əməliyyatının işlənməsi
– Satış və debitor borc hesabatın hazırlanması
– Alış və kreditor borc hesabatının hazırlanması
– Vergi və mühasibat uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– Elektron Vergi Hesab Fakturalarının hazırlanması və Elektron Qaimələrin yazılması
– Gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması
– Əmək haqqının hesablanması
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi
– 6 günlük iş qrafiki


Teleqram kanalımıza üzv olun


Baş Mühasib üçün tələblər

– Ali təhsil (maliyyə, mühasibat uçotu)
– Azərbaycan dilini səlis bilməli, rus dilini bilənlərə üstünlük verilir
– MS Office (xüsusillə Excell), 1C, e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib və psixologiya ( 1- ci hissə )

posted in: mühasib, Məqalə, Xəbər | 0

Mühasib psixologiyaMühasib və psixologiya

1-ci hissə

Mühasibin emosional intellekt etikası

Mühasibin uğura çatması üçün işgüzar və peşəkat keyfiyyətlər, idarəetmə fəaliyyətində müxtəlif metodlar və fəndlər çox zəruridir. Lakin, digər tərəfdən, mühasibat uçotu xüsusi, funksional və tətbiqi iqtisadiyyat elmidir.

Bu cür elmlərdə insan amili mütləq şəkildə əhəmiyyətli rol oynayır. Mühasibat uçotuna əlavə kimi bu o deməkdir ki, bu amil nəzərə alınmadan mühasibat sistemində yaranan məlumatların həqiqiliyini, etibarlılığını və yetərliliyini qiymətləndirmək mümkün deyildir.

İnsan amilinə intellektual və şəxsi keyfiyyətlər daxildir: bilik, qabiliyyət, intellekt, emosional-iradə sahəsi, xarakter. Bu keyfiyyətlər iki xüsusiyyətə malikdir.

Birincisi, mühasibin peşəkar, idarəetmə səlahiyyətinin qurulduğu təməl hesab olunur.

İkincisi, korreksiyaya daha çətin uyur: düşüncə tərzini və ya xarakteri dəyişdirmək, mühasibat uçotu ilə əlaqəli qərarlar qəbul etmək metodikasını mənimsəməkdən və ya texnologiyalar təşkil etməkdən, daha çətindir.

Mühasibat və analitik fəaliyyətin psixoloji komponentinin problemi müxtəlif aspektlərdə nəzərə alınmalıdır:

  • mühasibat və analitik məlumatların dərk olunmasının mürəkkəbliyi;
  • məlumat mənbələrinin müxtəlifliyi;
  • məlumatdan istifadə edənlərin kateqoriyası;
  • şəxsiyyət tiplərinin psixoloji rənagərəngliyi.

Eləcə də emosional intellekt də vacib rol oynayır, yəni, praktiki adamlara xas olan vərdişlər sistemi.

Emosional intellektə şəxsi və sosial nöqteyi-nəzərlər,  sağlam düşüncə və hissiyat, siyasi və sosial vəziyyəti hiss etmək, stresin öhdəsindən gəlmək, düzgün qərarlar qəbul etmək, rasional baxışlar və intuisiyadan çıxış etməklə ətrafınızdakılarla savadlı şəkildə əlaqə qurmaq, özünə əlverişli olan kompromisslər axtarıb tapmaq və özünün impulsiv həyəcanının idarə etmək aiddir. Bütün bu istiqamətlə bilavasitə mühasibat peşəsi ilə əlaqəlidir.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasib şəxsiyyətinin intellekti və psixoloji tipləri

Mühasibin bu və ya digər şəxsiyyət tipinə aid olması onlar tərəfindən qeyd olunan mühasibat obyektlərinə bəzi məhdudiyyətlər tətbiq edə bilər.

İntellekt – insanın müxtəlif məlumatları qəbul etməsi, onları emal etməsi, rəngarəng məsələlərin həlli zamanı biliklərə söykənməsi ilə əlaqəli əqli qabiliyyətdir.

İntellekt özlüyündə psixologiyada ən ziddiyyətli bir anlayışdır və təhlili, yaradıcı (biliklər sahəsində kombinə etmək qabiliyyəti və yeni ideyalar və yanaşmalar təklif etmək) və kontekstual düşüncənin (bu biliklərin təcrübədə tətbiqi) uzlaşmasından təşkil olunub.

analitik düşüncə + yaradıcı düşüncə + kontestual düşüncə = intellekt


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aşağı əmək haqqı verən sahibkarlar cərimələnəcək

posted in: Uncategorized, Xəbər | 0

Aşağı əmək haqqı verən sahibkarlar cərimələnəcək.


Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən, martın 1-dən ölkəmizdə əməkhaqqının minimum məbləği 180 manat müəyyən olunub. Bu o deməkdir ki, iş yerlərində minimum əmək haqqının məbləği 180 manatdan az ola bilməz. Bu sahədə vəziyyətə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə nəzarət olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildiriblər ki, bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin sistemdə əhatə olunub.

Yəni elektron sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilən bütün əməkhaqlarını real vaxt rejimində görməyə imkan verir. 2019-cu il martın1-dək 180 manatdan aşağı məbləğdə əmək haqqı müəyyən etmiş işəgötürənlər martın 1-dən bu məbləğin 180 manata çatdırılması barədə əvvəlcədən məlumatlandırılıb.

Elektron sistemdə minimum əməkhaqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mən necə mühasib oldum – bu peşəyə gəldiyim yol

posted in: mühasib, Məqalə, Xəbər | 0

mühasibMən necə mühasib oldum.

