Daha çox8
Daha çox8

“Məşğulluq” altsistemi yaxın günlərdə istifadəyə veriləcək

posted in: Vakansiya, Xəbər | 0

Vakant yerlər 5 gün ərzində vakansiya bankına daxil edilməlidir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemi yaxın günlərdə istifadəyə veriləcək. Altsistemin əsas üstünlüklərindən biri burada işsiz və işaxtaran vətəndaşlar üçün vakansiya bankının yaradılmasıdır. Hazırda həmin bazaya işəgötürənlər, o cümlədən işəgötürən olaraq fəaliyyət göstərən sahibkarlar tərəfindən vakansiyalar barədə məlumatlar daxil edilir.

İşəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.azünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini sıxmalıdırlar.

Sistem daim yenilənən məlumat bazasına malik olmaqla, işsiz və işaxtaranlara vakansiya bankına birbaşa çıxış və öz peşələrinə, ixtisaslarına, iş bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Az-Granata MMC

Əmək Haqqı: Razılaşma ilə

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Telefon: (012)3105304
  • E-mail: cv@azgranata.azinfo@finstaff.az
  • Elanın bitmə tarixi: HR Department
Vakansiya barədə məlumat

– Mal-materiallara dair alış sənədlərinin işlənməsi, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasının yoxlanılması;
– Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması;
– Mal-materialların hərəkətinə dair məlumatların mühasibat proqramı (Logo Tiger) bazasına daxil edilməsi;
– Müəssisəyə məxsus olan mal-materialların uçotunun aparılması;
– Debitor/kreditorlarla hesablaşma, müvafiq aktların tərtib edilməsi;


Teleqram kanalımıza üzv olun


Mühasib üçün tələblər

– Ali iqtisadi təhsil
– Ən azı 2 il iş müvafiq sahə üzrə iş təcrübəsi;
– Analitik düşünmə qabiliyyəti
– Mühasibatlıq üzrə biliklər

Qeyd

1. İş yerinə və iş yerindən nəqliyyat vasitəsi ilə çatdırılma;
2. Nahar ilə təmin edilmə;

İş Qrafiki

Həftə içi 5 gün
İş vaxtı: 08:30-17:30

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

ASAN Xidmət – in səlahiyyətləri artırıldı

posted in: Xəbər | 0

“ASAN Xidmət”in səlahiyyətləri artırıldı.


Prezident İlham Əliyev “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda və “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bununla da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.
Dəyişikliyə əsasən, Əsasnamənin 6.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilib.

Bundan sonra aşağıdakı məlumatları “ASAN Xidmət” portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən elektron sistemə ötürülməsini təmin edəcək:
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək hüququna malik olan şəxslər barədə məlumatlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Apellyasiya Şurasının 2019-cu ilin 1-ci rübündə fəaliyyəti

posted in: Vergi, Xəbər | 0

Birinci rübdə Vergilər Nazirliyinin Apellyasiya Şurası 22 şikayətdən cəmi 3-nü təmin edib.

2019-cu ilin 1-ci rübü ərzində Vergilər Nazirliyinin Apellyasiya Şurasında baxılmış 22 vergi ödəyicisinin müraciətindən 2 vergi ödəyicisinin şikayəti tam, 1 vergi ödəyicisinin şikayəti isə qismən təmin edilib.

Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 4 vergi ödəyicisinin şikayəti isə işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla təmin edilməyib.

Ötən rüb ərzində Şura tərəfindən 15 vergi ödəyicisinin şikayətinə isə mahiyyəti üzrə baxılmayıb ki, bu şikayətlərdən 7-si şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, 7-si şikayətin verilmə müddətinin buraxılması və 1-i şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl olunmaması ilə bağlı olub.

2019-ci ilin 1-ci rübü ərzində Şura tərəfindən baxılmış şikayətlər üzrə qərarlardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına verilmiş təkrar şikayətlər Apellyasiya Şurasının müvafiq qərarları ilə təmin edilməyib.

Başqa sözlə, Şuranın qərarları dəyişdirilmədən saxlanılıb, digər mahiyyəti üzrə baxılmamış şikayətlər üzrə isə Şuranın gəldiyi nəticələr əsaslı hesab edilib.


Teleqram kanalımıza üzv olun


Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməsi məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!