9-cu sinfi bitirdikdə, gələcək ixtisasla bağlı necəsə seçim etmək qarşısında qaldım. Lap uşaqlıqdan gözəllik yaratmaq mənim xoşuma gəlirdi. Və mən vizajist kurslarına getdim. Dörd il orada oxuduqdan sonra yaxşı vərdişlər əldə etdim və sertifikat aldım. Öz yaxınlarım və rəfiqələrimi makiyaj edirdim. Bir qədər keçdikdən sonra başa düşdüm ki, bu mənim bütün həyatımın işi deyil, yalnız hobbidir.

Və yenə də qarşımda dilemma dayandı – nə ilə məşğul olmalı ki, bu həm prestijli olsun, həm xoşuma gəlsin, həm də stabil gəlir gətirsin. Uzun mübahisələrdən sonra mühasib peşəsinə yiyələnmək barədə qərar verdim. Heç də deyə bilməzdim ki, mən uşaqlıqdan mühasib olmağı arzu etmişəm, amma, uzun illər ərzində kim olmağımla bağlı xeyli düşünmüşdüm.

Mən bütün variantları nəzərdən keçirdim və mühasib peşəsinin ən optimal variant olduğu qərarına gəldim. Bizim ailədə qohumlarımdan mühasib olanlar çoxdur və onlar mənə bu peşənin yaxşı gəlir gətirdiyini və ən müxtəlif təşkilatlarda sözügedən peşəyə yüksək tələbat olduğunu söylədilər.

Və beləliklə mən doqquzuncu sinfi bitirdikdən sonra “mühasibat uçotu” ixtisası üzrə kollecə daxil olmaq qərarı verdim. Üç il orada təhsil aldım və həmin vaxt ərzində bir çox şeyləri öyrəndim və düşünmürdüm ki, mühasibatlığı öyrənmək mənə bu qədər maraqlı gələ bilər. Çox tezliklə kiçik mütəxəssis diplomunu aldım və daha sonra təhsilimi universitetdə davam etdirmək qərarına gəldim. Universitetdə biz müxtəlif məsələləri daha geniş və detallı öyrənirdik, iqtisadi xarakterli hər şeyi ətraflı araşdırırdıq.

Üçüncü kursda təcrübədə oldum və məhz, o zaman bütün mühasib işinin nədən ibarət olduğunu hiss etdim və bu mənə bir çox suallarıma cavab tapmaq imkanı verdi. Məhz, mühasib kimdir və onun işi nədən ibarətdir sualına cavab tapdım. Məlum oldu ki, savadlı mühasib – istənilən bir şirkətdə direktordan sonra ikinci mühüm şəxsdir. Və mühasibat üzrə yaxşı mütəxəssis tapmaq elə də asan məsələ deyil. Heç bir nüfuzlu təşkilat mühasibsiz keçinə bilməz.


Teleqram kanalımıza üzv olun


Mühasib – bu, o insandır ki, vergiləri vaxtında hesablayıb, ödənişləri həyata keçirir, bütün kollektivə əməkhaqqını düzgün hesablayır və statistik hesabatları verir.

Bir çoxları mühasibatlığı darıxdırıcı və zəhmətli iş hesab edir. Lakin, bu peşəyə daim tələbat var və həmişə müəyyən gəlir gətirir. O, həm də təhlükəli və asan olmayan bir işdir, çünki mühasibə səhv etmək olmaz. Səhvlər cərimə və penyalara gətirib çıxara bilər ki, bu da heç bir rəhbərin xoşuna gələn bir iş deyil.

O səbəbdən mühasib həmişə ayıq olmalıdır, səhih mühasibat və vergi məlumatlarına malik olmalı, daim öz ixtisasını yüksəltməlidir, belə ki, mühasibat hesabatları və bizim qanunvericiliyimiz çox tez-tez dəyişikliklərə məruz qalır. Bu iş həm də maraqlıdır, çünki hər şey düzgün gəldikdə, və alındıqda, yerinə yetirdiyin işə görə sərf etdiyin vaxt və əsəbə baxmayaraq, ölçüyəgəlməz dərəcədə zövq alırsan və özünü əsl peşəkar kimi hiss edirsən.

Artıq üçüncü kursda təhsil alıram və hazırda dəqiq bilirəm ki, yalnız məsuliyyətli, hövsələli, təşkilatçı, diqqətli, icraçı, dinləməyi bacaran bir insan mühasib ola bilər. Mühasibatlıqda istənilən xırdalıqlar çox mühümdür, çünki hər şey qəpiyinə kim düz gəlməlidir. Mühasib həmişə bir çox insanlarla təmasda olur və ünsiyyət qurur. O, vergi müfəttişliyi və digər yoxlayıcılar qarşısında öz hüquqlarını müdafiə etməyi bacarmalıdır. Bu peşənin daha bir müsbət tərəfi də odur ki, yaxşı mütəxəssis olduqdan sonra Siz bir təşkilatda tam ştatda işləməklə yanaşı, həm də evdən əlavə işlərdə də çalışa bilərsiniz. Öz müəssisənizi açmaq istədikdə isə mühasibatlığın bütün incəliklərindən xəbərdar olacasınız.

Və bütün hallarda peşə seçimi zamanı ən başlıcası – bu məşğul olmaq istədiyin işə sevgidir. Axı, işə yaxşı əhvalda və istəkdə getmək və evə elə o əhvalda da geri dönmək çox vacibdir. Bütün peşələr təhlükəli və çətindir, ən əsası odur ki, o, Sizə sevinc və stabil gəlir gətirsin.

                                                                      Domaşenko Veronika


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.